Son xəbərlər

Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xəttdə dayanmış 2 vaqon yanıb.

Trend-in məlumatına görə, Kəpəz rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryol vağzalının ərazisində, ehtiyat yolda dayanan hər birinin sahəsi 12 m² olan istismara yararsız 2 ədəd vaqonun yanar hissələri və içərisinə yığılan taxta və məişət tullantıları yanıb.

Yaxınlıqda dayanan vaqonlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Axşam saatlarında 202 nömrəli marşurut xətti ilə hərəkət edən avtobusun sürücüləri əlbəyaxa davaya çıxıblar.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilir ki, 202 marşurut xətti ilə hərəkət edən 10 TH 413 və 10 TH 401 nömrəli avtobusun sürücüləri Biləcəridə sərnişinlərin gözü önündə əlbəyaxa davaya çıxıblar.

Onlar sərnişinləri düşürüb davaya gediblər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, məsələ nəzarətə götürülüb. Araşdırıb məlumat verməsi üçün daşıyıcıya göstəriş verilib.

Bakının Xəzər rayonunda kütləvi dava zamanı bir nəfər xəsarət alıb.

Minval.info APA-ya istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Hadisəni törədənlər Xəzər RPİ tərəfindən axtarılır.

Rusiya Federasiyasının respublikalarından biri olan Yakutiyaya qar düşüb. Dəniz səviyyəsindən 740 metr yüksəklikdə yerləşən, cəmi 1200 nəfərin yaşadığı Tomtor kəndi ağ örtüyə bürünüb.

Bizimyol.info xəbər verir ki, kənd administrasiyasının rəhbəri Yekaterina Vinokurova bunu adi hal adlandırıb. Çünki iyulda qar yağması birinci dəfə deyil. Adətən, qar hətta iyunda düşürdü.

Kəndə az turist gəlmir. Vinokurova bura yaponların təşrif buyurduğunu bildirir.

Yayda təkcə Tomtorda qar yağmır. İyunda bu təbiət hadisəsi qonşu Yamal, Salexard, Labıtnanqi üçün də xarakterikdir.

Kənd sakinləri qarı videoya çəkib, müxtəlif zarafatlar səsləndiriblər. Məsələn, biri belədir: “İyunun 5-dir. Əla yay havası var. Bilmirəm yun paltar geyinim, yoxsa xəz gödəkçə”.

Havalar paytaxt Moskvada da yaxşı keçmir. Yağışlar yayı hiss etməyə imkan vermir. Mütəxəssislər yayın bitdiyi proqnozunu da verirlər.

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru yenidən hakim önünə çıxarılıb.

Minval.info xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevin Abbasova məhkəməyə gətirilib.

Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün mərhumun anası və vəkilləri Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmə müddət keçdiyi üçün zərərçəkmiş tərəfin vəsatətini təmin etməyib.

Belə ki, Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin 2 ay da uzadılması ilə bağlı qərar iyulun 9-da verilib. Zərərçəkmiş tərəf bundan 3 gün ərzində şikayət verə bilərdi.

Elinanın ailə üzvlərinin vəkilləri bildirib ki, qərarın surəti gec alındığı üçün apellyasiya şikayəti vaxtında verilməyib. Vəkillər müddətin bərpası üçün məhkəməyə müraciət edib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevin Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

Xatırladaq ki, məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Arının sancdığı müəllim yıxılıb öldü

Tovuzda orta məktəb müəllimi ölüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Tovuz rayonunun Mahir Ələkbərov adına orta məktəbdə çalışan 1963-cü il təvəllüdlü Rüstəmov Ələsgər Əli oğlunu arı sancıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

***

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ə.Rüstəmov öz evinin damını təmir edərkən orada onu arı sancıb. Müvazinətini itirən müəllim yerə yıxılıb və bu zamanı başı daşa dəyib. Tarix müəllimi olan Ələsgər Rüstəmov hadisə nəticəsində vəfat edib.

Bakıda minik avtomobili yük maşınına çırpılıb, ölən və yaralanan var - FOTO - VÄ°DEOQaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb və bir nəfər yaralanıb.

APA xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu idarə etdiyi 27-BH-978 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil ilə yol hərəkəti qaydasını pozaraq sağ zolaqda hərəkət edən “KaMAZ” markalı nəqliyyat vasitəsinin arxasına çırpılıb.

Nəticədə sürücü Q.Ağamalıyev ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. “VAZ 2107”-də olan sərnişin Cəfərov Lətif Razı oğlu isə avtomobildə sıxılaraq ölüb.

Onun meyiti FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Bakıda patronlarla tutulan israilliAzərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq. Qeyd edək ki, israilli sərhəddə çantasında sursat tapıldıqdan sonra həbs olunub.

“Minval.info”nun virtualaz.org saytına istinadən məlumatına görə, Beni Hay bu gün mesaj alıb ki, bazar günü azad ediləcək və İsrailə uçacaq. Bu, Knesset üzvü, “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Libermanın müdaxiləsindən sonra mümkün olub.

“Mən çox həyəcanlıyam. Mən ailəmi, demək olar ki, dörd aydır görməmişəm və artıq ümidimi itirməyə başlamışdım. Uzun müddət həbs cəzası çəkmək üçün burada qalacağımı düşünürdüm. Libermanın müdaxiləsi olmasaydı, çox güman ki, mən burada qalacaqdım və nə vaxt çıxa biləcəyimi heç kim deyə bilməzdi”, – deyə o, İsrail jurnalistləri ilə müsahibəsində bildirib.

Azərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq. Qeyd edək ki, israilli sərhəddə çantasında sursat tapıldıqdan sonra həbs olunub.

İsrail mətbuatının verdiyi məlumata görə, Beni Hay bu gün mesaj alıb ki, bazar günü azad ediləcək və İsrailə uçacaq. Bu, Knesset üzvü, “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Libermanın müdaxiləsindən sonra mümkün olub.

“Mən çox həyəcanlıyam. Mən ailəmi, demək olar ki, dörd aydır görməmişəm və artıq ümidimi itirməyə başlamışdım. Uzun müddət həbs cəzası çəkmək üçün burada qalacağımı düşünürdüm. Libermanın müdaxiləsi olmasaydı, çox güman ki, mən burada qalacaqdım və nə vaxt çıxa biləcəyimi heç kim deyə bilməzdi”, – deyə o, İsrail jurnalistləri ilə müsahibəsində bildirib

Bakıda qadın alt paltarları oğurlayan manyak peyda olub.

“Minval.info” xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Şikayət paytaxtın Xətai rayonu sakinindən edilib. Bildirilir ki, Xuda Məmmədov küçəsi 25 ünvanında, “Modern” idman əyləncə mərkəzinin yaxınlığında yaşayan sakinlərindən edilib.

Orada peyda olan orta yaşlı kişi zivələrdən qadın alt paltarlarını oğurlayır. Onun görüntüləri müşahidə kameralarını düşüb. Görüntülərdən də, göründüyü kimi kişi ipdən asılan paltarların heç birinə dəymir. Yalnız qadın alt paltarlarını götürür.

Şikayət edən vətəndaş həmin şəxs barədə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə də müraciət ediblər.