Son xəbərlər

Image result for cəbhəSutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub.

Xiyarın qiyməti ilə razılaşmayan alıcı satıcını bıçaqladıBinəqədi rayonunun Xocahəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, F.Ağazadə 3 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Məmişov Mikayıl Qəmbər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. O, dərhal əməliyyata götürülüb.

Qardaşının arvadını öldürüb, sonra da intihar etdi

Abşeron rayonunda qətl hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.

1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə "Ağ çiçəyim" gül dükanında qeydə alınıb.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

“Ağ çiçəyim”də yanğın
 

Gürcüstan ruhaniləri sabah Tbilisidə keçirilməsi planlaşdırılan cinsi azlıq tərəfdarlarının “Ləyaqət yürüşü”nün qarşısını alacaqlarını bildiriblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bir qrup ruhani şəhərin mərkəzində xəbərdarlıq yürüşü keçirib.

Onlar bildiriblər ki, sabah səhər saat 06:00-dan başlayaraq Tbilisinin mərkəzi prospekt və küçələrinə nəzarət olunacaq.

Ruhani David İsakadze deyib ki, LGBT tərəfdarlarının yürüşü Gürcüstan dövlətçiliyinə qarşı yönəlmiş böyük təxribatdır: “Gürcüstan əhalisinin 97 faizi bu aksiyanın keçirilməsini dəstəkləmir. Biz əxlaqsızlıq yürüşünün baş tutmasına imkan verməyəcəyik”.

Qeyd edək ki, “Tbilisi Pride” təşkilatı sabah Gürcüstan paytaxtında “Ləyaqət yürüşü”nün keçiriləcəyini elan edib. LGBT tərəfdarlarının iştirak edəcəyi yürüşün yeri və vaxtı açıqlanmayıb.

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Prado” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu, həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu və 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. Həkimlərin səyinə baxmayaraq Cavid Tahirli xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Novxanı çimərliyində Ä°YRƏNCLÄ°K – Bundan sonra dənizə getməyəcəksiniz – VÄ°DEOBu il dəniz mövsümü açılandan sonra çimərliklərin vəziyyəti heç də ürəkaçan deyil. Xüsusən də, insanların ən çox axın etdiyi Novxanı çimərliyi bərbad vəziyyətdədir.

Abşeron rayonu, Novxanı “Alma” çimərliyində isə vəziyyət daha bərbaddır.

Bu barədə sakinlər şikayətlərində bildiriblər.

Çimərlikdən görüntü çəkən şikayətçi burada antisanitariyanın hökm sürdüyünü bildirib.

O, vurğulayıb ki, dəniz kənarındakı qumluq təmizlənmir. Eyni zamanda kanalizasiyanın çirkab suları birbaşa dənizə tökülür.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.

Bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.<iframe src="https://baku.ws/video2/v.php?v=1268538"  width="640" height="360"></iframe>

Bakıda yataqxana binasında uçqun – VÄ°DEOBakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.

Qəza anının əks olunduğu görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.
Azərbaycanda gənc yazar evində ölü tapılıb













Azərbaycanda gənc yazar evində ölü tapılıb.

APA-nın məlumatına görə, Mahmud Ağakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.

Yazıçının dostu Ömər Mazanov (Ömər Xəyyam) APA-ya açıqlamasında bildirib ki, M.Ağakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Ağakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib. Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb.

Azərbaycanda hərbi hissədə tank mərmisi partladı — Ölənlər və yaralı var













İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
Bu barəd Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.