Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, intihar hadisəsi şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, Cəlilabad şəhər sakini, Qasımov Sahib Məzahir oğlu intihar edib. İlkin məlumata görə, onun qəbul etdiyi yüksək dozalı narkotik maddənin təsirindən intihar etdiyi bildirilir.
Qeyd edək ki, S.Qasımov Cəlilabad rayonunda "Ququ" ləqəbli kriminal "avtoritet" kimi tanınır.
Faktla bağlı araşdırma aparılır.
Minval.İnfo xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib. Onlar yanğın zamanı insaların həyatlarını xilas etmək üçün öz canlarını təhlükəyə atıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə polislərin həm də sahibkarlara mallarını yanğından xilas etmədə yardımçı olduqları görünür.
Həmin görüntüləri təqdim edirik:
Minval.İnfo
Şəkidə toyda dava düşüb, 32 yaşlı kişi və anası döyülüb.
Minval.info APA-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Aşağı Göynük kənd sakinləri 1987-ci il təvəllüdlü Mahir Laçın oğlu Mustafayev və anası 1959-cu il təvəllüdlü Qəndavət Səlim qızı Mustafayevə müxtəlif dərəcəli bədən xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Bildirilir ki, Mahir və anası Qəndavətin yaşadıqları kənddə keçirilən toy mərasimində tanıdıqları şəxs tərəfindən döyüldükləri məlum olub.
M.Mustafayevə döş qəfəsinin qapalı travması, anasına isə sol baldırın əziyi diaqnozu qoyulub. M.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.
Q.Mustafayevanın xəsarəti yüngül olduğundan müayinədan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan verilən məlumata görə, Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. SDO/AIA 304 görüntülərində 4 avqust /16.40 UTC-də NE kvadrantında filament (sap) püskürməsi qeydə alınıb. Koronoqraflarda CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri əldə olunduqdan sonra analizi həyata keçiriləcək.
2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ortalama 335 km/san olmuşdur. Ümumi maqnit sahəsi 2-5 nT intervalında olub. Bzkomponenti +2 və -4 nT intervalında zəif dəyişmişdir. Phi bucağı 04 avqust/08.50 UTC-ə qədər dəyişkən olub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=3, 4).
Kosmik hava proqnozu – Proqnoz dövründə (5 – 7 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (5 – 7 avqust) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin güclənməsi hesabına yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (5 – 7 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (5 – 7 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.
Proqnoz dövründə ilk iki gün (05, 06 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (07 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.
“Təkcə ötən həftə paytaxt üzrə 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkaralanaraq, yaşadıqları rayonlara göndərilib”.
Bunu “Qafqazinfo”ya açıqlamasında Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O qeyd edib ki, paytaxt üzrə dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli formada aparılır və kampaniya xarakteri daşımır: “Paytaxt polisi bu istiqamətdə qanunvericiliyin tələblərinə uyğun olaraq, dilənçiləri inzibati məsuliyyətə cəlb etməklə qeydiyyatda olduqları rayonlara göndərilməsini təmin edir.
Azyaşlıların, qadınların, “sağlamlıq imkanı məhdud olması” görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların ürəyinə, hisslərinə təsir etməkdir. Adətən, küçədən keçənlərə salfet satan, maşın şüşələrini silməyə çalışan, ayaqyalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla, teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması dilənçiliyin həyat tərəzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir. Bu da azyaşlıları küçələrə salanların məqsədlərinə çatmalarına səbəb olur.
Dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər. Elm də deyir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli-əlaqə var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyin yoxsulluq mahiyyətindən ayrılaraq cinayətkarlığın əlamətinə çevirir.
Bununla bağlı elmi, praktik təcrübəyə əsaslanan tövsiyələr var. Vurğulanır ki, “dilənçi görkəmi” cinayətkar üçün komufilyajdır, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyətini həyata keçirir: əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaqdır. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunverciliyində, xüsusilə Türkiyə və İtaliya Respublikasında dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur, pul cəriməsi nəzərdə tutulur”.
Bakıda yeni tikilən binada fəhlə ölüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə avqustun 1-də saat 16 radələrində paytaxtın Nərimanov rayonunda baş verib. C.Zeynalov küçəsi 313A ünvanında “Elnur 2008” MMC tərəfindən inşa olunan çoxmərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Bəhruz İsazadə yıxılaraq xəsarət alıb və hadisə yerində ölüb.
Rayon prokurorluğu və polis əməkdaşları tərəfində hadisə yerinə və meyitə baxış keçirilib. Ölümün səbəbi müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Nərimanov rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb, istintaq davam etdirilir.
İki gün öncə intihar edən Zaqatala rayon Əliabad kənd sakini, 17 yaşlı Gülər ismayılovanın özündən 15 yaş böyük kişiylə nişanlanması barədə deyilənlər həqiqət deyil.
Minval.info bildirir ki, bu barədə ölkə.az-a açıqlamasında Gülərin əmisi qızı Aynur İsmayılova məlumat verib:
“15 yaş böyük insana ərə verilməsi barədə deyilənlər yalandır. Öz istədiyi olub, amma nişanlı deyildilər. Nişan məsələsi də həqiqət deyil. İntihar səbəbini özümüz də bilmirik. Şokdayıq… Gülərgil iki bacı, bir qardaşdılar. Bu yaxınlarda bacısının nişanı olub. Yəqin ona görə camaat səhv salıb”.
A. İsmayılova Gülərin ailəsiylə münasibətləri barədə danışmaq istəməyib:
“Hadisə səhər saat 5 radələrində baş verib. Gecə 12-yə qədər ailəsiylə söhbət edib, dondurma, banan yeyib. Heç bir problemləri olmayıb. Ailəsiylə münasibətləri barədə dəqiq məlumatım yoxdur”.
Qeyd edək ki, Əliabad kənd icra nümayəndəsi Həsən Həsənov əməkdaşımızla söhbətində G.İsmayılovanın özündən 15 yaş böyük oğlanla nişanlanmağına etiraz edərək, özünü evlərinin həyətyanı sahəsindəki tövlədən kəndirlə asdığını bildirmişdi.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma apar
Xətai rayonu ərazisində yerləşən lombardlardan birində işləyən qadına qarşı quldurluq edilib. Hadisə zamanı zərərçəkənin baş nahiyyəsinə xəsarət yetirən naməlum şəxslər quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı məlumat daxil olan kimi Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslər – Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər.
Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər.Qeyd edək ki, hadisə zamanı N.Əhmədov və C.Əliyev lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
49 yaşlı Tufan Qurbanov 22 illik ömür-gün yoldaşını namus üstündə qətlə yetirdiyini deyir. Arvadına 18 bıçaq zərbəsi endirən ərin ürəyi bununla soyumayıb, onun boğazını kəsib.
Polislər tərəfindən həbs olunan Tufan Qurbanov üzünü hadisə yerinə toplaşanlara tutaraq “qonşular, eşidin, mən namusumu təmizlədim” deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bakı şəhər sakini Tufan Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Minval.info virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə şahid qismində Gülay Muradova ifadə verib. O, ifadəsində mərhumla qohumluq əlaqələri olmadığını, onların həyətində kirayə yaşadıqlarını deyib: “Hadisə baş verən gün evdə idim. Qışqırıq səsi eşitdim. Anası qışqırırdı, deyirdi ki, “öldürdü”. Sonra polislər gəldilər. Qətlin nə səbəbə görə baş veridyini bilmirəm. Özü deyirdi ki, xəyanətə görə öldürüb”.
Tərəflərin suallarını cavablandıran şahid mərhum Lalənin kiminlə yazışdığını bilmədiyini söyləyib: “Whatsapp”da statusda şəkil paylaşırdı. Bir kişi ilə çəkdirmişdi. Həmin kişinin kim olduğunu bilmirəm. Şəkli ötəri görmüşdüm”.
Təqsirləndirilən T.Qurbanov yerindən replika verib: “Yazışırdı da, görüşürdü də, neçə dəfə özüm tutmuşam. Mənim uşaqlarımın yanında başqa kişi ilə danışırdı, görüşürdü”.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər aşkarlanıb. Onun istintaqa verdiyi ifadəsi elan edilib. İstintaq zamanı G.Muradova ifadəsində Lalənin dəniz kənarında bir kişi ilə şəkil çəkdirdiyini, həmin şəkli statusa qoyduğunu göstərib…
Məhkəmə digər şahid Ənvər Quliyevin məcburi gətirilməsi barədə qərar çıxarıb.
Məhkəmə prosesi avqustun 29 -da davam edəcək.
Qətl hadisəsi bu il fevralın 11-də Binəqədi rayonu, İsfahanlı küçəsində baş verib. 40 yaşlı Lalə Qurbanova xüsusi amansızlıqla qətlə yetirilib. Onun əri Tufan Qurbanov mətbəx bıçağı ilə qadına 18 zərbə vurub. Daha sonra isə boğazını kəsib.
İttihama görə, T.Qurbanov arvadını, başqa şəxslə münasibətdə olduğu üçün qətlə yetirib. O deyib ki, yaşadığı məhəllədə biabır olduğuna görə bu hadisəni törədib. Hadisədən sonra özü sahə müvəkkilinə zəng vurub deyib ki, “namusumu təmizlədim, gəl məni tut, apar”.
Mərhumun anası isə deyilənləri təkzib edir, qızına şər atıldığını, boşanmaq istədiyi üçün əri tərəfindən öldürüldüyünü iddia edir. O, üç uşaq anası olan Lalənin ər evində zülm çəkdiyini, döyüldüyünü, işgəncələrə məruz qaldığını, gecə saatlarında dəfələrlə döyülüb evdən qovulduğunu, əriştə kəsib, düşbərə büküb sataraq pul qazandığını deyib: “Mənim qızım ərinə xəyanət etməyib. Qızımı şərləyirlər