Son xəbərlər

 
Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonu, Yenikənd kənd sakini, 45 yaşlı Fuad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Ölkə.Az" virtualaz.org-a istinadən bildirir ki, istintaq yolu ilə müəyyən edilib ki, Fuad Quliyev özünə məxsus həyətyanı sahədə qanunsuz olaraq külli miqdarda narkotik tərkibli bitkilər əkib becərib, onlara aqrotexniki qaydada qulluq göstərib, kultivasiya edib.

Bu il iyul ayının 28-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində F.Quliyevə məxsus yarımtikilidə dibçəklərdə əkilmiş, yaş vəziyyətdə ümumi çəkisi 6580,0 qram olan 62 ədəd çətənə kolu aşkarlanıb.

Törətdiyi cinayət əməlinə görə F.Quliyevə qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Siyəzən Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əsasən balıqçılıqla məşğul olduğunu deyən Fuad Quliyev otuz yaşından bəri narkotikə qurşanıb. Bu ilin aprelində dənizin kənarı ilə evə qayıdarkən sönmüş ocağın yaxınlığında kibrit qutusuna rast gəlib. Qutunun içərisindəki çətənə toxumlarını o saat tanıyıb. Toxumları evə gətirib, onları əkib-becərib. Sönmüş ocağın kənarından tapdığı çətənə toxumları böyüyüb ərsəyə çatdıqdan sonrasa elə Fuadın öz ocağını da söndürüb: "Kibrit qutusunu açanda içərisində çətənə toxumu olduğunu gördüm. Marixuana çəkirəm deyə çətənə toxumu olduğunu bildim. Balıq mövsümü başa çatırdı. İşlərimi yekunlaşdırdıqdan sonra çətənə toxumlarını əkməyi qərara aldım. Toxumları dibçəklərdə əkdim. İki-üç gündən bir suvardım, alaq otlarını təmizlədim, qulluq göstərdim".

F.Quliyev deyir ki, çətənə kollarını becərməkdə məqsədi gələcəkdə onları yığıb qurutmaq və asta-asta istifadə etmək olub: "Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışam. Bu il iyulun 28-də həyət qapısı döyüldü. Qapını açanda gördüm ki, bir neçə polis əməkdaşları əllərində videokamera ilə dayanıblar. Mənə narkotik bitkilər əkməkdə şübhəli olduğumu dedilər və videoçəkiliş vasitəsilə həyətyanı əraziyə baxış keçirəcəklərini bildirdilər. Etiraz etmədim. Çətənə kolları əkdiyimi etiraf etdim və polisləri dibçəklərin yanına apardım".

Şahid qismində dindirilən Sevda Quliyeva ifadəsində həyat yoldaşının həyətdə çətənə kolları əkməsindən xəbərsiz olduğunu deyib: "Günorta saatlarında darvaza döyüldü, Fuad açdı. Polislərdən birinin əlində videokamera var idi, çəkiliş apardılar. Onların nəyə görə həyətimizə gəldiklərini və çəkiliş apardıqlarını başa düşmədim. Polislər həyətə baxış keçirdikdən sonra Fuadı da özləri ilə Siyəzən Rayon Polis Şöbəsinə apardılar. Fuadın həyətdəki yarımçıq tikilidə narkotik bitkilər becərməsindən məlumatım olmayıb. Onun narkotik istifadəçisi olduğunu da bilməmişəm. Ümumiyyətlə, heç vaxt mənim yanımda belə söhbət etməyib".

Məhkəmənin hökmü ilə Fuad Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü