Yanvarın 10-da üçüncü dəfə əməliyyat olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti pisləşib.
Turkustan.info xəbər verir ki, bu barədə Qaynarinfo.az-a yazar Zümrüd Yağmur danışıb. Onun sözlərinə görə, əməliyyatdan sonra Oqtay Gülalıyevin temperaturu yüksəlib:
“Amma bütövlükdə ümidverici bir şey yoxdur. Temperaturu yenə yüksəlib. Temperaturu salmaq bəlkə də problem olmayacaq. Problem sonrakı həyatıdır”.
Oqtay Gülalıyev yanvarın 10-da əməliyyat olunub. Əməliyyat zamanı onun başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub.
Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev noyabrın 19-da İstanbuldakı Amerika Xəstəxanasına köçürülüb.
O, oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Noyabrın 5-də Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Oqtay Gülalıyev Türkiyəyə aparılıb.
Onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb.
"Ölkə.Az" BAKU.WS-ə istinadən verdiyi məlumata görə, həkimlər xəstə 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.
Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəsəxanasında yırtıq və öd əməliyyatı edilib.
Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.
Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib.
Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.
Laləzar Orucova BAKU.WS-in bölgə müxbirinə bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.
“Çox güman deyiblər ki, özəl xəstəxanadan məni əməliyyat edən Qafar həkim və onun köməkçisi Şəlalə xanıma bədənimdə qayçı qalıb.
Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən soruşduqda niyə anam əməliyyat edilib tamam başqa söz deyilib.
Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır".
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı məlumatı var.
"Bizdə məsələ ilə bağlı məlumat var.
Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir".
Qeyd edək ki, israilli alimlərdən də öncə müxtəlif ölkələrdə alimlər belə bir rəyə gəliblər. Alimlərin qənaətinə görə, siqaret çəkənlərdə təkcə depressiyadan başqa, eyni zamanda şizofreniya və həyəcanlılıq riski böyük olur. Alimlərin fikrincə, siqaretin tərkibindəki nikotin insanlarda psixi xəstəliklərin yaranmasına yardım edir.
Siqaret təhlükəli adətdir
Britaniyalı alimlərin firkincə, yaşlıların böyük bir qismi bu və ya digər formada ruhi pozğunluqdan əziyyət çəkir. Bununla belə psixi cəhətdən qeyri-stabil olan insanların da böyük əksəriyyəti daha çox siqaret çəkənlər və siqaret asılılığı olan insanlardır. Londonun Kral kollecinin alimlərinin 15 min siqaret çəkən və 237 min siqaret çəkməyən insan arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, siqaret çəkənlərin 57 faizində birinci dərəcəli psixioz vəziyyətin olduğunu müəyyən ediblər. Eyni zamanda siqaret, tabak çəkən insanlarda xəstəlik digərlərindən fərqli olaraq daha bir il öncə özünü biruzə verməyə başlayır. 40 yaşdan yuxarı siqaret çəkənlərin 20 faizi tez-tez depressiya və həyəcan keçirirlər.
İsrailli alimlər Budapeşt və Priştinada həyata keçirdiyi araşdırma nəticəsində insanların fiziki və psixi sağlamlığında ciddi problemlərin ortaya çıxdığı bəlli olub. Belə ki, siqaret çəkənlərdə kliniki depressiyaya düşməsi digərlərindən 2-3 dəfə çoxdur.
Bununla belə, siqaret çəkənlərdə ətrafdakıları ilə münasibətdə də problremlər yaşandığını müəyyən olunub. Nəticədə alimlər bi fikrə gəliblər ki, siqaret təkcə insanın fiziki sağlamlığına yox, həmçinin psixi sağlamlığına da ciddi təhlükə yaradır. Lakin bunun fizioloji təsiri bəlli deyil.
Siqaret insanı necə dəli edir?
Britaniyalı genetikləri siqaret çəkməklə psixi pozqunluq, daha çox şizofreniya və depressiya arasında əlaqəni müəyyən etməyə cəhd ediblər. Bununla əlaqədar olaraq genetiklər 500 min insanın sağlamlıq və həyat tərzi barədə məlumatlar toplayıblar. Bəlli olub ki, depressiya və şizofreniyanın artması uzunmüddətli siqaret çəkmək, axmaq adətlərdən uzaq qurtulmaq cəhdləridir. Nəticədə siqaret çəkənlərdə şizofreniya risqi 2,27 faiz çoxdur. Onlar ikidəfədən çox xroniki depressiyaya düşürlər.
Alimlər hesab edir ki, nikotin insan beynindəki serotonin və dofamin neyromediatorları sərbəst buraxılmasına stimul yaratmaqla, oqranizmdə şizofreniya və depressiya yaranmasına şərait yaradır.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Ölkə.Az"a verilən məlumata görə, yeraltı təkan yanvarın 13-ü yerli vaxtla saat 23:18-də qeydə alınıb.
Dərinliyi 43 km, maqnitudası 3.0 olan zəlzələ hiss olunmayıb.
"Ölkə.Az" Milli.Az-a istinadən xəbər verir ki, Orxan verilişə doğma anasını axtarmaq üçün çıxıb.
O, illər öncə atasının qayınatasına zəng edərək qızının (Orxanın anasının) öldüyünü, cənazəsini aparmaq üçün evinə çağırdığını bildirib. Bu xəbərdən Gülqızın (Orxanın anası) ata evində hər kəs yeni ailə qurmış gənc qadının ölüm xəbərindən şoka düşüb. Gülqızın cənazəsi ata evinə gətirilməmişdən öncə onun üçün yas çadırı qurulub. Ata qızının ardınca gedəndə Gülqızın sağ olduğunu görüb. Ailə Bakıda yas üçün qurulan çadırda sevinclərindən toy edib. Orxanın anası ilə bağlı digər xatirələri studiyadakıları kövrəldib:
"Yadıma gəlir, mən uşaq vaxtı parnikdə quyuya düşmüşdüm. Anam mənə görə özünü o quyuya atmışdı. Hər halda məni istəməsəydi, özünü ora atmazdı. Zəhmətkeş qadın idi. Evdə semiçka qovurub satırdı. Babamın 3 otağı var idi, ən axırıncı otağı bizə vermişdi. Orada artıq nə olub, nə mübahisə, söz-söhbət olub bilmirəm. Ondan sonra məni gətirib əmim arvadına verdiyi yadımdadır. Ondan sonra anam yox olub. Anamın ad-soyadı Rzayev Gülqız gedir. Bu, ata soyadıdır. Atasının adı Rzadır. Atamın soyadı isə Novruzovdur. Ailə qurandan sonra dəyişib Novruzov olub".
Bu dəfə təqdim etdiyimiz araşdırma Bakının mərkəzində, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında qadının öldürülməsi faktı ilə bağlıdır.
"Ölkə.Az" oxu24.com-a istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü İnarə Əli adlı qadın yaşadığı binada zorlanaraq, binanın 16-cı mərtəbəsindən aşağı atılıb.Hadisə yerinə gələn polis əməkdaşları araşdırmaya başlayıb.Müəyyən olub ki, qadını binada tikintidə işləyən fəhlə əvvəlcə qadını liftdə zorlamaq istəyib.Orada qadına güc tətbiq edərək əllərini bağlayıb və yuxarı aparıb. Qadını zorladıqdan sonra onun pullarını, qızıllarını, mobil telefonlarını götürüb.
Daha sonra qadının başına çəkiclə vuraraq öldürüb.Cəsədi 16-cı mərtəbədki mənzilin pəncərəsindən küçəyə atıb. Hadisəni binada işləyən Mehdi Nəcəfov törədib.
Hadisə ilə bağlı görüntüləri və ətraflı vidoenu təqdim edirik:
İsmayıllı rayonunda maraqlı hadisə yaşanıb.
1992-ci ildə Qarabağ döyüşlərində iştirak edən Şəbyan kənd sakini, 48 yaşlı Zöhrab Həmzəyevin şəhid olması xəbəri gəlib.
Meyit tanınmaz halda olduğundan onu həmin şəxsin meyiti kimi qəbul edib və dəfnini həyata keçiriblər.
Ancaq üzərindən 40 gün keçdikdən sonra Zöhrab Həmzəyev özü kəndə qayıdıb və işin üstü açılıb.
Zöhrab Həmzəyev 1992-ci ildə Qarabağda gedən döyüşlərində iştirak edib.
O, döyüşdə olan vaxt kənddə valideynlərinə xəbər gəlib ki, Zöhrab şəhid olub.
Kəndə gətirilən bir meyit Zöhrabın meyiti kimi qəbul olunub və şəhid kimi rayonda şəhidlər məzarlığında dəfn edilib.
Zöhrabın özünün də bundan rayona qayıdanda xəbəri olub.
O, qardaşı ilə birgə kəndə qayıdıb. Bu vaxt ailəsi onun 40 mərasiminə hazırlaşırmış.
Onu görən ailə üzvləri və kənd sakinləri şoka düşüblər.
Kənd sakinləri deyirlər ki, meyit gələndə tanınmaz vəziyyətdə olub.
Üz nahiyəsindən Zöhraba oxşadığından elə də qəbul olunub.
Sonradan həmin məzarın başdaşından Zöhrabın adı götürülüb.
Dəfn olunanın kimliyi bilinmədiyindən üzərinə “Naməlum əsgər” yazılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında yanvarın 14-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, şəhərin Səməd Vurğun küçəsində yaşayanlar - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Mərkəzi Afrika Respublikasında əslən Azərbaycandan olan rusiyalı jurnalist Orxan Camalın öldürülməsinin səbəbi qarət olub.
“Kommersant” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədr müavini İqor Krasnov açıqlama verib.
Onun sözlərinə görə, 30 iyul – qətl günü Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko nəqliyyat vasitəsilə “naməlum kişi” ilə görüşmək üçün Bambari şəhəri istiqamətində hərəkət ediblər. Orxan Camal və yoldaşlarını bu zaman qaradərili dəstə üzvləri saxlayıb, foto və videoavadanlıqları tələb ediblər. Rusiya vətəndaşları buna etiraz ediblər və nəticədə, cinayətkarlar tərəfindən öldürülüblər.
İstintaq Komitəsinin rəsmisi, həmçinin, bu ölkədə gecə səyahət etməyin təhlükəli olması barədə Orxan Camal və yoldaşlarına xəbərdarlıq edildiyini qeyd edib.
“Hücumun şəraiti MAR və ya qonşu ölkələrin sakinləri tərəfindən qətl hadisəsinin qarət məqsədilə törədildiyini göstərir”, – Krasnov bildirib.
Xatırladaq ki, Orxan Camal 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib. Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur. (oxu.az)