Türkiyədə adı açıqlanmayan iş adamı onunla evlənmək istəməyən qadının əvvəlcə atəş edərək üzünü parçalayıb, sonra isə təhdid edərək qadınla ailə qurub. Bunun ardından isə qadına əzab verməyə başlayıb.
AYNA Türkiyə mediasına istinadən baş vermiş qandonduran hadisənin detallarını təqdim edir. Belə ki, İzmirdə yaşayan Tuğçə A. adlı qadın, təxminən üç il əvvəl özündən 23 yaş böyük olan iş adamı A.A. ilə tanış olub. Aralarındakı münasibət qısa müddətdə sevgiyə çevrilib.
Ancaq 9 ay sonra A.A. Tuğçəyə mütəmadi olaraq şiddət və psixoloji təzyiq göstərməyə başlayıb. Yaşadığı dəhşətdən qurtulmaq üçün Tuğçə ayrılıq qərarı verib. Bu barədə sevgilisinə deyəndə isə həyatı cəhənnəmə çevrilib. Ayrılıq qərarını eşidəndə hirslənən A.A. avtomobilindən götürdüyü ov tüfəngi ilə qıza atəş açıb. Qurğuşun saçmaları qızın üzünü parçalayıb.
Hadisənin baş verdiyi dağlıq ərazidə üzü parçalanan qadın A.A. Tərəfindən Urla Dövlət Xəstəxanasına aparılıb. Hadisənin qəza olduğunu dedikdən sonra isə xəstəxanadan ayrılıb.
Sağ qalmağı bacaran Tuğçə, üzünün bərpa olunması üçün 15 dəfə əməliyyat olunub. İtirdiyi gözünün yerinə protez göz qoyulub, ayağından dəri və toxumalar alınaraq gözünün ətrafına nəql olunub.
Buna baxmayaraq, üzünün bir hissəsində hissiyyat itib. Burnu parçalandığı üçün iybilmə qabiliyyətini də itirib.
Həmin ərəfədə A.A. əvvəlcə həbs olunub, sonra isə sərbəst buraxılıb. Bundan sonra o, Tuğçəni təhdid etməyə başlayıb. Qadın təhdidlər nəticəsində onunla evlənmək məcburiyyətində qalıb. Bu evlilik zamanı da Tuğçə davamlı olaraq şiddət və psixoloji təzyiqlərlə üzləşib.
Nəhayət, yaşadığı zorakılığa dözə bilməyən qadın boşanmaq üçün məhkəməyə müraciət edib. Müraciətdən sonra, A.A. haqqında qəsdən yaralama cinayətindən 6 ilə qədər həbs cəzası tələbi ilə cinayət işi açılıb.
Boşanma müddətində Tuğçə hüquqi yolla mübarizəsini sona qədər davam etdirəcəyini bildirib: “Yaşadıqlarımın hər kəsə dərs olmasını istəyirəm. Məni bu hala gətirən adama qarşı artıq susub, qorxub oturmayacağam, səssiz qalmayacağam, hüquqi mübarizəmi sona qədər davam etdirəcəyəm”.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Çoxmərtəbəli yaşayış binasının şaxtasında 3 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 2 nəfər (onlardan 1 nəfəri azyaşlı olmaqla) xilas olunub və 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Avropa çempionu olan gimnastımız intihar edib.
“Minval.info” APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.
2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dörtqat Avropa çempionudur.
Bakı – Tbilisi qatarı qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı – Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.
Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.
Sərnişinlər bir müddət elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmayıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Tbilisi qatarının qəzaya uğraması ilə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, iyunun 8-də saat 23:20-də dəmiryolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub:
“Hərəkətdə olan 38 saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində iki saat ləngimə qeydə alınıb”.
QSC-dən qeyd edilib ki, hazırda qatarlar hazırda qrafik üzrə hərəkət edir.
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Samir Məmmədov tanışı Sadiq Əliyev və şəxsiyyəti məlum olmayan Sevda adlı qadınla zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup halında birləşiblər.
Əxlaqsız qadını kişi yanına necə saldılar?
Sadiq Əliyev plan üzrə 27 may 2014-cü il tarixdə fahişəliklə məşğul olan Sevda adlı qadın tanışını, sonuncunun internet vasitəsilə tanış olduğu Şahbaz ilə görüşdürüb.
Qabaqcadan razılaşdırılmış 60 manat müqabilində kirayə tutduğu və əxlaqsız yuvası təşkil etdiyi paytaxtın Nizami rayonundakı mənzildə cinsi əlaqədə olmasını təşkil edib.
Sadiq Əliyev əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən, Sevda adlı qadın həmin mənzildə Şahbazla cinsi əlaqədə olma prosesini “Fujitsu” markalı noutbuk tipli kompüterin videokamerası vasitəsilə gizli şəkildə çəkib video çəkilişlə müşayiət edilən cinsi əlaqə prosesi başa çatdırıb.
Rüsvayedici hədələr
Daha sonra Sadiq Əliyev mənzilə daxil olaraq Sevda adlı qadınla birlikdə Şahbazı barədə rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli video görüntüləri müxtəlif internet saytlarında, ailə üzvləri və tanışları arasında yaymaqla hədələyib.
Bu hədə ilə o, 10 iyun 2014-cü il tarixədək 500 manat verməsini Şahbazdan hədə-qorxu ilə tələb edib.
İyunun 26-da əvvəlcədən razılaşdıqları kimi Sadiq Əliyev qrupun digər üzvü Samir Məmmədov ilə birlikdə cinayət hərəkətlərini davam etdiriblər, tələb etdikləri pulu almaq üçün Şahbazın işlədiyi Səbail rayonu Bibiheybət yolu 68 nömrəli ünvanda yerləşən yağdəyişmə sexinə gəliblər.
Şantaj və həbs
Şahbaz vəd etdiyi 500 manatı vermədiyi üçün haqqında rüsvayedici məlumatları özündə əks etdirən pornoqrafik xarakterli videogörüntüləri yayma hədəsi ilə iyulun 20-ə kimi 600 manat verməsini hədə-qorxu ilə təkrar tələb ediblər.
Tələb etdikləri həmin məbləğdən 20 manatı aldıqdan sonra pulun qalan hissəsini iyulun 20-də verməsini bildiriblər.
Bu barədə Şahbaz iyulun 3-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verdiyi ərizəyə əsasən, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin tarixdə saat 12.40-da Samir Məmmədov və Sadiq Əliyev həbs olunublar.
İstintaq orqanı tərəfindən Samir Məmmədov və Sadiq Əliyevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
“Axtarsaq da, Şahbazın işlədiyi yeri tapa bilmədik”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, qeyd edib ki, 2014-cü ilin iyun ayının sonlarında Sadiq ona zəng edib, bir nəfərin pul verəcəyini və ondan qaçdığını, yerini təxmini bildiyini, birlikdə gedərək pulunu almalarını xahiş edib:
“Həmin gün günortadan sonra Sadiq ilə Nərimanov parkının yanında görüşdük. Birlikdə avtobusla Bayraq Meydanı yanına gəldik.
Axtarsaq da, Şahbazın işlədiyi yeri tapa bilmədik. Sadiq Şahbazın telefonu açmadığından mənim mobil telefonundan zəng vuraraq danışdı. Bundan sonra biz Şahbazın dediyi yerə gəldik”.
“20 manat yol pulu verdi”
Samir Məmmədovun sözlərinə görə, orada Şahbazın işlədiyi sexi tapıblar:
“Sadiq sexə daxil oldu və sonradan özüm də onun arxasınca ora girdim. Həmin vaxt Sadiq Şahbazdan pulu nə vaxt verəcəyini soruşdu.
Bu zaman Şahbaz yasları düşdüyünü və ona görə də gələ bilmədiyini deyərək and-aman etdi. Şahbaz stolun üstünə qoyulmuş dəftərin arasından 20 manat yol pulu Sadiqə verdi”.
“Bizə avtomobildə gözləməyimizi bildirdi”
Samir Məmmədov qeyd edib ki, iyulun 3-də, saat 11-12 radələrində Sadiq ona zəng edib:
“Biz Qara Qarayev metrosunda görüşdük. Sadiq mənə 15 gün əvvəl pul borclu olan həmin oğlanın işlədiyi sexə gedib, pulunun bir hissəsini qaytarmaq istədiyini bildirdi.
O, tək getmək istəmədiyini, mənimlə birlikdə getməyi xahiş etdi. Sadiqin yanında həmin vaxt əvvəllər yanında iki dəfə görüb, tanıdığım Məhəmməd Mehdiyev də var idi.
Bu söhbətdən sonra biz Sadiqin təklifi ilə metronun yanında yolun kənarında dayanmış taksiyə əyləşərək, həmin ünvana çatdıq.
Sadiq bizə avtomobildə gözləməyimizi bildirdi, tək avtomobildən düşərək getdi. Taksi avtomobilinin sürücüsü, özüm və Məhəmməd Mehtiyev avtomobildə qaldıq”.
“Şantaj etdiyindən xəbərim olmayıb”
Samir Məmmədov bildirib ki, təxminən 10 dəqiqə keçəndən sonra Sadiqin gəlmədiyini görüb:
“Hava isti olduğundan avtomobilin qapısını açaraq düşmək istədim. Bu zaman tanımadığım şəxslər mənə yaxınlaşdı və xidməti vəsiqələrini göstərərək, polis işçiləri olmalarını dedilər.
Onlarla birlikdə polis idarəsinə getməli olduğumu izah etdilər. Polis əməkdaşlarının avtomobilə əyləşdikdə salonunda Sadiqi gördüm. Sadiqin Şahbazı şantaj etdiyindən heç bir məlumatım və xəbərim olmayıb”.
“Telefonuma gələn zəngə cavab verdim”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Şahbaz bildirib ki, iyunun 26-da, saat 19 radələrində işdə olub:
“Həmin vaxt telefonuma gələn zəngə cavab verdim.
Telefonda başqa bir oğlan mənə müştəri kimi zəng edib, işlədiyim yağ dəyişmə yerinin ünvanını soruşdu.
Zəngdən təxminən 10 dəqiqə sonra sexə Samir və Sadiq gəldi. Həmin vaxtı sexdə kresloda əyləşmiş vəziyyətdə idim.
Samir mənə durub yerlərini dəyişməsini dedi. Sonra Sadiqi göstərib, pulunu verməməyimi soruşdu.
Həmin məbləğdə pulu düzəldə bilmədiyimi cavab verdim.
Samir mənə bu dəfə Sadiqi yox, onu tanımağımı və iyulun 5-nə kimi 250 manat, iyulun 10-na kimi 250 manat, 10-dan 20-nə kimi isə əlavə 100 manat alacağını bildirdi”.
“Benzin pulu olduğunu bildirdi”
Zərərçəkmiş qeyd edib ki, sonra Samir gündəlik qeydiyyat apardığı dəftərini açıb və dəftərin arasında olan təxminən 60 manatdan 20 manat götürüb:
“Samir 16 gündür məni axtardıqlarını və bu da onların benzin pulu olduğu, bu pulun həmin pula aidiyyəti olmadığını bildirdi. Sonra onlar getdilər”.
“Nömrələri əvvəlcədən götürülmüş 200 manat verdilər”
Şahbaz deyib ki, iyunun 28-də, axşam saat 20 radələrində Sadiq telefondan ona zəng vuraraq pulun hazır olub-olmaması ilə maraqlanıb:
“Sadiqin Sevda ilə cinsi əlaqədə olarkən video çəkilişi yaya biləcəyindən qorxduğum üçün yalandan ona 40 manat düzəltdiyimi dedim.
Sadiq həmin məbləğdə pulun az olmasını söylədi. Mənə lombarddan pul çıxarmağı, onlara verməyimi tələb etdi.
Qorxumdan Sadiqə yaxşı deyərək telefon danışığını bitirdim.
Sonrakı günlərdə çox düşünüb, öz-özümə tələb etdikləri pulu tapıb versəm, yalandan videonu sildiklərini deməklə pulu aldıqdan sonra internetdə yayacaqlarını fikirləşdim.
Hədə-qorxu ilə pul tələb etmələri barədə polisə şikayət etmək qərarına gəldim.
İyulun 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etdim.
Polis işçiləri mənə seriya və nömrələri əvvəlcədən götürülmüş 200 manat verdilər”.
“Pulu sayıb, getmək istədi”
Şahbazın sözlərinə görə, Sadiq sonuncu dəfə onunla əlaqə saxladıqda pulu götürmək üçün işlədiyi yağ dəyişmə sexinə gələcəyini deyib:
“Buna görə də iyulun 3-də, saat 12 radələrində polis əməkdaşları və iki hal şahidləri ilə birlikdə işlədiyim sexin yaxınlığına gəldim.
Orada polis işçilərindən ayrılaraq sexin qarşısına getdim.
Təxminən 10 dəqiqə sonra Sadiq zəng vurdu, taksi ilə gəldiklərini, beş dəqiqəyə çatacaqlarını deyəndə bu barədə kənardan müşahidə aparan polis əməkdaşlarına bildirdim. 10-15 dəqiqə keçəndən sonra Sadiq və Samir tanımadığım oğlan avtomobildən düşdü.
Həmin vaxt pulu Sadiqə verdim. Sadiq 200 manatı götürərək saydı və getmək istədikdə polis əməkdaşları sexə daxil oldular.
Əvvəlcə Sadiqi, sonra isə Samirivə əvvəllər tanımadığım oğlanı və taksi sürücüsünü saxladılar”.
İki nəfərə 7 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir və Sadiq hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər.
Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və hökm dəyişdirilmədən saxlanılıb.
Dəstənin bir üzvünün cəzası azaldıldı
Bu qərardan narazı qalan Samir Məmmədov ötən il kasasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraətverici əsaslarla hökm çıxarılması üçün işinə yenidən baxılmasını istəyib.
Samir Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb və bu günlərdə qərar elan edilib.
Qərara görə, Samir Məmmədovun kasasiya şikayəti qismən təmin olunub. Onun cəzası 6 ilə qədər endirilib, hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.
publika.az
Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, toydan qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub. hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.
Qəzada xəsarət alan qadının 24 yaşı olduğu bildirilib.
Bakı Şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
İdarədən Qafqazinfo”ya daxil olan açıqlamada həmin məlumatlar təkzib olunub və qeyd edilib ki, bu videogörüntülər hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb: “İddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır.
Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır.
İyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.
Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə, bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb.
Faktla bağlı toplanmış materiallar Xətai rayon Prokurorluğuna göndərilib.
Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir”.