Son xəbərlər

 

“Bu virusla bağlı Çinin cənub ərazilərindəki şəhərlərə səyahət etdiyim vaxt eşitdim. Uhan şəhərində olan dostlarımdan eşitdiyimə görə, həmin şəhərdə heç bir nəqliyyat vasitəsi və iaşə obyekti işləmir. Şəhər tam karantinə olunub və şəhərə giriş-çıxış dayanıb”.

Bu sözləri Çinin Zhengzhou şəhərinin Henan əyalətində magistratura təhsili alan Araş Paşayev Yenivaz.com-a müsahibəsində deyib. O bildirib ki, Çin höküməti koronavirusla bağlı evdən çıxmamağı tövsiyə edib.

“Yaşadığım şəhər Pxenyan pravinsiyasına aiddir, orada 90 milyon əhali yaşayır. Henan şəhəri pravinsiyanın paytaxtıdır, 10 milyon əhaliyə sahibdir. Bu şəhəri virusun episentrindən cəmi 600 kilometr məsafə ayırır. Bu, Çin miqyasında böyük bir distansiya sayılmır. Məsafəyə baxmayaraq, onlayın sistemdə biz Uhan şəhərində cərəyan edən prosesləri izləyə bilirik. Şəhərdə 3 minə yaxın adamda bu virus tapılıb, indiyə qədər 200-ə yaxın insan ölüb. Bizim şəhər bu statistikada 4-cü yerdədir. Henan şəhərində cəmi 206 nəfər virusa yoluxub, cəmi 2 nəfəri vəfat edib. Onlar da yaşı 60-dan yuxarı olan insanlardır. Ölənlərdən biri mənim yaşadığım şəhərin sakinidir”.

Həmsöhbətimiz əlavə edib ki, Uhan şəhərindən fərqli olaraq yaşadığı şəhərdə nəqliyyat sistemi və iaşə obyektləri əvvəlki kimi çalışır.

“Şəhər heç bir blokadaya alınmayıb, amma əvvəlkinə nisbətən daha intensiv yoxlama tədbirləri həyata keçirilir. Təhsil aldığım Universitet tətildədir, amma virusa görə qeydiyyat tarixi təyin olunmayan müddətə uzadılıb. Burada bir çox yerdə temperaturu ölçən cihazlar qoyulub və problem baş verən vaxt müraciət etmək üçün əlavə qaynar xətlər fəaliyyətə başlayıb. Binaları, yaşayış obyektlərini daim dezinfeksiya edirlər. Afişa və səsli reklamlarla əhaliyə maska geyinmək, əlləri tez-tez yumaq, insanların toplaşdığı yerlərdən uzaq olmaq məsləhət görülür. Bəzi marketlərdə isə məhsul qıtlığı var və ərzaqlarda gözlə görüləcək dərəcədə bahalaşma hiss olunur. Maskaların da qiymətində artım var”.

Araş Paşayevin sözlərinə görə, Azəbaycanın KİV-ləri bu virus barədə məlumatları qabardırlar.

“Yayılan xəbərləri görəndə çox təəccübləndim. Bəzi KİV-də virusun yayıldığı şəhərdə insanları güllələdikləri qeyd olunub. Videolar yayılır və orada şəhərlərin bomboş olduğu göstərilir. Bir növ filmlərdə olduğu kimi təəssürat yaratmağa çalışırlar. Belə panikalar yaratmağa ehtiyac yoxdur. İndi Çində yeni il qeyd olunur. Bu faktor da var. Bayrama görə yollarda, küçələrdə insanlar azdır. İndiki vəziyyəti nəzərə alsaq bu virus dəhşətli dərəcədə qorxulu deyil. Sadəcə bəzi təhlükəsizlik tədbirləri görülsə və gigiyenik qaydalara əməl olunsa heç bir virusa yoluxma halı ehtimal olunmur” – deyə həmsöhbətimiz qeyd edib.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü