Son xəbərlər

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı, 1959-cu ildə anadan olumuş Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində o özü və sürücüsü – 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bu gün Günəş tutulması olacaq

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından "Qafqazinfo"ya verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Məşhur azərbaycanlı səs rejissoru vəfat etdi

Məşhur azərbaycanlı səs rejissoru Ələkbər Həsən-zadə Sankt-Peterburqda dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosbalt” agentliyinə kinematoqrafın həmkarları məlumat verib.

O, 79 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Ələkbər Həsən-zadə 8 noyabr 1939-cu ildə Bakıda anadan olub.

O, 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən təklif alaraq “Lenfilm”də çalışmağa başlayıb. Bu studiyanın istehsalı olan bir sıra ekran əsərlərinin səs rejissoru olub.

Ələkbər Həsənzadənin “İtaliyalı” adlı son işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb. “Lennauçfilm” kinostudiyasının yüksək dərəcəli səs rejissoru olan Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustası olub.

Türkiyənin Mersin şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb.

Axar.az xəbər verir ki, xəstəxanalara yerləşdirilən şəxslərdən beşi həyatını itirib. Daha 14 nəfərin müalicəsi davam etdirilir. Onlardan dördünün vəziyyəti ağırdır. Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Faktla bağlı cinayət işi açılıb. Dörd nəfərin həbs olunduğu bildirilir.

Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub - FOTO - VÄ°DEO - YENÄ°LƏNÄ°BBakının Yasamal rayonunda zəncirvari yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

Belə ki, yolda tıxac yarandığından “Hyundai SantaFe” markalı avtomobilin sürücüsü Rafiq Rzayev əyləcdən istifadə etməli olub. Bu vaxt arxadan gələn “Hyundai Grandeur” markalı digər avtomobilin sürücüsü Ziya Axundov ara məsafəsini qoruya bilmədiyindən nəqliyyat vasitəsini İntiqam Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpıb, o da öz növbəsində qarşısındakı “Hyundai SantaFe”yə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, ancaq avtomobillərə ziyan dəyib.

“Fərhad qadının avtomobilini vurmamaq üçün qarşı yola çıxıb və başqa avtomobillə toqquşub”

Xəbər verildiyi kimi, MMA döyüş növü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov yol qəzası keçirib. İdmançı “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.

Fərhad Poladov hadisə zamanı ağır xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və əməliyyat edilib. Amma idmançının həyatını xilas etmək mümkün olmayıb və dünən 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Hadisənin detalları barədə AYNA-ya danışan F.Poladovun məşqçisi Ruhi Hüseynov bildirib ki, qəza qarşıda hərəkət edən avtomobilin sürücüsünqn səhvi ucbatından baş verib: “Qarşıdakı avtomobili qadın idarə edirmiş. O, Fərhadı çaşdırıb. Qadının avtomobilini vurmamaq üçün Fərhad qarşı yola çıxıb və başqa avtomobillə toqquşub”.

“Hadisə nəticəsində idmançımız ağır xəsarətlər alıb. Çənəsi, qabırğaları, ayağı, qolu sınıb, daxili orqanları zədələnib. Vəziyyəti ağır idi… Biz daha bir peşəkar idmançımızı itirdik” – deyə Ruhi Hüseynov əlavə edib.

Qeyd edək ki, F.Poladov idman sahəsində bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin, 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. Habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını əldə edib.

Savat və Saolin Döyüş Sənətləri Federasiyasında gənclərdən ibarət milli komandanın baş məşqçisi idi.

Ä°yulda temperatur 40 + olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayına olan hava proqnozunu açıqlayıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində havanın qeyri-sabit, nisbətən sərin keçəcəyi gözlənilir. Abşeron yarımadasında şimal-qərb küləyi tez-tez güclənəcək.

Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 21-26, gündüzlər 29-34, bəzi günlərdə 37-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.    

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 2-3 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-35, bəzi günlərdə 38-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-16 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

 Orta aylıq temperaturun 18-22 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27, bəzi günlərdə 29-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.  

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (36-73 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 20-25, gündüzlər 28-33, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.  Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı  (10-32 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə 36-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı olacağı  (norma 9-118 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun  26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 40-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 3-22 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 20-25 dərəcə isti (gecələr 20-25, gündüzlər 30-34, bəzi günlərdə 36-38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-33 mm) gözlənilir.

Süpürgəçi qadın xanım sürücü tərəfindən belə vuruldu Bakıda - REAL VÄ°DEO Bakıda bir müddət əvvəl avtomobillə vurulan süpürgəçi qadının qəza anının videosu yayılıb.

Avtosfer.az xəbər verir ki, baş verən qəza zamanı küçə süpürən qadın əlindəki arabasını sürərək, altı zolaqlı yolu keçməyə çalışır.

Bu zaman yolda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Qadın yerindəcə dünyasını dəyişir. Küçə süpürən qadını vuran da elə xanım sürücü olur. Avtomobildən düşən xanım sürücü qadının öldüyünü görərək dəhşətə gəlir və şok vəziyyətinə düşür.

Qeyd edək ki, vurulan piyada avtomobillərin intensiv hərəkətdə oduğu yerdən qaça-qaça yolu keçmək istəyir və qəfildən maşının qarşısına çıxır. İdarəetməni itirən sürücü ona çırpılır.<iframe src='https://bax.tv/player/67165.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>

İspaniyanın İbiza adasının polisi son vaxtlar bahalı saatların oğurlanması ilə məşğul olan cinayətkar qrupu saxlayıb.
“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, sözügedən dəstəyə rəhbərlik edən şəxs 50 yaşlı Neapol sakinidir. Polisin verdiyi məlumata görə, Neapoldan olan cinayətkarın rəhbərliyi altında 5 qarət həyata keçirilib. Qarət edilən saatların ümumi dəyəri isə 150 min avrodur.

Bir müddət əvvəl azərbaycanlı turistdən oğurlanan milyonluq saatın isə bu qrupa aidiyyatının olmadığı bildirilir.

Bundan başqa, yerli polis saat oğurluğunda şübhəli bilinən ərəb əsilli daha 3 nəfəri saxlayıb. Bildirilir ki, ötən həftənin çərşənbə günü turist “Vila” gecə klubundan çıxan zaman qrup üzvləri ona yaxınlaşıblar. Bu zaman qrup üzvlərindən biri turistlə söhbət edib, digəri isə anidən onun qolunu buraraq saatı oğurlayıb. Cinayətkar qrupun üzvləri daha sonra ərazidən uzaqlaşıblar.

Qeyd olunur ki, İbizada bahalı saatların oğurlanması işinə Neapol və Kalabriya mafiyası baxır. Son 7-8 ildə onların əsas rəqibi isə fransız mafiasıdır. Bu qruplaşmaların da heyətini ərəb və əlcəzairli olan şəxslər təşkil edir

Şəmkir rayonunda yıxılaraq xəsarət aldığını deyən şəxsin bıçaqlandığı məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 38 yaşlı İntiqam Əliyev şəxsi mübahisə zəminində qardaşı Hafiz Əliyev tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir rayonunda yerli sakin naməlum şəraitdə ağır xəsarət alıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 1981-ci il təvəllüdlü şəxs İntiqam Əliyev qarın nahiyəsindən daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara ilə xəstəxanaya gedib.

O, dərhal həkimlər tərəfindən cərrahiyyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

İ.Əliyev xəsarəti ehtiyatsızlıqdan aldığını, yıxılaraq qarnına dəmir batdığını bildirsə də, məsələ polis əməkdaşları tərəfindən araşdırılır.