Son xəbərlər

Bakı bulvarında iki nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində iki nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Macəra həvəskarı "qır qazanı"na düşdü Marağı oğlanın başına bəla olub

Rusiyanın qərbində yerləşən Pavlovs şəhərində dəhşətli hadisə baş verib.  AYNA Rusiya mediasına istinadən xəbər verir ki, həyəcan həvaskarı olan 33 yaşlı rus köhnə zavaodların birində gəzişərkən müvazinətini itirib və zəhərli qətran dolu qazana düşüb.

Ölümlə üz-üzə qalan gənc ətrafdakı insanların köməkliyi ilə çətinliklə də olsa, qazanın içərisindən çıxarılıb. Onu əvvəlcə zavodun yaxınlığındakı yaşıllıq sahəyə aparıblar. Sonra isə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar.

Dəhşətli ağrı içində qovrulan adamı həkimlər dərhal əməliyyata alıblar. Bədəninin hər yerini bürümüş qapqara zəhərli qətranı xüsusi neştər vasitəsilə təmizləyiblər.

Şəxsin vəziyyətinin stabil olduğu deyilir.

Rəsmi şəxslər bildiriblər ki, zavod işlək vəziyyətdə olmasa da, içindəki zəhərli maddələr tam təmizlənmədiyinə görə belə bir bədbəxt hadisə baş verib.

Azərbaycanda ailəli qadın subay oğlana qoşularaq evdən qaçıb.

Azvision.az xəbər verir ki, hadisə ötən gün İsmayıllı rayonunda baş verib.

Məlumata görə, 3 uşaq anası olan qadının başqa bir kişi ilə gizli eşq yaşadığından xəbər tutan əri onu atasının evinə göndərib.

Xəyanəti üzə çıxan qadın azyaşlı uşaqlarını evdə qoyaraq münasibətdə olduğu şəxsə qoşulub qaçıb.

Faktla bağlı polisə məlumat verilib. Araşdırma aparılır.

Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb.

Bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.

Baş verən davanın videosunu redaksiyaya göndəriblər.

Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.

Həmin videonu təqdim edirik:<iframe src="https://baku.ws/video2/v.php?v=1267584"  width="640" height="360"></iframe>

Hindistanın cənubunda maraqlı bir hadisə baş verib.

“Report” xəbər verir ki, pişik sahibinin həyatını xilas edib. Belə ki, pişik zəhərli kobranın sahibinə hücum etməsinin qarşısını alıb.

Hadisənin videosu lentə alınaraq YouTube-a yerləşdirilib. Evin sahibi Arun Çandru pişiklə ilanın mübarizəsinə böyük həyacanla tamaşa edib.

Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə uşaqlar da olub. Beləliklə, pişik nəyinki ev sahibinin hətta uşaqların da həyatını xilas etmiş olub.

Neftçalada 17 yaşlı oğlan intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Uzunbabalı kəndində qeydə alınıb.

2002-ci il təvəllüdlü Əzizov Samir Rahil oğlu yaşadıqları evin həyətindəki yarımtikilidə özünü asıb.

Qeyd edək ki, yeniyetmə orta məktəbdən bu il məzun olub, universitetə qəbul üçün sənədlərini təqdim edib. Lakin Samirin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə ticarət mərkəzlərinin birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 9 yaşlı Rüstəmzadə Əli Qədir oğlu hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Mahmudovun qardaşı oğlunun məhkəməsi 2 aydır keçirilmirBu gün keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun məhkəməsi keçirilməli idi.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən proses bu gün də baş tutumayıb.

Məhkəmədə iştirak etmək üçün gələn şəxslərə prosesin saat 11-də başlanacağı və hər kəsin çağırılacağı bildirilsə də, yarım saatlıq gecikmədən sonra dustaq V.Məmmədovun məhkəməyə gətirilmədiyi bildirilib. Buna görə də proses növbəti dəfə təxirə düşüb.

Sonuncu dəfə mayın 1-də baş tutan hazırlıq iclasından sonra heç bir məhkəmə iclası baş tutmayıb. Sabiq nazirin əmisi oğlu açıqlanmayan səbəblərdən məhkəməyə etap olunmur. Onun yaxınları bildiriblər ki, Mahmudovun səhhəti normaldır və Müalicə Müəssisəsində saxlanılmır. Bu günkü məhkəmə iclası da təxirə düşüb və növbəti iclas iyulun 22-nə təyin edilib.

V.Mahmudov mənimsəmədə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə saxtakarlığı və hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələrinin bir neçə bəndi üzrə ittiham olunur.Mahmudovun qardaşı oğlunun məhkəməsi 2 aydır keçirilmir
 
Rayonlarda şimşək çaxacaq, dolu düşəcək – Proqnoz – Xəbərdarlıq













İyulun 4-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Hacı Mazanın son durumu ilə bağlı açıqlama - "Hələ də reanimasiya şöbəsindədir"Xəbər verdiyimiz kimi, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov Biləsuvarda qəzaya düşüb. Ramazan Hüseyn oğlu Zeynalov Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib və əməliyyat olunub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasından Unikal.org-a verilən məlumata görə, hazırda R.Zeynalov reanimasiya şöbəsindədir:

"Klinikaya daxil olarkən onun bədəninin müxtəlif nahiyyələrində çoxsaylı sınıqlar var idi. Həmçinin kəllə-beyin travması almışdı. Xəstəxanaya daxil olarkən vəziyyəti çox ağır idi. Klinikamıza yerləşdirilərkən dərhal cərrahiyə şöbəsində əməliyyata alındı. Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altındadır. Hazırda vəziyyəti stabildir, həyatı təhlükəsi yoxdur. Hələ də reanimasiya şöbəsindədir".