Son xəbərlər

Fransada prezident Emmanuel Makrona sui-qəsd hazırlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, söhbət 30 və 45 yaşlı iki kişidən gedir.

Saxlanılanlara qarşı “cinayətkar terror təşkilatına üzvlük” ittihamları irəli sürülüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hər iki şübhəli ultrasağçı qruplaşmanın üzvləridir. Onlar həbs ediliblər.

Müstəntiqlər sui-qəsd planının Makronun Şarlevil-Mezer şəhərinə səfəri zamanı planlaşdırıldığını müəyyənləşdiriblər. Bununla bağlı aparılan təhqiqatda isti izlərlə 6 nəfər saxlanılıb. Onlar Makrona hücum etməyi planlaşdırdıqlarını etiraf ediblər.

Sui-qəsdin qarşısını almağa 63 yaşlı təqaüdçü Jan-Pyer Buyerin videomüşahidəsi kömək edib. O, 2018-ci ildə Makrona sui-qəsdin cəhdindən sonra kəşfiyyat orqanlarının nəzarəti altına düşüb. Buyer telefon danışıqlarından birində deyib ki, prezidentə metal detektorun aşkar etmədiyi keramika bıçağı ilə hücüm etmək istəyir.

Buyer öz tərəfdarlarından birinin evinə gedəndə polis işə qarışıb. Onu 3 şübhəli ilə birlikdə saxlayıblar. Təqaüdçünün avtomobilinin yük yerində keramika bıçağı aşkarlanıb.

Şübhəli şəxslərin evlərində aparılan axtarışların gedişatında külli miqdarda silah tapılıb. Sonra daha bir kişi və qadın saxlanılıb. Bütün şübhəlilər Parisdə həbsxanadadır.   /modern.az/

Müsavat mühacir qalmaqalı ilə bağlı açıqlama yaydı

Müsavat partiyası mühacir qalmaqalı ilə bağlı açıqlama yayıb.

Yayılan açıqlamada bildirilib ki, alman polisinin keçirdiyi əməliyyatın hədəfi nəinki Müsavat Partiyası, heç azərbaycanlı mühacirlər də deyil:

“Son günlər Almaniyada qanunsuz miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyat Azərbaycanda tamamilə təhrif olunaraq, guya Müsavat Partiyasına qarşı əməliyyat kimi təqdim edilib. Bu, Müsavat Partiyasına qarşı təbliğat kampaniyası aparanlar üçün növbəti bir fürsət olub.

Halbuki, həmin əməliyyatın hədəfi nəinki Müsvat Partiyası, heç azərbaycanlı mühacirlər də deyil. Almaniyada həyata keçirilən əməliyyata, rəsmi məlumata görə, 510 polis cəlb edilib, 6 federal əyalət üzrə 38 obyektdə axtarış aparılıb. Bu obyektlərdən yalnız 13-ü azərbaycanlılara, böyük əksəriyyəti isə ukraynalı, suriyalı və digər ölkələrdən olan miqrantlara məxsusdur.

Əməliyyat çərçivəsində hər hansı bir Müsavat üzvünün saxlanıldığı barədə iddia təsdiq olunmayıb.

Bu iddia ilk olara Meydann TV əməkdaşı Həbib Müntəzir tərəfindən irəlü sürülüb. Getdikcə daha çox təhrif edilərək şaxələnən iddiaya görə, saxlanılanlar arasında guya Müsavat Avropa Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, onun müavini kimi təqdim edilən Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və keçmiş CÇM rəhbəri Elçin Əkpərovun da olduğu iddia edilib.

Əvvəlcə qeyd edilməlidir ki, Mehdi Xəlilbəyli təşkilatda hər hansı vəzifə tutmur. Adı çəkilən digər şəxslər Müsavat üzvləri deyil, Rəşad Məmmədov isə, nəinki üzv deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Onların saxlandıqlarını təsdiq edən hər hansı fakt da ortada yoxdur.

Həmçinin İlham Həsənin saxlanması haqında xəbər təkzib edilib. O, canlı yayımda verdiyi müsahibədə özünün və təşkilatın digər üzvlərinin saxlanması barədə xəbərin yalan olduğunu bildirib.

Təəssüflə qeyd edilməlidir ki, Həbib Müntəzirin çalışdığı Meydan TV bu əssasız iddianı tam olaraq dərc etmədiyi halda, bəzi nüfuzlu media strukturları heç bir mənbə göstərmədən bunu dərc ediblər.

Həbib Müntəzir öz iddiasının mənbəyi kimi “Koblens məhkəməsinin qərarı” kimi təqdim etdiyi bir kağız parçasını sosial mediada paylaşıb, lakin onun üzərində nə möhür, nə imza, nə də başqa rekvizit var.

Üstəlik, “sənəddə” yazılanların bir çoxu silinib ki, bunun kimin tərəfindən, hansı məqsədlə, hansı yalanı gizlətmək üçün silindiyi izah olunmayıb.

Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır. Əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs(lər) buna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxs(lər)lə bağlı adekvat tədbirlər görəcək.

Yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha ətraflı məlumatlar veriləcək”.
Bakıda yol polisini öldürmək istəyən şəxslər yenidən HAKİM QARŞISINDA

Bakıda polis əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən Elman Sadıxov və Elçin İbrahimov məhkəməyə apelyasiya şikayəti veriblər.
Onların şikayətinə noyabr ayının 20-si Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədlriyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Yol Polisi əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.

E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.
Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin İbrahimov 17 il, Elman Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto

Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

“Qafqazinfo” xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin yoxlanması zamanı yük yerində 48 ədəd üzərində "Ovitrelle 250 mcg/05 ML", 1456 ədəd "Paxıl 20 mg", 600 ədəd "Biosteron Dhea 25 mg", 1344 ədəd "Nexium 20 mg", 1470 ədəd "Nexium 40 mg", 2016 ədəd "Estrofem 2mg", 3000 ədəd "Roaccutane 20 mg", 1530 ədəd "Roaccutane 10 mg", 2000 ədəd "Anti-fosfat cc 500 mg", 990 ədəd "Progestan 200 mg", 1600 ədəd "Anti-asidoz 500 mg", 112 ampula "Devit-3300000 I. U/ ml", 2800 kapsul "Hydrea 500 mg" yazılan dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto
Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto
 
Almaniyadan deport edilən azərbaycanlılarla bağlı — RƏSMİ AÇIQLAMA

Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində 14.11.2019-cu il tarixdə Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.
Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.
Deport edilən 61 azərbaycanlı Bakıya gəldi

Dövlət Miqrasiya Xidməti Almaniyadan deportasiya olunan azərbaycanlılarla bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində dünən Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

Almaniyadan bir gecədə 140 azərbaycanlı mühacir qovuldu
Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb.

Trend xəbər verir ki, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deport olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar.

Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qeyd edilir.

Qeyd edək ki, son iki gündə Almaniyadan 12 Azərbaycan vətəndaşının deportasiya edildiyi barədə də məlumatlar yayılmışdı.

Məlumata görə, deport olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Bundan əlavə, Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmov da deportasiya edilib.

Azərbaycanda məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Turkustan.info-nun  məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının noyabrın 14-də keçirilən iclasında qərar qəbul olunub.

Şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.  /Oxu24.com/

Bakıda məscidin yaxınlığında kişini döydülər
Bakıda döyülmə hadisəsi olub.

Report xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Xocahəsən Məscidinin qarşısında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Yusifov Gəncəvi İsmət oğlu naməlum şəxs tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona hər iki təpə və gicgah nahiyələrinin əziyi, hematoması diaqnozu qoyulub.

Bakının mərkəzində qanunsuz pul yığılırPaytaxtın Nizami rayonunda yerləşən köhnə maşın bazarına giriş-çıxış üçün sürücülərdən 20 qəpik- 1 manat arasında ödəniş tələb edilir.

"Ölkə.Az" Xəzər  TV-yə istinadən xəbər verir ki, belə vəziyyət sürücülərin haqlı narazılığına səbəb olur. Sürücülərdən ödəniş alınsa da, onlara qəbz təqdim edilmir.

Maşın bazarına daxil olmağın ödənişli olub-olmadığını əks etdirən heç bir nişan yoxdur. Ancaq buna baxmayaraq bazara giriş-çıxış üçün sürücülərdən pul alınır.

Görüntülər Paytaxtın Nizami rayonu Babək prospektində yerləşən köhnə Maşın bazarındandır. Avtomobillər çıxarkən bir nəzarətçi, dayanacaq haqqı kimi sürücülərdən pul alır. Özü də konkret bir məbləğ yoxdur. Nəzarətçi sürücülərdən 20 qəpiklə -1 manat arasında pul istəyir. Bu isə sürücülərin haqlı narazılığına səbəb olur

Nəzarətçiyə yaxınlaşıb sürücülərdən pul tələb etmələrinin səbəbini soruşduq. Özünü bazarın nəzarətçisi kimi təqdim edən bu şəxs sürücülərdən qanuni pul aldığını və qəbzdə verdiklərini bildirdi. Hərçənd ki çəkiliş zamanı sürücülərə qəbz verildiyinin şahidi olmadıq.

Problemlə bağlı bazar rəhbərliyinə müraciət etsək də suallarımız cavabsız qaldı.

Ekspertlər isə bildirir ki, sahibkarlar bu kimi yerlərə görə istənilən ödəniş məbləğini tətbiq edə bilərlər. Lakin ödənişlərin hamısı rəsmi olmalıdır.

Bu ödənişlərlə bağlı sürücülərə qəbz vəya bank hesabı təqdim edilməlidir. Əgər vergidən yayınma küllü miqdarda olduğu öz təsdiqini taparsa həmin sahibkar haqqında cinayət işi belə başlanıla bilər.