Son xəbərlər

Dünənki qəzalarda 10 nəfər ölüb...

İyul ayının 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

İsmayıllıya leysan yağdı

Ötən gün İsmayıllıya yağan dolu və güclü yağış səbəbindən İsmayıllı-Lahıc yolunda çətin anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, Lahıca gələn turistlərin avtobusları yolda qalıb.Gecə saatlarında avtobusda qalan sərnişinlər, digər avtomobillər vasitəsilə ərazidən aparılıb.

Bu saatlarda  yolda qalan avtobusun çıxarılması və yolun lildən və qaya parçalarından təmizlənməsi işi görülür.

Rəşad Türkoğlu

 


 
İngiltərənin “Vorsteşir” çəmənliyində keçirilən Avropanın ən böyük cinsi əlaqə festivalı “Swingfields”də iştirakçılardan biri ölümdən dönüb.

“Metro.co.uk” xəbər verir ki, müxtəlif partnyorlarla dəfələrlə cinsi əlaqəyə girən 52 yaşlı qadın infarkt keçirib.

Başladığı gündən bəri dünya mediasında böyük əks-səda yaradan festivalda baş vermiş hadisə iştirakçılar arasında təlaşa səbəb olub.

Ərazidə olan ilk tibbi yardım işçilərinin müdaxiləsindən sonra təcili tibbi yardım helikopteri çağrılıb və qadın xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, adları qəti şəkildə gizli saxlanılan 700 cütlüyün qatıldığı festival Malvern şəhəri kənarında təşkil olunub və dövlət tərəfindən ciddi mühafizə olunur.

oxu.az

Image result for cəbhəSutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Gəncə hadisələrinə görə həbs olunan şəxs dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bir ilə yaxındır həbsdə olan Aydın Qurbanov ağır xəstəlikdən əziyyət çəkirdi.

Bir müddətdir Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Aydın Qurbanova mədə xərçəngi diaqnozu qoyulmuşdu.

Xatırladaq ki, A.Qurbanov ötən il iyulun 28-də Gəncə hadisələrinə görə həbs olunub. O, Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə – Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alan sürücünün bıçaqlandığı məlum olub.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, Qaradağ rayonu Ələt qəsəbə sakini, 1964-cü il təvəllüdlü Səmədov Yaşar Əmirağa oğlu idarə etdiyi “Opel” markalı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayonu ərazisində avtomobilinə mindirdiyi 3 şəxs arasında naməlum səbəblərdən mübahisə yaranıb.

Mübahisə zamanı sürücü bıçaqlı hücuma məruz qalıb. Bu zaman o avtomobilə idarəetməni itirərək nəqliyyat vasitəsini beton maneəyə çırpıb. Nəticədə Y.Səmədov sağ çiyin oynağının, sağ bazunun (12 ədəd), sağ əlin, sol saidin və sol əlin (2 ədəd) kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90 MH 206 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Polis narkoman sürücünü sükan arxasında yaxaladı

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü aşkarlanıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, taksi kimi idarə etdiyi “Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib. Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Ə. Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Sevgilisini küçədə hamının gözü qarşısında, qardaşını isə... - Gəncədə DƏHŞƏTLÄ° OLAYAmerikalı milyarder Cefri Epşteyn cinsi istismar məqsədilə insan alverində ittiham olunur. 66 yaşlı milyarder məhkəmə qarşısına çıxarılaraq, haqqında həbs qərarı verilib.

Bizimyol.info xəbər verir ki, Epşteyn həmçinin insanları cinsi istismara məruz qoymaq məqsədilə hiylə qurub onları aldatmaqda günahlandırılır.

Vəkili Cek Qoldberger deyib ki, o, özünü təqsirli bilmir, ittihamları da rədd edir. Yetkinlik yaşına çatmayan qızlarla seksual münasibətlərdə təqsirləndirilən maliyyəçi məhkəmədə deyib ki, indi qurban kimi təqdim olunan qızlar əslində, könüllü şəkildə münasibətdə olublar. O isə həmin qızların 18 yaşdan böyük olduğunu düşünüb.

Epşteyn Parisdən gələrkən təyyarə Nyu-Cersi ştatında yerə enən kimi saxlanılıb.

“The New-York Times” qəzeti yazır ki, Epşteynin keçmiş prezident Bill Klintonla, həmçinin Ağ evin hazırkı rəhbəri Donald Trampla yaxşı əlaqələri olub.

Epşteyn 2007-2008-ci illərdə də yetkinlik yaşına çatmayan qızların xidmətindən istifadə etməkdə günahlandırılırdı. Həmin vaxt o, əməlini etiraf etmiş və bu üzdən 13 ay həbsxanada saxlanmışdı.

Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsi ərazisində yerləşən Qızılqum çimərliyində balıqların kütləvi ölümü qeydə alınıb.

Baku TV xəbər verir ki, balıqların kütləvi ölümünə uzaq məsafədən gələn və birbaşa dənizə axıdılan kanalizasiya və çirkab suları yol açıb.

Məsələ ilə bağlı açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı problemdən xəbərdar olduqlarını bildirib.

Onun sözlərinə görə, problemin qarşısını almaq üçün ASC tərəfindən tədbirlər planı hazırlanıb. Planın əsas halqasını Pirşağıdakı bioloji təmizləyici qurğu təşkil edir və işlər gələn il yekunlaşacaq, qurğu istismara veriləcək.