"Ölkə.Az" xəbər verir ki, bu barədə jurnalist Elnarə Dərziyeva sosial şəbəkə hesabından bu xəbəri yayıb: "Dəyərli jurnalist, həyat eşqli insan - Tofiq Gulmammadovu itirdik. Ölüm sizə yaraşmırdı, Tofiq müəllim... Çox pis xəbər oldu. Allah rəhmət eləsin!"
Allah rəhmət eləsin!
"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, hərbi geyimdə olan gənc qatarda qəribə hərəkətləri ilə sərnişinlərin diqqətini çəkib.
Sərnişinlərdən biri həmin gənci telefona çəkərək sosial şəbəkədə paylaşıb. Sözügedən video qısa zamanda insanların diqqətini çəkib.
Gəncin insanlara reaksiyası və görünüşü də diqqətlərdən qaçmayıb.
Oxu.az məlumatına görə, Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov infarkt keçirib.
Rəis müavini 50 yaşında ölüb.
Qeyd edək ki, Şöhrət Kərimov Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilmişdi. O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışmışdı.
"Ölkə.Az" xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir:
“31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib.
Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.
Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub.
İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib.
Beynəlxalq sərnişinlər: ehtiyat tədbirləri
Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur. Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:
- Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
- Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;
- Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;
- Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar.
ÜST səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir”.
Sükan arxasında yuxulayan sürücü ağır qəzaya səbəb olub.
Hadisə rayon yollarının birində baş verib.
Belə ki, səki ilə hərəkət edən iki nəfəri qəfildən idarəetməni itirən “Mercedes”” markalı avtomobilin sürücüsü vurub.
Hadisə nəticəsində yaşlı kişi yolun kənarına düşüb. Əlində qarpız aparan gənc isə zərbənin gücündən yaxınlıqdakı kamera dirəyinə dəyib və hadisə yerindəcə keçinib. (avtosfer.az)
"Ölkə.Az"ın Report-a istinadən məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyev öz müraciəti əsasında Baş Prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub”.
"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsində qeydə alınıb.
Fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub. Belə ki, 1928-ci il təvəllüdlü Ayşə Məmmədova qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib.
Nəticədə 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.
Faktla bağlı araşdırma aparılır.
ARB TV-nin “Elgizlə İzlə” verilişinin canlı yayınına telefon bağlantısı ilə qoşulan Yadigar Salahov bacısı Aysel Salahovanın itkin düşdüyünü deyib:
“Biz Bilgəhdə yaşayırıq. Bacım Aysel ayın 12-si 13-nə keçən gecə evdən xəlvət çıxıb. 14 yaşı var. Evdən heç kimin xəbəri yoxdur.
İcazəsiz çıxıb. Taksi gəlib qapıya. Evdən 3manat pul götürüb. Evdə söz-söhbət olmayıb”.
Prezident həbs olunan məmurların əməllərini yada saldı və xəbərdarlıq etdi
Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirədə işsizliyin qarşısını almaq üçün on minlərlə ödənişli ictimai iş yeri yaradılması barədə təşəbbüsündən də danışıb:
“Əfsus ki, biz bu proqramın icrasında çox böyük pozuntulara rast gəldik. Xüsusilə yerli icra orqanları tərəfindən vicdansızcasına bu vəsaitin talanması və ödəniş kartlarının yığılması, ondan sonra oradan pulun çəkilməsi, yaxud da öz yaxın adamlarının, bu işlərlə qohumlarının təmin edilməsi, əlbəttə ki, dözülməz faktdır və buna görə artıq bu pozuntulara yol verən şəxslər cəzalandırıldı və bu işlər davam etdiriləcək. Bu, hər kəsə dərs olmalıdır”.
Prezident konkretləşdirməsə də, aydındır ki, söhbət Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədovdan gedir. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbs alınıblar. Bəs indi sabiq məmurlar harada saxlanılır, onların istintaqı barədə hansı yeniliklər var?
Rəsmi orqanlardan bununla bağlı suallara hələ ki cavab olmadığından vaxtilə vergidən yayınma ittihamı ilə həbs edilən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə danışdıq. O, “Yeni Müsavat”a deyib ki, iş üzrə əməliyyat-istintaq tədbirlərinin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən gerçəkləşdirilməsi, icra başçılarının DTX-çılar tərəfindən qandallanması istintaqın bu qurumda davam etdirilməsini söyləməyə əsas verir: “Bu adamlar dövlətin maddi durumları ürəkaçan olmayan vətəndaşlara yönəlik addımlarını sabotaj ediblər. İmkansız vətəndaşlara çatmalı olan pulları alıb ciblərinə qoyublar. Təbii ki, bu da ciddi narazılıq yaratmışdı. Belə şəxslərin DTX-da saxlanılmaları məqsədə müvafiqdir”.
Əvəz Zeynallı deyir ki, icra başçıları, nazirlər, bankirlər və ümumiyyətlə, böyük büdcə pullarına əlləri çatan, çırpışdıran məmurların həbsə alınması özlüyündə çox yaxşı haldır: “Çox təəssüf ki, bu şəxslər həbsə alınandan sonra durumları əvvəlkindən elə də fərqlənmir. Bəzilərinin ”içəri”də də kefləri kök olur. Çünki pul orada da işləyir. Özlərinə “içəri”də otaq düzəldirlər. Orada televizorları, soyuducuları, telefonları, qulluqçuları belə olur. Hətta “zon”a gedəndə özlərinə orada ayrıca otaq düzəldirlər. Akif Çovdarovun bu gün ayrıca otağı var. Yəni bu adamların pulları var və həmin pullarla “içəri”də də özlərinə şərait qururlar. İmkanı olmayanlar üçün isə təbii ki, çox fərqli, ağır şərtlər var”.
Əvəz Zeynallı deyir ki, vəziyyəti dəyişmək üçün Cinayət Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə köklü dəyişikliklər edilməlidir: “Qanunlar qarşısında hamının bərabərliyini təmin etmək vacibdir. Vaxtilə vəzifədə olan Penitensiar Xidmət rəislərindən biri demişdi ki, ”burada nə var ki, kimin pulu var, verir və yaxşı yaşayır”. Qanunlarda o qədər böyük boşluqlar var ki, qanun qarşısında hər bir məhbusun bərabərliyini bərqərar etmək üçün mütləq islahatlar aparılmalıdır. Məsələn, qanunla dustaq həftədə 2 dəfə evi ilə danışa bilir. Amma pul verib hər gün danışa bilərsən. Gündə 3-5 dəfə də danışanlar var. Çünki pulunu verir. Telefon məsələsi ilə bağlı durumu dəyişmək üçün “zon”ların həyətində telefonlar sərbəst olsa və dustaq gedib kartını taxıb oradan nə qədər istəsə danışa bilsə, artıq bu qeyri-bərabərlik olmayacaq. Hazırda isə “içəri” gedən icra başçısı elə orada da özünə icra başçısı kimi şərait qura bilir. “İçəri”də daha yaxşı yaşayanları var. Hər gün yemək-içmək gəlir, otağa istədiyi adamı gətirir, otaqda özünə şərait qurur. 5 min manat verib internetli telefon saxlaya bilir. Ailəsi ilə istədiyi qədər görüntülü danışır. Qanunla 15 gündə 1 dəfə görüşə bilir. Pulunu verir və istədiyi qədər görüşlərin sayını artıra bilir. İstəsə gündə 2 dəfə görüşə çıxa bilir”.
Əvəz Zeynallı deyir ki, həbsə alınan vətəndaşların istintaq təcridxanalarında, cəzaçəkmə yerlərində durumlarının yüksək səviyyədə olması arzuolunandır: “Amma bu ayrı-seçkiliklə, kimin pulu var, xüsusən də korrupsiya ilə həmin pullar qazanılıbsa, ona lüks şərait, olmayana isə qara çörək yedizdirmək şəklində olmamalıdır. İcra başçısı da, MTN generalı dam ”içəri”də eyni şərtlərdə saxlanılmalıdır.
Təbii ki, “içəri”də yetim-yesirin haqqını yemiş icra başçısına digər dustaqların münasibəti yaxşı olmur. Məsələ burasındadır ki, bu gün digər dustaqlar həbsdəki icra başçılarını, generalları, bankirləri heç görmürlər. Çünki bu adamlar “içəri”də də özlərinə şərait qururlar. Yetim-yesirdən, iş adamının əlindən aldıqları pullardan verib özlərinə ayrıca şərtlər təmin edirlər. Bu aradan qaldırılmalıdır ki, büdcə pulunu oğurlayan icra başçısı, dövlətin büdcəsini talayan məmur “içəri”də onu rahat həyat gözləmədiyini göz altına alsın”.
Əvəz Zeynallı deyir ki, durumu dəyişmək üçün Penitensiar Xidmət əməkdaşlarının əmək haqqı yüksək olmalıdır: “Nadzor ən azı 1500 manat əmək haqqı almalıdır ki, həbsdəki icra başçısının 2-3 manatının ümidinə qalmasın. Dustaq hesabına xidmət əməkdaşlarının yaşaması aradan qaldırılmalıdır. Bu olmadıqca, Penitensiar Xidmətdə ələ baxımlılıq aradan qalxan deyil, həbsə alınan məmurlar da öz kefləri ilə yaşayacaqlar”. /Yeni Müsavat/
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Türkiyənin “Dormofol” dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib.
Nazirlikdən “Yeni Sabah”a verilən məlumatda bildirilib ki, Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra dünyasını dəyişməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib
“Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli “Dormofol” 1%-li intravenoz inyeksiya və “Dormofol” 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırırıq ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir”, – məlumatda qeyd olunub.