"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, onlar canlı yayıma çıxaraq iddialara cavab veriblər.
X. Kazımov qayınatasının ona böhtan atdığını bildirib: "Heç bir işgəncə verməmişik. Məhkəmə qərarı ilə uşaqlar bizdə idi. 15-ci polis bölməsinin əməkdaşları evə gəldilər, qapını qırdılar. Birinci xanımımın atası bizi döydü. Əlimizdə bununla bağlı ekspertiziya rəyi var. Hansı valideyn uşaqlarını belə döyər? Özləri uşaqları bu cür ediblər. Evdən övladlarımı aparanda heç bir şeyləri yox idi. Bir tək qolu şişmişdi. O da ağacdan yıxılmışdı, yoxlatdırmışdıq, qırığı-çatı yox idi. Bizi şantaj edirlər. Uşaqları oktyabrın 22-dən aparıblar".
Ögey ana Nuranə isə uşaqlara çox yaxşı baxdığını, uşaqları onlardan almaq üçün belə addım atdıqlarını qeyd edib: "Guya, yemək verməmişik. Allaha and olsun ki, belə şey yoxdur. Guya, ağızlarına istiot basmışam".
Qeyd edək ki, iddiaya görə, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Əkbərov isə Nuranə adlı qadınla ailə qurub. Bundan sonra uşaqların atası həyat yoldaşı ilə birlikdə hər iki oğluna müxtəlif işgəncələr verib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
“Qafqazinfo” xəbər verir ki, axşam saatlarında yolu keçmək istəyən iki piyadanı maşın vurub. Onların hər ikisi vəfat edib.
Ölənlərdən birinin qadın, digərinin isə kişi olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində meyitlərə baxış keçirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ''Ölkə.Az''a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı ehtimalı var.
Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Baku.ws xəbər verir ki, adıçəkilən ögey ana və doğma ata dünən "Səni axtarıram" proqramına gələrək onlara qarşı olan bütün ittihamları rədd edib.
Ata Xəqani Kazımov və həyat yoldaşı Nuranə, yəni ögey ana uşaqlara qarşı şiddət göstərmədiklərini bildirib. Hər ikisi qarşı tərəfi - ana babanı və xalanı böhtan atmaqda günahlandırıb.
Xəqani söhbət əsnasında Nuranənin 4 aylıq hamilə olduğunu bildirib. Onlar 3 ildir evlidirlər.
Qeyd edək ki, Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların anası onlar körpə ikən vəfat edib. Himayəsində qaldığı ataları, Ağcabədi rayon sakini Xəqani Kazımov isə Nuranə adlı qadınla ailə qurub. Ögey ana uşaqlara müxtəlif işgəncələr verib. Hər iki uşağın bədənində müxtəlif dərəcəli xəsarətləri əks etdirən görüntülər mövcuddur. Uşaqlar hazırda ana babasının yanındadırlar. Onların atasının himayəsindən alınıb babasına verilməsi üçün Sabunçu rayon məhkəməsinə müraciət edilib.
ARB TV-nin “Show News” verilişinin növbəti qonağı müğənni Türkan Vəlizadə olub.
Müğənni qatıldığı dəvətdə sinə dekoliteli paltarı ilə diqqət çəkib:
“Produserim gətirib. Allah bəlasını versin. Bir paltar gətirdi, hamının dilinə düşdüm. Əynimə geyindim, dedim, bu nə idi? Yığdım ki, səni zəlil qalmayasan, deyəcəklər, açıq geyinmisən, biyabr eliyirsən məni. Dedilər ki, əşi burda nə var ki? Hamı elə geyinir ki, sən yanında toya getməlisən. Ola bilər ki, bir damcı sinə dekolitemiz var. O da vallahi, billahi paltarım olmadığına görə geyinmişəm. Heç məni alan olmayacaq açıq geyindiyimə görə. And olsun ki, açıq geyinmirəm”.
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Minval.info”ya bildirilib.
Verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.
Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir
Dünəndən bəri sosial şəbəkələrdə yayılan azyaşlı uşağın işgəncəyə məruz qalması ilə bağlı video böyük səs-küyə səbəb olub. Ağcabədidə baş verdiyi deyilən hadisəyə azərbaycanlı məşhurlar da səssiz qalmayıb.
Əməkdar artist Mətanət İsgəndərli pərişan halda kamera önünə keçərək sosial şəbəkədə yayılan görüntüdə azyaşlını lüt uzadıb, tapdalayan qadının tapılıb cəzalandırılmasını rica edib:
“Bir alçaq, bir Allahsız, şeytan uşağı qoyub ayağının altına tapdalayır. Ürəyim parçalandı. Buna insan tab gətirə bilməz. Nə olar onu tapın, o uşağa kömək edin, yalvarıram. Allah belələrinin cəzasını versin. Bayaqdan özümə gələ bilmirəm. Bunu heç düşmən düşmənə etməz”.
Əməkdar artist Mehriban Xanlarova da həmin görüntüləri paylaşaraq Daxili işlər naziri Vilayət Eyvazovdan yardım istəyib:
“Videonu ürək ağrısı ilə izlədim, dəhşətə gəldim. Və ən əsası isə mən anlaya bilmirəm necə olur ki, bu murdar məxluq uşağa bu cür işgəncə verir, kimsə də videoya çəkir? Videoya çəkən insan niyə müdaxilə etmir? Həqiqətən anlaya bilmirəm. İllərlə övlad həsrətində olan insanlar var. Qurban olum Allahın məsləhətinə. Mən aidiyyatı orqanlardan və şəxsən cənab nazir Vilayət Eyvazovdan öz adımdan bütün Azərbaycan xalqının adından xahiş edirəm bu məsələni araşdırsınlar”.
Videoya reaksiya verənlər arasında aparıcı Fira (Firuzə Cəlilova), ekstrassens Bayram Nurlu, aktyor Sərxan Kərəmoğlu da olub.
Tanınmış prodüsser-teleaparıcı Tarix Əliyev (Tolik) isə sosial şəbəkədə bu hadisənin Azərbaycanda baş vermədiyini iddia edib: “Deyirəm ki, bizə düşmən lazım deyil. Bilib-bilmədən hamıya hay gəldi, Ağcabədinin adını çıxardılar. Kimsə yazıb, hamı da Ağcabədi polisinə müraciət etdi. Bəsdir, “İnstagram”da özümüzü vəhşi kimi tanıtdıq. O hadisə Moskvada olub, Azərbaycanda yox!”
Əsmətxanım
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd “BE-200ÇS” tipli təyyarəsi (amfibiya təyyarə) cəlb olunub.
Bundan başqa, əraziyə üç helikopter cəlb edilib. Yanğının ümumi ərazisi təxminən 500 hektara yaxındır.
"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.
E.Mirzəyev yanğının qarşısının alınması üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin üç helikopteri cəlb olunub.
Hadisə yerinə Səhiyyə Nazirliyi tərəfindən beş briqada cəlb olunub. Altı nəfərə yerində yardım göstərilib.
İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
"Ölkə.Az" oxu.az-a istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopteri cəlb edilib.
Səhiyyə Nazirliyi tərəfindən hadisə yerinə dörd təcili tibbi yardım briqadası göndərilib. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.