"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Hızırkaya məhəlləsində yaşayan 75 yaşlı Hüseyin Yeni adlı şəxslə təzə evləndiyi azərbaycanlı xanımı Məhəbbət Cəfərova (51 yaş) və onun qohumu Firdevs Əliyeva (51) arasında bilinməyən səbəblərdən mübahisə başlayıb.
Mübahisənin davaya çevrilməsindən sonra qadınlardan biri onun başına sərt bir əşya ilə vurub.
Bundan hiddətlənən Hüseyn Yeni evdəki silahla həyat yoldaşını və onun qohumunu yaralayıb.
Qonşuların xəbər verməsindən sonra əraziyə jandarm və tibb işçiləri gəliblər. Onlar gələnə qədər Fidevs Əliyeva hadisə yerində ölüb.
Hüseyn Yeni və arvadı Məhəbbət Cəfərova özəl xəstəxanaya aparılıblar.
Hər iki yaralının həyatı təhlükə altındadır.
"Ölkə.Az" xəbər verir ki, bu barədə şəhər sakinləri BAKU.WS-in “qaynar xətti”nə şikayət edirlər.
Şikayətçilər bildirirlər ki, şəhər yollarında təmir-tikinti işlərilə bağlı gediş-gəliş mümkünsüz olub. Nəinki piyadalar və minik maşınları, hətta avtobuslar, yük maşınları da hərəkət edə bilmir.
Yolların bərbad vəziyyətdə olması ilə bağlı dövlət qurumları tədbir görmək istəmirlər, yaxud edə bilmirlər. Şikayətçilər dəfələrlə bu barədə lazımı qurumlara desələr də, problem həll edilmir.
Dünəndən başlayan yağın acınacaqlı vəziyyəti daha da gərginləşdirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, noyabrın 21-i gündüzdən 22-si səhərədəkölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağıb, bəzi yerlərdə intensivləşib.
Düşən yağıntının miqdarı Astarada 47, Lənkəranda 41, Xaçmazda 20, Balakən, Qəbələ, Zaqatalada 16, Lerik, Sarıbaşda 12, Oğuzda 11, Yardımlı, Tərtərdə, Qusar, İsmayıllıda 9, Şabranda 8, Quba, Neftçalada 7, Altıağac, Qırızda 6, Şamaxıda 5, Bərdə, Beyləqan, Ağdam, Mərəzə, Naftalanda 4, Xaltan, Xınalıqda 3, Ağstafa, Mingəçevir, Ağsuda 2, Gəncə, Daşkəsən, Şəmkir, Şahdağ, Qazıməmməd, Biləsuvar,Sabirabad, İmişli, Göyçay,Cəfərxan,Zərdab,Yevlaxda 1mm, Sumqayıtda 47 mm (aylıq normanın 169 faizi), Bakıda 11 mm (aylıq normanın 38 faizi), Maştağada 6, Binədə 4 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Sarıbaş, Altıağacda 12, Qırız, Xınalıqda 8, Qusarda 7, Mərəzə, İsmayıllı, Qubada 2, Xaltanda, Daşkəsəndə 1, Lerik, Yardımlıda 0,8 sm olub.
Havanın minimal temperaturu dağlıq rayonlarda 9-15 dərəcə şaxta təşkil edib.
Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.
İstanbulda yerləşən “Amerikan Hastanesi”nə köçürülmüş komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevdən xəbərlər var.
Turkustan.info xəbər verir ki, Gülalıyevlər ailəsinin dostları bildiriblər ki, Oqtay bəy artıq 3-cü gündür ki, “Amerikan xəstəxanası”na transfer edilib.
“Dünən əməliyyat olunub, başındakı qanlı su təmizlənib. Bu gün rəngi özünə qayıdıb, xeyli yaxşı görünür. Həkimi Mehdi Sasani deyir ki, bu elə böyük bir əməliyyat deyil, amma beyinə yığılan kirli suyu təmizləmək onu rahatlatacaq. Nəfəs alması da yaxşılaşıb, müqaviməti yavaş-yavaş bərpa olur, sonrasını müalicə göstərəcək”,- ailənin dostları bildiriblər.
Həkimlər deyiblər ki, Oqtay Gülalıyevin qanında mikrob var, onu təmizləməyə çalışırlar. Xəstənin qısa zamanda komadan ayılma ehtimalı böyükdür,
Qeyd edilir ki, “Amerikan xəstəxanası” İstanbulun ən məşhur klinikalarından biridir – həm tibbi avadanlığı, həm həkim kontingenti, həm də yüksək səviyyəli gigiyenik təmizliyi ilə.
Xatırladaq ki, Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-du axşam saatlarında Bakıda minik avtomobili vurub. Hadisə hüquq müdafiəçisi yolu keçərkən, piyada xəttinin üstündə baş verib.
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatına görə, Oqtay Gülalıyev taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə vurulub. Sürücü Oqtay Gülalıyevi Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev “City Hospital”a köçürülüb, oktyabrın 30-da burada əməliyyat olunub.
Noyabrın 1-də Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Daha sonra isə xəstə Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəya aparılıb.
Beyni əzilməsi diaqnozu qoyulan O.Gülalıyev hazırda koma vəziyyətindədir.
"Ölkə.Az" oxu.az -a istinadən xəbər verir ki, hadisə Ramana sovxozunda qeydə alınıb.
99-EJ-378 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolu keçmək istəyən təxminən, 45-50 yaşlı naməlum kişini vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
APA bildirir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” marketə oğru girib.
Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır.
"Ölkə.Az"ın APA-ya istinadən verdiyi məlumatına görə, yanacaq daşıyan maşın aşdıqdan sonra alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.
Onların müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Xatırladaq ki, dünən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.
Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.