![]() |
![]() |
“MTN işi” ilə bağlı həbs edilən Orxan Osmanov azadlığa çıxıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, general Akif Çovdarovla birgə məhkəmə önünə çıxarılan Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin tabeliyində olan şöbənin rəis müavini Orxan Osmanov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun cəza müddəti başa çatdığı üçün azadlığa çıxıb.
Onunla birgə həsb edilən Akif Əliyev də bir neçə ay əvvəl eyni səbəbdən azadlığa çıxmışdı. Hazırda bu dəstədən Çovdarov və polkovnik Səlim Məmmədov həbsdə qalır. A.Çovdarov 12 il, S.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onların işi hazırda Ali Məhkəmədədir.
Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.
"Ölkə.Az" xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
"Ölkə.Az" xəbər verir ki, institutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə bildirib. O, açıqlamasında bildirib ki, Xəzər dənizi səviyəsinin dəyişməsinin, o cümlədən 1978-1996-cı illərdə səviyyənin artmasının əsas səbəbi iqlim amilidir. Göstərilən dövrdə səviyyə 2,5 m qalxıb, Azərbaycanın sosial-iqtisadi həyatına 2,2 milyard ABŞ dolları civarında ziyan dəyib. Xəzərin səviyyəsinin artması nəticəsində 48,5 min ha torpaq su altında qalıb, böyuk ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.
R.Məmmədov əlavə edib ki, iqlim modellərinin verdiyi proqnozlara görə, Yer kürəsində rütubətli ərazilərdə yağıntının miqdarı artacaq, quraq-arid ərazilərdə isə azalacaq:
"Bu, o deməkdir ki, dənizə axan əsas çayın - Volqanın suyu artacaq. Nəticədə dənizin səviyyəsinin qalxma ehtimalı var. Ancaq nəzərə almaq lazımdır ki, Xəzər dənizinin güzgü əksi quraq zonadır.
İqlim modellərinin verdiyi proqnozlara görə, bu zonalarda buxarlanma da çoxalacaq. Bu iki amilin birgə təsiri səviyyə dəyişmələrində ekstremal hallarının ehtimalının az olduğunu göstərir. Buna görə də səviyyə nisbətən kiçik amplituda ilə dəyişəcək".
R.Məmmədov bunu da əlavə edib ki, yağıntıların azalması çayların sularının 10-15 % azalmasına gətirib. Əsas azsulu illər 1995-2000, çoxsulu illər isə 2002-2003 və 2010-cu illər olub:
Su resurslarının dəyişməsinə ən həssas reaksiya verən sahələr energetika, kənd təsərrüfatı və içməli su ilə təminatdır. Hesablamalar göstərir ki, iqlim dəyişmələri səbəbindən çayların suyu azaldıqda Hidro-elektrik Stansiyada (HES) elektrik enerjisinin istehsalı 15-20 % azalacaq".
Xaçmaz rayonunda sığınacaqda saxlanılan itlər kütləvi şəkildə tələf olub.
Bunu “Qafqazinfo”ya açıqlamasında həmin sığınacağın sahibi Nailə Rüstəmli bildirib. O deyib ki, 15 it iki gün əvvəl sığınacağın həyətində gəzib, axşamdan isə onlarda zəhərlənmə əlamətləri aşkar olunub: “Kütləvi şəkildə komaya düşürdülər. Ümumi 15 it zəhərlənib, 11-i ölüb. 4-ü müalicə olunur. Amma ayağa dura bilmirlər, müqavimətləri yerində deyil, ağrı çəkirlər.
Bunu edənin kim olduğunu dəqiq bilmirik. Amma şübhələndiyimiz 2-3 nəfər var. Hansı ki, birincisi qonşu bağın sahibi, Xaçmazda vəzifəli bir şəxsdir. Dəfələrlə mənə hədə-qorxu gəlib, bir dəfə işçisi itlərimizə güllə atıb. Ən çox şübhə etdiyim odur”.
N.Rüstəmli bildirib ki, sağ qalan itlər müalicə üçün Bakıya gətirilib və onlardan nümunələr götürülərək analiz verilib: “Nəticələr hamısı aşağı dərəcəli oldu. Həkim dedi ki, bu tramadol, ya da digər psixotrop dərman verəndə belə olur. Yəni itlərin dərmanla zəhərləndiyi təsdiqləndi”.
N.Rüstəmli hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verib: “Dünən günorta qaynar xəttə şikayət etdim, iki saat sonra Xaçmaz rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldı”.
Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, müraciətlə bağlı şikayətçinin izahatı alınıb və itlərin ölümü faktı üzərində araşdırmalara başlanılıb: “Əgər araşdırma nəticəsində itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar olunarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək”.
Murad Əhməd
"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, qətl hadisəsi bu il Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsi 8 ünvanında yerləşən kafedə baş verib. Saatlı rayon sakini, 43 yaşlı İsgəndərov Əflan Suvarağa oğlu qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Turxan İsmayılov saxlanılıb.
Daha doğrusu, qohumlarına polisdən zəng gələndən sonra cinayətkar gizlənməyin mənasız olduğunu anlayaraq, özü polisə təslim olub.
Məlum olub ki, qətl 12 santimetr uzunluğu olan ov bıçağı ilə törədilib.
Saxlanan şəxsin sözlərinə görə, Ə.İsgəndərov onun yanında telefonla danışarkən söyüş söyüb və bu, T.İsmayılovun qəzəbinə səbəb olub.
Son günlər paytaxt Bakının bir neçə yerində, əsasən də marketlərdə yeni cihazlarla qarşılaşırıq. Bəziləri bu cihazların faydalı, bəziləri isə vətəndaşların borc batağına salınması üçün yeni üsul olduğunu deyir.
Minval.info xəbər verir ki, söhbət “Azpulmanat” şirkətinin eyni adlı borclanma cihazlarından gedir. Belə ki, vətəndaşlar bir neçə dəqiqə ərzində tək şəxsiyyət vəsiqəsi ilə bu cihazlardan pul götürə bilirlər.
Sistemin işləmə prinsipinə gəlincə, borclanmaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır və beləcə proses start götürür. Aparatda heç bir insan amili yoxdur. O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur. Bu barədə şirkətin rəsmi saytı olan “Azpul.az” saytında məlumat verilib. Amma…
Şəxsiyyət vəsiqəsini qeyri-dövlət qurumuna, yeni qurulan, şəxsi saytları belə yetərincə qorunmayan şirkətə etibar etmək olarmı? Sizin şəxsi bilgilərinizə tamamı ilə sahib olan sistem nə qədər mükəmməldir?
Şirkət sizin bilgiləriniz sayəsində sizə veriləcək pulun məbləğ və faizini tərtib edir. Deməli həmin bilgilər istənməyən əllərə keçsə ciddi problemlər yarada bilər.
Yaranan bəzi suallarla bağlı şirkətlə əlaqə saxladıq. Bildirildi ki, bu sistem maaşa qədər xalqımıza yardımdır: «Minimum 5, maksimum 21 gün müddətində pul verilir. Sizin tutaq ki, 20 manata ehtiyacınız var. Şəxsiyyət vəsiqənizlə cihaza yaxınlaşırsınız, uyğun bölməyə sənədi yerləşdirirsiniz, sistem onu scan edir. Bundan sonra əlaqə nömrənizi yazırsınız, sizə xüsusi məlumat və şifrə gəlir. Bu şifrəni yazıb, 20 manatı dərhal götürə bilirsiniz. Sizə borc alma tarixçəniz açılır. Tarixçəniz düz olduqca məbləğ artır, faiz az olur.
Siz götürdüyünüz pulu 5 gündən sonra 22 manat şəklində geri ödəyirsiniz. Sistem sizin tarixcənizi incələyir. Bunun sayəsində sizə veriləcək növbəti məbləği təyin edir və ona uyğun pul götürə bilirsiniz. Minimum 20, maksimum 1000 manat məbləğində pul götürə bilərsiniz. Ancaq ümumi kredit sayı 3 dəfədir».
Təhlükəsizlik məsələsində isə, məlumat verildi ki, heç kim başqasına aid olan şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilməz: «Cihazlarda yerləşdirilən kamera vasitəsi ilə sistem tanıma işləmi aparır. Əgər şəxsiyyət vəsiqəsinin sahibi ilə pul götürməyə çalışan eyniş şəxs deyilsə sistem xidməti dayandırır, ödəniş etmir. Hər şey tamamı ilə qanunidir. Bir daha qeyd edirik ki, bu xalqımıza yardım etmək üçün qurulmuş özəl şirkətdir.
Əgər kimsə borc götürən şəxs ödənişi gecikdirsə onun tarixcəsində problem yaranır və ikinci dəfə pul götürən zaman məbləğ az veriləcək. Tamamı ilə pul ödəməyən, yəni kimsə pulu götürdü, amma ödəmədi. Bu zaman işə məhkəmə qarışır. Şirkət məhkəmə vasitəsi ilə həmin şəxsdən pulunu geri alacaq».
Hazırda pul götürmək üçün cihazların önündə hər gün onlarla dam növbədə dayanır. Çoxunun da bu pullara mütləq ehtiyacı var. Geri qaytarmaq haqqında isə heç biri düşünmür. Bu da borcluların daha da artmasına yol açır. Belə çıxır ki, bu sistem deyildiyi kimi vətəndaşlara kömək yox, onları daha da borca batırmaq üçün yarayır.