Son xəbərlər

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, Milli Məclisin deputatı Araz Əlizadənin bacısı dünyasın dəyişib.
Modern.az xəbər verir ki, deputatın bacısı Lalə xanım vəfat edib.
Allah rəhmət eləsin!
Cahangir Hacıyev bəraət istədiBakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, sabiq deputat Dünyamin Xəlilov və digərləri, həmçinin, mülki iddiaçı Vergilər Nazirliyinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

"Ölkə.Az" xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyev çıxış edib.

O bildirib ki, barəsində olan ittihamlar doğru deyil. Cahangir Hacıyev barəsində bəraət qərarının çıxarılmasını məhkəmədən xahiş edib.

Daha sonra sabiq deputat Dünyamin Xəlilov çıxış edərək, ittihamları qəbul etmədiyini bildirib. O da barəsində bəraət qərarının çıxarılmasını istəyib. 

Proses dekabrın 9-da davam edəcək.

Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib.

Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayətzadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək, azadlığa buraxılması barədə qərar verib.

“I Pyotr Rusiya üçün nə edirdisə, Putin də onu edir” Sumqayıt Apellyasiya Məhkəməsində deputat Rafael Cəbrayılova qarşı kredit borcu ilə bağlı işə baxılıb. 

Oxu.Az xəbər verir ki, hakim Şəmsəddin Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərarda qəbul edilib.

Belə ki, Abşeron Rayon Məhkəməsi “AG Bank” ASC-nin iddiasına əsasən, R.Cəbrayılovun müxtəlif kredit müqavilələri üzrə iddiaçıya 2 milyon 222 min 232 dollar və 326 min 848 manat (ümumilikdə təxminən 4,1 milyon manat) ödəməsi barədə qətnamə çıxarıb.

Qətnamədə, həmçinin, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyindəki binalarda yerləşən mənzillərin satılaraq “AGBank” ASC-nın hesabına ödənilməsi qeyd edilib.

12 mart 2018-ci ildə çıxarılan bu qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların yenidən qiymətləndirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

Sumqayıt Apellyasiya Məhkəməsi bu il iyunun 14-də “AG Bank” ASC-nin apellyasiya şikayətini qismən təmin edərək, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirib.

Qətnamə ilə razılaşmayan Rafael Cəbrayılov kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə məhkəməyə ərizə verib. Noyabrın 19-da Rafael Cəbrayılov tərəfindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə qərarda qəbul edilib.

Lənkəranda tələbə qızı şantaj edərək onunla cinsi əlaqədə olan və əməlinin üstünün açılmasından sonra həbs edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2-ci, yəni hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham edilərək məhkum edilən Həbibzadə Elnur Vaqif oğlu barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Həbibzadə 16 noyabr 2017-ci il tarixdən 24 noyabr 2017-ci il tarixədək olan dövr ərzində Lənkəran Dövlət Humanitar Kollecinin dördüncü kursunda bir qrupda təhsil aldığı Samirə Verdiyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) tanışı Əli Bayramlı ilə sosial şəbəkədə yazışmalarını əldə edib.

Elnur Əli Bayramlının telefonu vasitəsi ilə həmin yazışmaların mətni ilə tanış olduqdan sonra bu barədə Samirəyə deyib. O, həmin məlumatları kollecdə digər tələbə yoldaşları arasında yaymaqla, həmçinin Samirənin ailə üzvlərinə və ərinə çatdırmaqla onu hədələyib.

Elnur Samirəni rüsvay edəcəyi ilə hədələyərək, məlumatları yaymamaq üçün ondan 200 manat tələb edib. Eyni zamanda rüsvayedici məlumatları yayacağı ilə hədələdiyi Samirəni özündən asılı vəziyyətə salıb. O, Samirəni şantaj etməklə Lənkəran şəhəri ərazisində yerləşən otelə çağırıb. Samirə həmin rüsvayedici məlumatların yayılmaması üçün Elvinin çağırışı ilə həmin otelə gedib. Orada Elnur ilə görüşüb. Görüş zamanı Elnur Samirədən onunla cinsi əlaqədə olmağı tələb edib. Samirə də onun tələbi ilə razı olub.

Elnur Samirə ilə intim əlaqədə olan zaman telefonu vasitəsi ilə çəkiliş etməyə başlayıb. Həmin vaxt o, Samirədən soyunmağı tələb edib. Əlacsız qalan Samirə də onun dediklərini yerinə yetirib. Elnur onun çılpaq foto və video görüntülərini çəkib. O, eyni zamanda Samirəyə qarşı əxlaqsız hərəkətlər edib, həmin hərəkətləri də telefonuna çəkib.

Elnur Samirə ilə cinsi əlaqədə olandan sonra ondan otelin otaq ödənişi üçün təkrarən 70 manat tələb edib. Getdikcə artan tələblərin ağırlığına tab gətirməyən Samirə Lənkəran polisinə şikayət etmək məcburiyyətində qalıb. Noyabrın 24-də, 14.35-də polis əməkdaşları Elnuru Lənkəran Dövlət Humanitar Kollecinin inzibati binasında Samirədən 270 manat alarkən həbs edib.

(seksual xarakterli hərəkətlərə məcbur etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Həbibzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elnur Həbibzadə apelyasiya şikayəti verib.

Azərbaycan-İran sərhədində atışma2019-cu ilin noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

DSX-dən BAKU.WS-ə verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb.

Lakin sərhəd pozucuları əmrə tabe olmayıb. Sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib.

Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran İslam Respublikası ərazisinə qaçıb.

Hadisə yerində 1 ədəd politelen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkarlanıb.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində ölmüş sərhəd pozucusunun İİR vətəndaşı olması müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Daha bir tələbə qız zəhərləndi

Şəkidə tələbə qız dərmandan zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Dövlət Pedaqoji Universtetinin tələbəsi 2000-ci il təvəllüdlü Əhmədova Aytac Zülfüqar qızı zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı Ə.Aytacın dərmandan zəhərləndiyi məlum olub. Xəstəyə yardım göstərilib, vəziyyəti kafi oldugu bildirilr.

Faktla bağlı araşdırma aparılır.

Başçının müavini qəzaya düşdü

Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşı və oğlu Qaradağ rayonu ərazisində ağır avtomobil qəzasına düşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Axar.az-a daxil olan məlumatı Tovuz Rayon İcra hakimiyyətindən təsdiqləyiblər.

Məlumata görə, hadisə gecə saatlarında baş verib.

“Biz də hadisənin detalları barədə məlumatlı deyilik. Qəza gecə saatlarında Bakı şəhərində baş verib. Hadisə zamanı Rəşad Zeynalovun həyat yoldaşının öldüyü deyilir. Onunla birgə olan oğlu isə ağır yaralanıb”, - deyə icradan bildirilib.

Sürücünün də dünyasını dəyişdiyi ilə bağlı məlumat yayılıb.

Qəza baş verən avtomobildə Rəşad Zeynalovun özünün də olduğu deyilir.

Bakıda maşın suda batdı

“Sədərək” Ticarət Mərkəzinin qarşısındakı ərazidə maşın suda batıb. 

“Qafqazinfo” xəbər  verir ki, bu barədə foto və videolar sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdən aydın olur ki, suda batan maşının sürücüsü avtomobilini çıxarmaqda çətinlik çəkir. Məsələ ilə əlaqədar əraziyə evakuator da çağırılıb. 

Hadisə ilə bağlı “Qafqazinfo” Qaradağ rayon İcra Hakimiyəti ilə əlaqə saxlayıb. 

İcra Hakimiyyətindən bildirilib ki, onlara maşın batması barədə məlumat daxil olmayıb: “Ümumiyyətlə rayon ərazisində fərdi evlərdən başqa, su basacaq ərazi yoxdur”.

 

 
BDU-nun tələbəsi ölümündən qabaq nişanlısına bu sözləri deyibBakı Dövlət Universitetinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızı Qusarın Xural kəndində torpağa tapşırılıb.

“Ölkə.Az” BAKU.TV-yə istinadən xəbər verir ki, dəfn mərasimindən sonra mərhumun bibisioğlu bildirib ki, Xasmətova Şəkər ölümündən qabaq nişanlısı ilə danışıb:

“Axşam qızların ikisinin halı pis olub, qusma halları olub. Təcili tibbi yardım çağırıblar. Gəlib, onlara iynə vuranda dayımqızı deyb ki, mənim başım ağrıyır, mənə də iynə vurun. Ona da yuxugətirici iynə vurublar. Dayımqızı nişanlısı isə danışanda bunları ona deyib. Bildirib ki, bizə iynə vurdular və indi mən yatıram, başım ağrayır. O, da deyib ki, yaxşı. O yatan yatıb”.

Şəkərin dəfnində əmisinin vəziyyəti pisləşdiBir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində əmisi Seymur Xasmətovun vəziyyəti pisləşib.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, o, ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Lakin burada həkimlər onun müalicəsinin Bakıda davam etdirilməsi ilə bağlı qərar qəbul ediblər.

Bakıya aparılarkən S.Xasmətovun olduğu maşın Qusar-Quba magistralında qəzaya uğrayıb.  

Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir. Avtomobil yol kənarındakı nişana dəyərək, dərəyə yuvarlanıb.  

Hadisə nəticəsində Şəkər Xasmətovanın əmisi qızı ağır xəsarətlə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Onun üzərində cərrahi əməliyyat aparılıb. Hazırda müalicəsi reanimasiya şəraitində davam etdirilir. 

Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.  

Ş.Xasmətova dünən doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.