![]() |
![]() |
Bizimyol.info xəbər verir ki, bir çox valideyn və məzunlarən yaxın qohumları qapıdan buraxılmayıb və onlar övladladının “Son zəng” mərasimini məktəbin barmaqlıqları arxasından izləməli olublar.
Məktəbin barmaqlıqlarını aşmaq istəyənlər isə polis müdaxiləsi ilə üzləşiblər.
Dünən axşam saatlarında “Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında intihara cəhd hadisəsi qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dünən 17:35 radələrində Biləsuvar rayon sakini, 2001-ci il təvəllüdlü N.M. intihar məqsədilə özünü qatarın altına atmaq istəyib.
Stansiyada xidmət aparan polis əməkdaşları tərəfindən intihara cəhdinin qarşısını alınıb.
Aparılan araşdırmalar zamanı N.M.-nın sevdiyi oğlanla mübahisə etdikdən sonra bu addımı atmaq istədiyi müəyyənləşib.
Bakının Sabunçu rayonunda silahlı insident olub.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib.
İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib.
Verilən məlumata görə həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib.
Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub. Məlumatına görə, Ramiz Məmmədov öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.
Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.
Onu da qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən R.Həsənov “Hozu” ləqəbi ilə tanınırmış.
Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.
Odlu silahla yeznəsi qətlə yetirən şəxs saxlanılıb.
“Hozu” ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.
Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Qusar rayonu ərazisində ana və yeni doğulan uşağın meyiti tapılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Suvacal kəndində qeydə alınıb.
Kənd sakini 27 yaşlı Ema Ağamuradova yaşadığı evin ərazisində uşaq dünyaya gətirdikdən sonra ölüb. Onun və dünyaya gələn uşağın meyiti aşkarlandıqdan sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
Uşağın dünyaya ölü gəldiyi bildirilir.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
“Semaşko”da xəstəni qohumları xadiməni döyüblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda yerləşən 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində xadimə işləyən 1968-ci il təvəllüdlü Əliyeva Güləbatın Allahverdi qızı iş vaxtı orada xəstə yanına gəlmiş naməlum şəxs tərəfindən döyülüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Ermənistanın işğal bölgəsindəki ordusu növbəti dəfə itki verib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 20 yaşlı erməni hərbçi məhv edilib.
Qeyd edilir ki, iyunun 13-də, saat 17.05 radələrində 1999-cu il təvəllüdlü Artem Vazgenoviç Xaçatryan ölümcül güllə yarası alıb.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı təxribat törətmək istəyən üç erməni hərbçinin məhv edildiyi xəbəri yayılmışdı.
Hətta bunu təsdiqləyən videokadrların da olduğu bildirilir. Güman olunur ki, işğalçı tərəf xalqın narazılığının qarşısını almaqdan ötrü itkiləri gizlədir.
Sübahir Qurbanovun qohumları kimin qəzəbinə gəlib və…
Ləğv edilən nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanovun qohumlarının həbsi davam edir. Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində proses zalında qandallanıb.
O, Cinayət Məcəlləsinin 178-ci – dələduzluq maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Generalın başqa bir qohumu – qaynı Elçin Qurbanov da bir müddət öncə eyni ittihamla 4 il 6 azadlıqdan məhrum edilmişdi. E.Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri işləyərkən dələduzluq etməkdə suçlu bilinib. M.Talıbovun oğlu Fərid Talıbov haqqında da dələduzluq suçlaması ilə cinayət işi olub. Həmin cinayət işi ayrıca icraata götürülüb. Hər 3 iş üzrə zərərçəkən qismində tanınan Amid Hüseynovdur.
Elçin Qurbanovun epizodunda söhbət Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Qulu Hüseynovun həbsdən buraxılmasından gedir. Bu qəza 2012-ci il iyunun 1-də baş verib. Həmin gün səhər Bakı-Qazax yolunun 145-ci kilometrliyində, Qarasu kəndinin ərazisində Bakı şəhər sakinləri, 1959-cu il təvəllüdlü Qulu Məhərrəm oğlu Hüseynovun idarə etdiyi “Mercedes-Benz” markalı, Az 90 HJ 898 dövlət qeydiyyat nişanlı avtomobillə 1977-ci il təvəllüdlü Zamir Zakir oğlu Hüseynovun idarə etdiyi “VAZ-2106″ markalı, Az 10 XN 665 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində ”VAZ-2106″ markalı avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 2006-cı il təvəllüdlü Zakir Zamir oğlu Hüseynov və 1956-cı il təvəllüdlü Zəminə Ağababa qızı Hüseynova hadisə yerində ölüblər, 1983-cü il təvəllüdlü Şəhla Vaqif qızı Həmənova, “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin, 1956-cı il təvəllüdlü Gülüzə Həşrəf qızı Hüseynova ağır xəsarət alıblar. Qəza “Mersedes” sürücüsünün günahı üzündən baş verib. Cinayət işinin materiallarında yazılıb ki, o dövrdə Elçin Qurbanovla Qulu Hüseynovun oğlu Amid Hüseynov Türkiyədə tanış olub. Qulu Hüseynovun azadlığa çıxması məsələsindən söhbət düşəndə Elçin Qurbanov deyib ki, tanışları var, əfv siyahısına salınmasına kömək edə bilər. Amid Hüseynovun iddiasına görə, o, Elçin Qurbanovun prokurorluqda işləməsini nəzərə alıb, onun bu işi görə biləcəyini düşünüb və atasını həbsdən buraxdırmaqdan ötrü 10 min dollar pul verib. Ancaq üstündən uzun müddət keçsə də, nə pulu geri qayıdıb, nə də atası buraxılıb. Elçin Qurbanov isə deyib ki, bu deyilənlər yalandır, qarşı tərəfin ona qərəzi var, bu səbəbdən haqqında həqiqətə uyğun olmayan ifadələr verir. Onun sözlərinə görə, Amid Hüseynov Əfv Komissiyasına atası ilə bağlı ərizə yazmaq üçün kömək istəyib. O da bacardığını eləyib, ərizə yazıb. Sabiq prokurorluq əməkdaşı bildirir ki, bu köməyin müqabilində heç kimdən pul almayıb. E.Qurbanov 2015-2016-cı illərdə bir neçə dəfə 6 saylı cəzaçəkmə müəssisəsinə gedib, orada Q.Hüseynovla görüşüb. Özü də bunu təsdiqləyib. Məhkumun oğlu prokurorluq əməkdaşına etibarnamə də verib. E.Qurbanov isə deyib ki, etibarnamə hər ehtimala qarşı verilmişdi ki, əfvlə bağlı ortaya çıxa biləcək hər hansı məsələləri özü həll eləsin.
E.Qurbanov 2018-ci il fevralın 21-də vəzifəsindən azad edilib. Bu işin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.
Müsənnif Talıbov epizodunda isə Amid Hüseynov deyib ki, ona da pulu öncə atasının əfv siyahısına salınmasına görə, bu iş düzəlməyəndə isə ona məxsus torpağın sənədlərini qaydaya salmaq adı ilə verib. İddia edib ki, M.Talıbova 30 min manat pul verilib.
Ancaq M.Talıbov ittihamı qəbul etmir. Təsdiqləyir ki, A.Hüseynov torpaq sahəsi ilə bağlı sənədlərin qaydasına salınmasından ötrü 6 min manat pul verib. Lakin Türkiyəyə gedəndə gəlib bu pulun 500-nü götürüb, 5 min 500 dolları qalıb: “İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5 min 500 dollarından da artıq pul xərclədim”.
Generalın qohumları zərərçəkmiş A.Hüseynovun onların əleyhinə ifadələrini onun qərəzli olması ilə izah edirlər.
Bakının Sabunçu rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı bəzi təfərrüatlar məlum olub.
ONA-nın məlumatına görə, Məmmədov Ramiz Hümbət oğlu öz qaynı Rauf Həsənov tərəfindən odlu silahla qətlə yetirilib.
Artıq Sabunçu rayon Prokurorluğunun istintaq qrupu hadisənin baş verdiyi Bəşir Bünyadov küçəsindədir və ərazidə müayinələr aparılır. R.Məmmədovun güllələndiyi yerdən cinayətdə istifadə olunmuş odlu silahın gilizləri də aşkar edilib.
Onu da qeyd edək ki, mərhum R.Məmmədov Hozu ləqəbi ilə tanınırmış. Onun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.
***
Bakıda silahlı insident zamanı güllələnən Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib.
ONA-nın məlumatına görə, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R.Məmmədov İlkin adlı şəxs tərəfindən güllələnib. O, odlu silahdan açılan çoxsaylı qırma yaraları ilə xəstəxanaya çatdırılmışdı.
Məlumata görə, R.Məmmədov Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərən marşrut xətlərindən birinin sahibi imiş. O, avtomobilindən düşən zaman güllələnib. Onu güllələyən şəxs isə hadisə yerindən qaçıb.
***
Bakının Sabunçu rayonunda silahlı insident olub.
ONA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib.
İlkin məlumata görə, Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində qeydiyyatda olan 1972-ci il təvəllüdlü Məmmədov Ramiz Hümbət oğlu İlkin adlı şəxs tərəfindən güllələnib. Belə ki, həmin şəxs mübahisə zamanı avtomobilindəki odlu silahı götürərək R.Məmmədova ağır xəsarətlər yetirib. Vəziyyəti kritik olan R.Məmmədov hazırda xəstəxanadadır və üzərində cərrahi əməliyyat aparılır. Onun aşağı ətraflarından və qarın nahiyəsindən çoxsaylı yaralar aldığı deyilir. Ehtimal olunur ki, silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından (“Obrez”) atəş açıb.
Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.
***
Bakının Sabunçu rayonunda odlu silahla yeznəsi Məmmədov Ramiz Hümbət oğlunu qətlə yetirən şəxs saxlanılıb.
ONA xəbər verir ki, Hozu ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.
Cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.
Nazirliyin sabiq əməkdaşı hakim qarşısına çıxarılır. O, Türkiyə vətəndaşına qarşı dələduzluq etməkdə ittiham olunur.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Fərid Cəlilovun cinayət işi üzrə məhkəmə başlayır.
İşə hakim İlham Mahmudovun sədrliyi ilə baxılacaq.
F.Cəlilov Ədliyyə Nazirliyinin əməkdaşı olub. O, Xətai rayonu İcra və probasiya şöbəsinin icra məmuru işləyib.
İttihama görə, F.Cəlilov Türkiyə vətəndaşı Elemana Necatidən birgə biznes qurmaq adı ilə 155 min manat alaraq onu aldatmaqda suçlanır.
Belə ki, F.Cəlilov əcnəbi vətəndaşa dövlət qurumlarının hərraca çıxardığı avtomobilləri ucuz qiymətə alıb, baha satmağı təklif edib. Bununla da çoxlu qazanc əldə edəcəklərmiş.
E.Necati bu təkliflə razılaşıb və F.Cəlilova ilk olaraq 32 min manat verib. Ona verilən məlumata görə, bu pula 4 avtomobil alınıb. Daha sonra F.Cəlilov E.Necatiyə daha 7 avtomobilin hərraca çıxarıldığını deyərək əlavə pul istəyib. Elemena Necati Türkiyədəki evini sataraq Fərid Cəlilova 123 min manat verib. Həmin vaxt F.Cəlilov şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini deyərək pulun köməkçisi Ceyhun Qənbərovun adına göndərilməsini istəyib. E.Necati də bu qaydada pulu göndərib.
Daha sonra isə F.Cəlilov maşın da almayıb, pulu da geri qaytarmayıb.
E.Necatinin Ədliyyə Nazirliyinə şikayətindən sonra F.Cəlilov vəzifəsindən və ədliyyə sistemindən qovulub.
F.Cəlilov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.