Son xəbərlər

Gəncin atası Nazim Həbibzadə: “Oğlumu tamah məqsədilə öldürüblər…”

Bakının Türkan qəsəbəsində, Bağlar massivində baxımsız bağ evinin həyətindəki su quyusunda çürüməyə məruz qalan kişi meyiti aşkar olunub. Meyitin su quyusunda  olmasını istintaqçılara Binəqədi rayon sakini Səbuhi Telman oğlu Ələkbərov deyib. Etiraf edib ki, bacanağı Rəşadla birgə qonşusu olan 1987-ci il təvəllüdlü Elvin Nazim oğlu Həbibzadəni qətlə yetiriblər. Meyiti isə özünün ana babasının Türkanda yerləşən bağındakı su quyusuna atıb, üstünə qayma daşlar tullayıblar. 

Amansız qətlin motivi haqda “Yeni Müsavat”a mərhum Elvin Həbibzadənin atası Nazim Həbibov danışıb. Deyib ki, cinayət tamah məqsədilə törədilib, sonradan isə motivin gizlədilməsinə yönəlik addımlar atılıb, ifadələr verilib. Onun sözlərinə görə, cinayətdən sonra baş verənlər belə nəticəyə gəlməyə əsas verir:

“Elvin oktyabrın 13-də həyat yoldaşı ilə əlaqə saxlayıb, evə nə lazım olmasını xəbər alıb. Deyib ki, az sonra gələcək. Oğlum evə zəng eləyəndə axşam 11 radələri olub. Elvin stomatoloq idi, gününün çox hissəsi özünün şəxsi kabinetində keçirdi. Qazancı da yaxşı idi. Həmin gün də Elvin zəng edəndə yoldaşı telefonla ona evə nə lazımdır deyib, sonra da yuxulayıb. Bir də səhər ayılıb ki, Elvin evə gəlməyib. Bizə bu haqda məlumat verəndən sonra Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə də xəbər veriblər. Bölmədə Elvinin dostlarını araşdırdılar, qonşu Səbuhini də çağırmışdılar. Səbuhi demişdi ki, həmin gün Elvinlə bir yerdə olublar. Elvin onu çağırıb, deyib ki, gəl mənimlə gedək. Elvinin maşınında birgə Sahil qəsəbəsinə gediblər. Orada körpünün üstündə Qaqo adlı şəxs də maşına minib. Səbuhi deyirdi ki, Qaqo Elvinin tanışı olub. Sahil qəsəbəsindən Qala qəsəbəsinə gediblər, oradan da gecə yarısı qayıdıb onu Binəqədidəki daş bazarının yanında maşından düşürüblər, özləri də harasa gediblər”.

Səbuhi Ələkbərovun sözlərinə görə, bütün bu səyahət zamanı onun tanımadığı Qaqo ilə Elvin söhbət edib,  həmin vaxt da özü arxa oturacaqda yatıbmış. Amma istintaqçılar ona inanmayıblar.

Elvin həbibzadə ile ilgili görsel sonucu

“Səbuhi Elvin itkin düşdüyü 10 gün ərzində yanıma düşüb mənimlə birgə onu axtarırdı. Qaqonu tanımadığını dönə-dönə deyirdi. Səbuhi deyirdi ki, mən Gürcüstanda iş tapmışam. Məni tez-tez polisə çağırırlar deyə zorla tapdığım işin dalınca da gedə bilmirəm. Mən də polisə deyirdim ki, bununla nə işiniz var, buraxın getsin. 1-2 dəfə çağırıb dindirmisiz, daha onu çağırmayın, qoy işi ilə məşğul olsun. Həmin günlərdə Səbuhi ailəsini də götürüb Gürcüstana getmək istədi. Sərhəddə bilindi ki, ölkədən çıxışına qadağa var, geri qaytardılar. O, yenə də nə baş verdiyini demirdi. Bizlər də hər gün Elvini axtarırdıq. Səbuhi də deyirdi ki, Elvini tanımırsız, gələcək də. Nə düşüb onu axtarırsız” – mərhumun atası deyir.

Məsələnin üstü Elvin Həbibzadəyə məxsus “BMW” markalı maşının aşkarlanmasından sonra açılıb. Atası bildirir ki, oğlu itkin düşəndən sonra onun maşını da yoxa çıxıb. Polis kameralar vasitəsilə maşının harada olmasını müəyyən edə bilməyib. Belə qənaətə gəliblər ki, maşının nömrə nişanları saxta nömrə nişanları ilə əvəzlənib. Ona görə də Elvin Həbibzadəyə məxsus “BMW” markalı maşını Az 10 VP 103 nömrə nişanı ilə kameralarla müəyyən etmək olmur: “Qara rəngli bütün oxşar ”BMW”lərin hərəkət trayektoriyasını yoxladılar. Digər oğlum Elçinə xəbər verildi ki, oxşar “BMW” Qızıldaş qəsəbəsi istiqamətinə gedib. Elçin də Qızıldaşa getmişdi, mərkəzə yaxın yerdə olan təmir sexinin qarşısında Elvinin maşınını aşkarlamışdı. Maşının üzərində saxta nömrə nişanları olmuşdu. Maşının mühərrik hissəsi isti olduğundan Elçin başa düşmüşdü ki, maşını az əvvəl həmin ərazidə saxlayıblar. Təmir sexində çalışan usta demişdi ki, maşın Rəşad adlı bir şəxsə məxsusdur, maşını onun yanına söküb satmaq üçün gətirib. Elçin bizə bu haqda məlumat verəndən sonra ora yollandıq. İstintaqçılara da bu barədə xəbər verdik. Biz ora çatanda Rəşadı sexə çağırdılar, maşını kimdən aldığını soruşdular. Dedi ki, guya Sahil qəsəbəsində körpünün üstündə dayanıbmış, həmin vaxt yanında bir maşın saxlayıb, sürücü maşını təcili satdığını deyib. 4 min manata razılaşıblar, o da maşını alıb. Maşının real bazar qiyməti 15-16 min manat idi. Rəşadı sorğu-sual etmək üçün bölməyə gətirdilər. O da bölmədən qaçdı. Sonra yenə də tutub gətirdilər. Səbuhi də dedi ki, Rəşad onun bacanağıdır. Məlum oldu ki, Qaqo dediyi şəxs elə Rəşaddır”.

Elvin həbibzadə ile ilgili görsel sonucu

Nazim Həbibovun sözlərinə görə, bundan sonra işin üstü açılıb: “Məlum oldu ki, hadisə olan gün Səbuhi Elvindən xahiş edib ki, onu Sahil qəsəbəsinə aparsın. Elvin də aparıb. Orada körpünün üstündə maşına bacanağı Rəşad minib və vəhşicəsinə Elvini öldürüblər. Oğlumun boğazına qayçı ilə zərbə vurublar, müqavimət göstərəndə bıçaqla xəsarətlər yetiriblər. Cinayət Sahil qəsəbəsində baş verib. Meyiti gizlətmək üçün Türkana, Səbuhinin ana babasının baxımsız bağına aparıblar. Orada 30 metr dərinliyi olan su quyusuna atıblar. Əllərinə düşən qayma daşları da üstünə atıblar. Elvinin meyitini oktyabrın 25-də quyudan Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu çıxardı”.

sto,.PNG (173 KB)

Nazim Həbibov deyir ki, amansız qətllə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 maddəsi ilə cinayət işi istintaq olunur: “Səbuhi ifadə verib ki, guya oğlumu namus məsələsi üstündə qətlə yetiriblər. Guya oğlum onun həyat yoldaşına təkliflər edib. Əslində isə bu, yalandır. Oğlumu tamah məqsədilə öldürüblər. Bunu onun maşınının sökülüb satılması, oğlumun üzərindən pullarının götürülməsi də sübut edir. Bir şəxsi namus üstündə öldürürlərsə, onun maşınını, pulunu niyə götürürlər? Bu cinayət həm də əvvəlcədən planlaşdırılıb, Elvinin maşınının üzərinə saxta nömrə nişanı vurulması, maşının Qızıldaşa aparılıb orada sökülüb satılmasına yönəlik addımlar atılması da bunu sübut edir”.

Bakıda polis intihar etmək istəyən qadını belə xilas etdi

Keçən gün Koroğlu metrosunun yaxınlığında qadın intihara cəhd edib.

"Ölkə.Az" xəbər verir ki, qadın özünü körpüdən atmaq istəyib.

İntihar etməyə çalışan orta yaşlı qadını YPX əməkdaşları xilas edib.

Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb. 


Bakıda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində xoşagəlməz hadisə baş verib.

News24.az-ın məlumatına görə, Şamaxinka adlanan ərazidə, Sumqayıt yolu istiqamətində yerləşən Merd Petrol yanacaqdoldurma məntəqəsində yerə basdırılmış iri benzin çəninə yağış sularının dolması barədə məlumatlar yayılıb.

Bildirilir ki, çənin qapağının yaxşı bağlanmaması səbəbindən ora yağış suları dolub və həmin suyun qarışdığı benzin avtomobillərə vurulub. Bu səbəbdən xeyli avtomobildə ciddi problem yaranıb.

Sürücülər baş vermiş hadisə ilə bağlı məntəqəni günahlandırıblar və obyektin rəhbərliyi həmin maşınların təmirini öz üzərinə götürüb.


38 yaşlı Bakı sakini Mehman Hüseynov noyabrın 2-də, günorta saatlarında qeyri-adi soyğunçuluq hadisəsinin qurbanı olub.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Saat 12: 00-da Dərnəgül qəsəbəsi ərazisində bir nəfər gəncə Rail və Ziya adlı şəxslər tərəfindən hücum edilib. Belə ki, onu zorla “Nissan” markalı maşına mindiriblər.

Avtomobilin salonunda təcavüzkarlar M.Hüseynovu döyərək onu bıçaqla hədələyib və Nərimanov rayonu ərazisi, Əhməd Rəcəbli küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə aparıblar. Burada quldurlar M.Hüseynovdan 50 manat götürüblər.

Təcavüzkarlar zərərçəkənin gözü qarşısında onun pulu ilə yanacağın ödənişini ödəyib və 30 manatı M. Hüseynova qalıq olaraq geri veriblər.

Yanacaqdoldurma məntəqəsindən ayrıldıqdan sonra Rail və Ziya qurbana qaçmağa imkan verib. M.Hüseynov dərhal polisə müraciət edib.

Hazırda müstəntiqlər vicdan soyğunçularını saxlamağa çalışır. “Nissan” markalı avtomobilə sahib olan təcavüzkarların şəxsiyyəti artıq müəyyən olunub.


Xəyanəti sevmirəm. Mən heç dostuma qarşı xəyanət etmərəm, nəyin ki, doğmalarıma qarşı.

Bunu Aynur Dadaşova şəxsi həyatı ilə bağlı “Ay Zaur”da danışarkən deyib.

Xanım müğənni həyat yoldaşından rəsmi olaraq 2 ildir ayrıldığını da etiraf edib:

 

“Ayrılmağımıza səbəb xəyanət oldu. Xəyanəti bağışlamıram, artıq 2 ildir! Dəfələrlə xəyanət etdi, bağışladım. Artıq 2 ildir subayam. Bu vaxta kimi bunu niyə gizlətdiyimi deyim: çünki çəkinirdim ki, insanlar barəmdə artıq söz deyərlər. Bizim sənətdə özünüz bilirsiniz ki, biri yaxşı baxır, biri pis baxır. İstəmirsən ki, kimsə sənə yaxınlaşıb artıq bir söz desin. Saf bir ailəmin olmağını istədim. Düzgün insan üçün canımı da verərəm. Mən xəyanətini tutanda məni sudurqa tutdu. Özümü və övladlarımı fikirləşdim. Düşündüm belə bir hal bir də keçirtsəm, mən ölə bilərəm”.

Xatırladaq ki, müğənni son müsahibələrinin birində həyat yoldaşından ayrıldığı barədə suala “Ayrılıq yox, incikliyimiz olmuşdu. İki övladımız var. Bir övladım olsa, deyərdim ki ayrılmışam. Elə bir zəmanədir ki, təkbaşına heç nə etmək mümkün deyil. Uşaqların gələcəyini düşünmək lazımdır. İnciklik olub, insanıq və insan səhv edir. Düşünürsən ki, bu səhvi etməməli idi. Yalan danışa bilmərəm. Həyat yoldaşımın səhvi oldu, bir müddət küsülü qaldıq, indi hər şey yaxşıdır. Səhvinə görə bağışlaya bilmirdim, amma yola gəldim” cavabı vermişdi.

Qeyd edək ki, Aynurun bu evlilikdən iki övladı var (bir qız, bir oğlan ). Milli.Az


Sumqayıtda süpürgəçi qadını avtomobil vurub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 26-cı məhəllə ərazisində baş verib.

Şəhər sakini, Sumqayıt Təmizlik Departamentinin dalandarı, 1960-cı il təvəllüdlü Hüseyxanova Lətifə Hüseyxan qızı iş başında olarkən onu avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Bu il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.

“Minval.info” xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.

Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb.

Yaşadığı evə baxış zamanı oradan bir ədəd təklüləli yivsiz ov tüfəngi və “Makarov” tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.


Fövqəladə Hallar Nazirliyi (FHN) dənizdə köməksiz qalan 2 balıqçını xilas edib.

 FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib.

Azərbaycanda uşaqlarına dağ basan anaya cinayət işi açıldı

Daşkəsən rayonunda öz övladlarına qaz sobasında qızdırılmış əşya ilə xəsarətlər yetirən qadına cinayət işi açılıb.

Araşdırmalar nəticəsində Elmira Pavlovaya Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsilə cinayət işi başlanılıb.

Hələlik saxlanılan yoxdur. 

Qeyd edək ki, bir müddət əvvəl E.Pavlovanın atası Saday Əlirzayev Daşkəsən Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, qızı azyaşlı övladları - 2010-cu il təvəllüdlü H. və 2012-ci il təvəllüdlü Ə.-yə xəsarət yetirib.

Uşaqlar atasından ayrı yaşayır. Qadın siqaret çəkir və içki audəçisidir. 

Bakı küçələrində erməni mahnısı səsləndirdilər

Dünən sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub.

BakuPost.az xəbər verir ki, həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib.

Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər.

Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.

Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.