Son xəbərlər

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunda qeydə alınıb. İki minik avtomobillinin toqquşması nəticəsində bir nəfər ölüb, 5-i isə ağır xəsarət alıb. Ölən şəxs Şamaxı şəhəri, Seyid Əzim Şirvanı küçə sakini, 1951-ci il təvəllüdlü Əhmədov Azadxan Əliyar oğludur. Xəsarət alanlar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza nəticəsində xəsarət alanlar arasında ərəb turistlər də var.

Hadisə zamanı Şamaxı şəhər sakini, 1996-cı il təvəllüdlü Mirzəyev Emin Kabus oğlu, ərəb turisti, 1984-cü il təvəllüdlü Ali Yusif Hassan Abdullah Hayi ağır xəsarətlər alıb. Hazırda digər yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Fəhlənin faciəvi ölümünün detalları

Xəbər verdiyimiz kimi, dünən Bakıda yaşayış binasının tikinsiti zamanı fəhlə yük maşınının altında qalaraq vəfat etmişdi. Bu gün hadisənin detalları məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyunun 27-si saat 10 radələrində “Dönüş-1” MMC-yə məxsus “Bayıl Marine” adlı hazırda tikinti işləri gedən yaşayış binasının həyətində baş verib. 1962-ci il təvəllüdlü Mirələm Abdullayev idarə etdiyi “Kamaz” markalı 21 BD 392 nömrəli yük maşınını arxaya sürərkən orada fəhlə işləyən Şəki rayon sakini, 1967-ci il təvəllüdlü Fazil Seyidovu vuraraq krana sıxmış, “Kamaz”la kranın arasında qalan fəhlə oradaca ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Murad Əhməd

Türkiyə hərbçiləri atəşə tutuldu, 1 şəhid

Türkiyənin İdlib deeskalasiya zonasındakı 10 nömrəli nəzarət nöqtəsi, Bəşər Əsəd rejiminin ordusunun nəzarətində olan ərazidən, atəşə tutulub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli təhlükəsizlik nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi dünyasını dəyişib, daha üçü isə yaralanıb.

Hücumun qəsdən törədildiyi bildirilir. Qarşı tərəf rejimin ordusuna layiqli cavabını verib.

 

Bakıda İraq vətəndaşı avtomobillə qəza törədib.

Minval.info Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

İraq vətəndaşı, Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi Ahmed Xalif Ezzatın etibarnaməsi olmadığı halda dostu Anar Əfəndiyevə məxsus “KİA Coreto” markalı 99-NU-605 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Nəsimi rayonu, Vaqif küçəsində velosipedçi, 2013-cü il təvəllüdlü Səlim Səlimovu vurub.

Hadisə nəticəsində azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İnternetdə tanış olduğu oğlana qarşı quldurluqda və hədə-qorxu ilə tələbetmədə təqsirləndirilən Maya Qasımova və onun tanışları Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın məhkəməsi başa çatıb.

Minval.info “Bakupost”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə görə, M. Qasımova 10 il 6 ay, O. Hüseynov, İ. Kərimov, E. Osmanov 11 il, S. Heydərova isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən il yanvarın 25-də Yasamal rayon Polis idarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun əl-ayağını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov “isti izlər”lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.

Daha sonra dəstənin digər üzvləri – M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.

Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini M.Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib.

Bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.

M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Minval.info APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Bildirilir ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi — FOTO













İspaniyanın İbiza adasında hücum məruz qalan azərbaycanlı turistin kimliyi məlum olub.
"Ölkə.Az" xəbər verir ki, xarici KİV həmin soyğunçuluq hadisəsində 22 yaşlı azərbaycanlının 1 milyon funt-sterlinqlik ( 2,167,600 AZN) saatı oğurlandığı barədə xəbər dərc edib.

Xəbərdə qeyd edilir ki, hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt 22 yaşlı gəncin yanında dostu olub.

Həmyerlimiz hadisə ilə bağlı polisə məlumat verib. Hazırda araşdırma gedir.
Qeyd edək ki, oğurlanan saat "Richard Mille” markasına aid "50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. 

Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, "50-03 McLaren F1” cəmi 40 qramdır.
Əldə etdiyimiz məlumata görə isə hücuma məruz qalan şəxs "Nortqaz" şirkətinin 61 yaşlı keçmiş sahibi, "Forbes" jurnalının Rusiya reytinqində 67-ci sırasında olan Fərhad Əhmədovun oğlu olub.2.5 milyonluq saatı oğurlanan azərbaycanlının kimliyi bilindi — FOTO








Oliqarx oğlu kimliyinin mətbuata sızmaması üçün İspaniya polisindən xüsusi xahiş də edib.

Xatırladaq ki, Fərhad Əhmədovun oğlu bir müddət öncə də mətbuatın diqqətində olmuşdu. Belə ki, 27 yanvar 2017-ci il tarixində baş tutan Britaniya məhkəməsində Fərhad Əhmədov arvadının ona oğlunun sinif yoldaşı ilə xəyanət etdiyini qeyd etmişdi.

Gəncədə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzağa Əliyev küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 70 yaşlı Cəmilə Rəhimova yaşadığı evdə turnikdən yaylıqla özünü asıb. Yaşlı qadının əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktı bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Minval.info-ya verilən məlumata görə, şəhərin Qaradağ rayonunda “Ford” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan 1 ton kartof yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rusiyada An-24 sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı 22 nəfər xəsarət alıb. Onlardan 15-ə ambulator tibbi yardım göstərilib, daha 7 nəfər xəstəxanaya yerləşdirilib.

Qəza enişi zamanı 2 pilot həlak olub.

***

Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.

İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.