Son xəbərlər

Heydər Əliyev Beynəlxalq Hava Limanında döyülmə faktı qeydə alınıb.

Minval.info APA-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Mikayılov Arslan Eldar oğlu taksi sürücüsü ilə mübahisə zamanı döyülüb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Avqustun 2-də Nabranda dənizdə boğulan uşağın meyiti tapılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini, 11 yaşlı Həsənov Polad İlham oğlunun cansız bədəni Xəzərin Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhəri sahillərində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İsrailin Havadan Müdafiə Qüvvələrində xidmət keçən 30 əsgər onkoloji xəstəliklərdən əziyyət çəkir.

MIGnews.com” xəbər verir ki, bu haqda İsrailin 13-cü TV kanalının müxbiri Adam Şafir məlumat yayıb.

O bildirib ki, xərçəngə düçar olanların əksəriyyəti “Dəmir günbəz” raketlərdən müdafiə qurğularının heyətində olublar.

Əsgərlər xəstəliklərinin hərbi xidmətlə bağlılığının olub-olmamasını araşdırmağı hökümətdən tələb edirlər.

Ehtimal olunur ki, radarların şüası xərçəngə səbəb olub.

Toz-8 ile ilgili görsel sonucuBakıda silahlı şəxsin tutulması istiqamətində əməliyyat keçirilib.

APA-nın məlumatına görə, paytaxtın Nərimanov rayonu ərazisində keçirilən əməliyyat zamanı bir nəfərin həbs edildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, ötən gün Nərimanov rayon Polis İdarəsi əməkdaşları əldə etdikləri əməliyyat məlumatı əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunmuş Seymur Şahalıyevin idarə etdiyi “Volkswagen” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman oradan üzərində nişangah quraşdırılmış “Toz-8” markalı silah, həmin silaha məxsus 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanganat (margans) aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Ekoloq: “Onların üzərində yüz illər öncədən qalma viruslar və xəstəliklər ola bilər”

Bəs əslində vəziyyət necədir?

Yada salaq ki, ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi daş karxanalarında reydlər keçirir, müasir avadanlıqla təchiz olunmayan, atmosferə hədsiz dərəcədə toz buraxan karxanalar barəsində tədbir görürdülər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə açıqlamasında bildirmişdi ki, araşdırmaların nəticələri göstərib ki, bir çox daş karxanalarının istismarçıları müvafiq icra hakimiyyətinin torpaq ayırmaya dair sərəncamı olmadan, ekoloji norma və qaydalara riayət etmədən fəaliyyət göstərir, təbiətə, ətraf ərazilərdə yaşayan sakinlərə böyük ziyan vururlar:

 “Buna görə karxana sahiblərinə və istismarçılara qarşı cərimələr tətbiq olunub. Daş karxanalarında istifadə edilən avadanlıqlar müasir tələblərə cavab vermir. Daş karxanalarında hələ də ötən əsrin 70-ci illərindən qalmış avadanlıq və texnologiyadan istifadə olunur. Bu, olduqca acınacaqlı və narahatedicidir. Çalışırıq ki, onları yeni və müasir tələblərə cavab verən texnologiyalarla tanış edək ki, əhalini narahat edən bu ekoloji problemlər aradan qaldırılsın. Yeni texnologiyaların quraşdırılması üçün onlara vaxt verilib”.

2018-ci ilin may ayında məlumat yayıldı ki, qanunsuz fəaliyyət göstərən 250 daş karxanasının fəaliyyəti dayandırılıb.

Lakin buna baxmayaraq, rəsmi rəqəmlərə görə, Azərbaycanda ümumilikdə 585 ədəd daş karxanası fəaliyyət göstərir. Onlar Xəzər, Qaradağ, həmçinin Abşeron, İmişli, Quba, Şəki, Qazax kimi rayonları əhatə edir.  Xüsusilə də hazırda Qaradağ və Xəzər rayonlarında daş kəsimi sürətlənib. Bir məsələni də qeyd edək ki, qanunsuz karxanalara qarşı mübarizə aparıldığı ərəfədə ölkədə mişar daşının qiyməti bir neçə qəpik bahalaşmışdı. Belə ki, Qaradağ daşını 47-50 qəpikdən aşağı tapmaq müşkülə çevrilmişdi. Eyni zamanda nisbətən yüngül və yumşaq olan Türkan daşı da bahalaşmışdı. Lakin yay mövsümünün sonlarına doğru daşın qiymətində müəyyən ucuzlaşma var. Ekspertlər bildirirlər ki, əslində hazırda kubikin bahalaşması üçün heç bir əsas yoxdur. Çünki nə yanacaq, nə də elektrik enerjisinin qiymətində artım yoxdur…

Mövzuya qayıdaraq bildirək ki,  Bakıda, yuxarıda da qeyd etdiyimiz kimi, söküntü-tikinti işlərinin aparılmasının da tozun artmasına səbəb olduğu söylənilir. Belə ki, hazırda şəhərin mərkəzinə yaxın ərazilərdə qəzalı vəziyyətdə olan binalar sökülür, sakinlərə müvəqqəti kirayə mənzillərdə yaşamaları üçün şərait yaradılır. Həmin binaların yerində isə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq hüdürmərtəbəli binalar ucaldılır. Köhnə binanın sakinlərinə yeni tikilidən mənzil verilir. Tikilinin qalan mənzilləri isə satışa çıxarılır.

Telman Zeynalov ile ilgili görsel sonucu

 “Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov bildirib ki, əslində Bakıda daş karxanalarında qalxan toz  kifayət qədər təhlükəlidir. Ekspertin fikrincə, bu cür məsələlərə qeyri-ciddi yanaşmaq böyük fəlakətlərə səbəb ola bilər:“Məlum olduğu kimi, karxanalar qədim qayalıqların üzərində salınıb. Orada mişar daşları deyilən daşlar kəsilir, kubik halına salınır, sonra isə yük maşınlarına yığılaraq ölkənin müxtəlif yerlərinə daşınır. Əslində bu daş təbəqəsi yüz illər boyu formalaşıb. Deməli, onların üzərində yüz illər öncədən qalma viruslar, mikroblar, xəstəliklər ola bilər. Karxanalarda daşlar kəsilən zaman ətrafa dəhşətli dərəcədə toz dumanı yayılır. Bu toz dumanı ilə müxtəlif xəstəliklər də yayıla bilər. Ona görə də karxanalara nəzarət gücləndirilməlidir. Karxana işlədən adam özü orada xüsusi qurğu quraşdırmalıdır. Hansı ki, həmin qurğu tozu çəkir, ətrafa yayılmağa qoymur. Onun üzəri də möhkəm qapadılır və çəkilən toz ərazidə başqa bir yerə yığılır. Bu gün görürük ki, karxanalarda belə bir sistem quraşdıran yoxdur. Doğrudur, karxanaların bir qismi yaşayış yerlərindən aralıda yerləşir. Ancaq külək qalxdığı zaman onun hansı məsafədə olduğu fərq etmir. Ətrafa toz dumanı yayılır ki, bu da yaşayış yerlərinə də zərər verir”.

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

Minval.info APA-ya istinadən xəbər verir ki, qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var.

Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.

“Gənclik” metrostansiyası yaxınlığında Fətəli Xan Xoyski prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Minval.info” xəbər verir ki, minik avtomobili avtobus dayanacaq məntəqəsinə çırpılıb.  

Nəticədə səkidə olan 22 yaşlı qızla 23 yaşlı oğlan yaralanıb.

Səhiyyə Nazirliyindən mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 18:37 də daxil olub. Hadisə yerinə gələn təcili yardımın həkim briqadası qıza sol bazunun travması, oğlana alının kəsilmiş yarası diaqnozunu qoyub. Yaralıların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, qızla oğlanın nişanlı olduğu bildirilir.

Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Azərbaycanda məmuru intim görüntülərlə şantaj etdilər: hər ay 7 min…
Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirli bilinən Elşən Cabbarov, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.

Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.

Elşən Cabbarov Bulat Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə aldığı görüntüləri yayıb onu biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.

Eyni zamanda Elşən Cabbarov ifşa etməmək müqabilində Bulat Ağabəyovla 60 min manat, B. Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.

Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.

İstintaq sənədlərinə görə, Elşən Cabbarov bu cinayətlərini Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova ilə birlikdə törədib.

Bundan başqa, mütəşəkkil dəstənin üzvləri Nizami Həsənova, Qənbər Həsənova, Rəcəb Ağayevə, Röyal Həsənova qarşı da dələduzluq ediblər.

Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.

İstintaq orqanı tərəfindən Elşən Cabbarovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Teleqraf.com

Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində məcburi köçkünlər üçün salınan şəhərçikdə qeydə alınan ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, rayon sakini, 1971-ci il təvəllüdlü İbrahimov Rəmzi Qələbə oğlu 3 aydır ki, fəhlə kimi çalışdığı “DİADEM” MMC tərəfindən tikintisi həyata keçirilən binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.  O, iki saat sonra çatdırıldığı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə  cinayət işi başlanıb.

Xızı rayonunda yaşlı qadına qarşı soyğunçuluq hadisəsi olub.

Daxili İşlər Nazrliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional qrupundan “Minval”a verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən Bakı şəhər sakini, 37 yaşlı Anar Cəfərov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu da məlum olub. Polis əməkdaşları tərəfindən onun Xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə keçirilən baxış zamanı oradan 441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla əlaqədar A.Cəfərov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.