Tailandda qəribə ölüm hadisəsi qeydə alınıb.
“Lenta.ru” xəbər verir ki, Çonburi əyalətində 21 yaşlı kişi telefonu enerji doldurmaq üçün cərayana qoşub və uzanıb.
Qulağında qulaqlıq, əlində telefon yuxuya gedən şəxsi tok vurub və yerindəcə ölüb.
Onun cəsədini qardaşı aşkarlayıb.
Polis hadisə yerinə baxış keçirərkən mərhumun əlində və üzündə yanıq izləri, qasıq nahiyəsində isə qan ləkəsi müşahidə edib.
İlkin məlumata görə, gəncin ölüm səbəbi cərəyan vurmasıdır.
oxu.az
Yaxın 2-3 il ərzində zəlzələ və sunami təhlükəsi Yeri öz cənginə alacaq. Təbii fəlakətlər artacaq.
Kaliforniyada güclü zəlzələ olacaq. Santa-Barbara və Los-Ancelesin şimalı da fəlakətdən qurtula bilməyəcək.
Çini də problemlər gözləyir. Ekspertlərin fikrinə əsasən, Pekinin 150 kilometrliyində 7 bal gücündə zəlzələ olacaq. Eyni aqibət Tayvanı da gözləyir.
Avropalılara da təbiət sürpriz hazırlayıb. İspaniya sahillərini, Portuqaliya sahillərini sunami dalğaları zəbt edəcək.“Ölkə.Az”
Günün günorta çağı evə girib əllərinə keçəni- toyuq-cücəni, qab-qacağı oğurlayırlar.
Minval.info xəbər verir ki, oğurladıqları qəniməti də özləri ilə aparırlar…
Bütün bu hadisələr isə ev sahibinin gözü önündə baş verir. Sonda oğurlanan malla rəqs edib, sahibindən halallıq alınır.
Görüntülər Tovuz rayonunda təşkil olunan toyların birindəndir. Burda bəyin yaxınları qız evindən oğurluq etmədən getmirlər.
Oğurluq edənlər isə adətən bəyin dostları olur.
Yerli sakinlərin sözlərinə görə, əvvəllər, hətta iribuynuzlu heyvanları da oğurlayıblar. Bu cür adətlər yüz illərdir ki, davam edir.
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 177 km-də, Kürdəmirin Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, 69 yaşlı Kürdəmir sakini Nəsibov Əvəz Veys oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən, ona arxadan gələn 25 yaşlı Abşeron sakini Həbibov Azər Natiq oğlunun idarə etdiyi DAF markalı yanacaqla dolu yük maşını çırpılıb. Nəticədə “Kamaz”ın sürücüsü Nəsibov Əziz Veys oğlu müxtəlif növ bədən xəsarəti alaraq Kürdəmir RMX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.
Bakı Metropolitenindən istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin “Minval.info”ya verilən məlumatına görə, qeydə alınan videogörüntülər metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırılıb və həmin şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.
Şöbənin baş inspektoru Amil Səmədovun sözlərinə görə, Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsinin rəhbərliyinin göstərişi əsasında axtarış tədbirləri həyata keçirilib:
“Müəyyən edilib ki, həmin görüntülər 14 iyul 2019-cu il tarixindən 15 iyul 2019-cu il tarixinə keçən zaman “28 May” – “Həzi Aslanov” xətti üzrə hərəkət edən vaqonda lentə alınıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metrodan istifadə qaydalarını pozan Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu saxlanılaraq şöbəyə gətirilib”.
Polis Şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
Faktla bağlı C.Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4-cü (Metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə) maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.
Rusiyada "Şişkan" ləqəbli kriminal avtoritet - Oleq Medvedyev-Şişkanov 2 ay müddətinə azadlıqdan məhrum edilib.
“Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” Basman rayon məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verib. “Şişkan” Ramensk rayon deputatı Tatyana Sidorova və onun ailəsinin 3 üzvünün sifarişli qətlində ittiham edilir.
Məhkəmə iclasında kriminal avtoritet ittihamı başa düşmədiyini və qəbul etmədiyini bildirib. Şübhəlini 15 ilə qədər koloniya cəzası gözləyir.
Xatırladaq ki, bir müddət əvvəl “Ura.ru” portalı “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun rəqibləri arasında ilk sırada “Şişkan”ın (Oleq Şişkanov) olduğunu yazmışdı.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstanın Nur-Sultan şəhərində tutularaq şöbəyə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun məlumatına görə, S.Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olmaqla, 2016-cı ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evinə qanunsuz daxil olaraq evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlamaqla zərərçəkmişlərə külli miqdarda maddi ziyan vurublar.
Bundan əlavə, törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibinin evdə olduğunu görən dəstə üzvləri qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küli miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.
Qeyd edək ki, cinayətkar dəstənin dörd üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunun Mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən “minval”a bildirilib ki, iyulun 16-da səhər saatlarında Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə Nazirliyə məlumat daxil olub.
İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib. Yanğın söndürülüb.
Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.
Bakı şəhər sakini Səid Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib.
22 yaşlı müttəhim Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirli bilinib.
Bizimyol.info xəbər verir ki, Səid soyduğu adamdan cəmi 11 manat alıb. Maraqlıdır ki, təsirləndirilən şəxs İlkin Abdulayevin yolunu indi mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında kəsib. Onu qorxudaraq 11 manatını əlindən alıb. Sonradan Səidin İlkinə ürəyi yanıb, ona 2 manat yolpulu verib.
İlkin Abdullayev Səid Vəliyevin ilk qurbanı olmayıb. Təqsirləndirilən başqa şəxslərə qarşı da belə davranıb.
Sabirabadda baş vermiş yanğın iki böyük ərzaq mağazasını əhatə edib və onun ticarət mərkəzinə keçməsinə imkan verilməyib.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, yanğın təxminən 1000-1500 kv/m sahəni əhatə edib.
Əraziyə 10-dan çox yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.
İlkin ehtimala görə, yanğın mağazaların birində olan soyuducuda yaranmış qısaqapanmadan qaynaqlanıb.
***
Saat 07:32
Sabirabad rayonunda güclü yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə mərkəzi bazarda və yaxınlıqdakı ticarət mərkəzində qeydə alınıb.
Yanğınla bağlı FHN 3 saylı çağırış elan edib. Hadisə yerinə Sabirabad, Saatlı və Şirvan yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.