Son xəbərlər

Ali Məhkəmədə “Azərbaycan Beynəlxalq Bank” ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilovun barəsində olan birinci hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Oxu.Az xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Xəlilovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər 2016-cı ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 13 ildən 12 il 9 aya endirilib. Daha sonra sabiq deputat kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, D.Xəlilov “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə birgə daha bir cinayət işində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən,  əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumunə məruz qalıblar.

Jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.

Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.

Hadisə yerindən aldığımız videonu sizə təqdim edirik:

Konkret.az

Azərbaycanda daha 5 tələbə zəhərləndi

Qazaxda zəhərlənmə hadisəsi baş verib.

"Qafqazinfo" nun xəbərinə görə, rayonda fəaliyyət göstərən Qazax Dövlət Sosial-İqtisadi Kollecininin 5 tələbəsi 19 yaşlı Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Onlara yardım göstərilib vəziyyətləri kafi qiymətləndirilir. 

Tələbələrin qaz sobasının tüstüsündən zəhərləndiyi ehtimal edilir.

Bakıda məşhur şirniyyat mağazasına silahlı basqın edildiBakıda şirniyyat mağazasına basqın edilib.

"Ölkə.Az" trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib. Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib. Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib. Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. 

BDU-nun yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti pisləşdiBakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub.

Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

Bir ailənin 5 üzvünün öldüyü qəzadan görüntülər

Xəbər verdiyimiz kimi, dekabrın 1-də axşam saatlarında Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində dəhşətli avtomobil qəzası baş verib.

"Qafqazinfo"nun məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Tural Abdıyevin idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil, qohumu olan, 1974-cü il təvəllüdlü Vüqar Orucovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir ailənin beş üzvü, Şəmkir rayon sakinləri, bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Baş verən qəzanın nəticəsini əks etdirən görüntüləri təqdim edirik:

Azərbaycan yığmasının eks-məşqçisinə 5 illik həbs cəzası

Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaher pedofiliyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib. “Qafqazinfo”nun Avstriya mətbuatına istinadən məlumatına görə, ikiqat Olimpiya çempionu ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.

Eks-cüdoçunu 10 il həbs cəzası gözləsə də, idmançının əvvəllər məhkum olunmadığına görə məhkəmə onun cəzasını azaldıb. Zayzenbaher özünü günahkar hesab etməyib və bildirib ki, bu, ona qarşı qurulan plandır. Onun işi appelyasiyaya vermək imkanı var.

Qeyd edək ki, Zayzenbaher ilk dəfə Azərbaycan yığmasına 2012-ci ildə başçılıq etməyə başlayıb, lakin 2014-cü ildə postunu tərk edib. Avstriyalının başçılığı altında Elxan Məmmədov Azərbaycanın cüdo tarixində ilk dünya çempionu olub. 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət ediblər. Rioda keçirilən Olimpiadada onun başçılıq etdiyi komanda iki gümüş medal qazanıb.

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbədə zenit top mərmisi aşkarlanıbDaxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri ərazisində Kəlbəcər rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbənin ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan "Ölkə.Az"a verilən xəbərə görə, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFT) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ən çirkli hava bu metrodadırLondon metrosundakı hava bütün dünyada ən çirkli hesab olunur.

"Ölkə.Az" medicina.az-a istinadən bildirir ki, bu barədə "The Times" qəzeti yazıb. Britaniya metropolitenində havanın çirklilik səviyyəsi şəhərdəkini 15 dəfə üstələyir. Kral kollecinin tədqiqatçıları qeyd edirlər ki, "Viktoriya" və "Şimali" xəttlərdəki situasiya digərlərindən daha acınacaqlıdır.

London metrosunun bəzi xəttlərində insan sağlamlığı üçün zərərli olan kiçik hissəciklərin konsenstrasiyası Barselona, Los-Anceles, Nyu-York, Pekin, Seul və Sidney metropolitenlərindəkindən daha yüksəkdir.

Tədiqatçılar bu cür çirklənməni təkərlərin relslərə sürtünməsi, eskalatorların işləməsi, eləcə də havalandırmanın yetərincə effektiv olmaması ilə izah edir. Qoruyucu tədbirlər kimi stansiyalarda sərnişinlər və dəmiryolu xətləri arasında xüsusi konstruksiyaların yerləşdirilməsi təklif olunur.

Bakıda ərəb evə əylənmək üçün qadınlar gətirdi, olanlar olduBakının Səbail rayonunda xarici turistlər qarət edilib.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Dörd nəfər naməlum qadın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində kirayə mənzildə məskunlaşmış Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1991-ci il təvəllüdlü Alomira Soxuila Abduranı qarət ediblər.

Səbail rayonu 41-ci Polis Bölməsinə müraciət edən turist qadınların onun 600 manat pulunu oğurladıqlarından şikayət edib.

İlkin məlumata əsasən, ərəb turist qadınları kirayədə qaldığı evə əylənmək məqsədilə gətirib.

Digər hadisə Neftçilər prospekti 36 nömrəli binanın qarşısında baş verib.

1985-ci il təvəllüdlü Pakistan vətəndaşı Zubair Adnan Pakistani cibindən naməlum şəraitdə 500 dolların oğurlandığından şikayət edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Hələlik saxlanılan yoxdur.