Bayramdan qayıdan turistlər qəzaya düşdü - 17 ölü, 9 yaralı



Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.

“Qafqazinfo” “Gulf News” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 9 nəfər ağır xəsarət alıb. 

Məlumata görə, avtobusda 31 sərnişin olub, onlar Ramazan bayramından qayıdırlarmış. 

Qəzanın baş vermə səbəbi araşdırılır.Bayramdan qayıdan turistlər qəzaya düşdü - 17 ölü, 9 yaralı
3 yaşlı Zəhranı oğurlayan qadınla bağlı YENİ FAKTLAR



Xadimə işlədiyini deyən Qızbəst bacısının əqli probleminin olduğunu iddia edir. Onun sözlərinə görə, Təzəgül 5 gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

Azvision.az xəbər verir ki, o, bacısının azyaşlı qızı qaçırdığına görə polis tərəfindən saxlanıldığını yeni öyrənib.

“Təzəgülün əqli problemi var. Onun qəsdən uşaq qaçıracağına inanmıram. 5 gün əvvəl evdən gedib, biz də onu axtarırdıq. Bu gün xəbərlərdə gördüm ki, belə hadisə baş verib”, – deyən qadın ehtimal edir ki, Zəhranın qaçırılmasında başqa şəxslərin də əli var.

“Bəlkə, onu kimsə bu yola məcbur edib. Yəqin ki, polisinin araşdırmasından sonra həqiqət üzə çıxacaq. Təzəgül normal insan deyil, elə vaxt olur ki, adını da yadından çıxarır. İndiyə kimi bizdə qalıb. Başı normal işləmir”.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iki gün əvvəl itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Bakıda dost dostunu zarafata görə bıçaqlayıb



Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş berib.

APA-nın xəbərinə görə, hadisə Sahil qəsəbəsində 19 yaşlı Dadaşov Ömər dostu Turalla zarafat edib. Bundan hiddətlənən Tural Ömərə bıçaqla zərbə vurub. Hadisəni törədən Tural Qaradağ rayon Polis İdarəsi əməkdaşlarına təslim olub.

Fakt araşdırılır.
Zəhranın diləndirildiyi görüntülər yayıldı – Video


Xəbər verdiyimiz kimi itkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə artıq tapılıb.

Primetime.az-da azyaşılının əlindən bir qadının tutduğu və ondan istifadə edərək diləndiyini əks etdirən görüntülər yayılıb. Həmin şəxsin Masallı rayon sakini Təzəgül Nəzərova olduğu bildirilir. O, artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, azyaşlı “Neftçilər” metro stansiyası yaxınlığında tapılıb. Zəhranın atası qızının polislər tərəfindən tapıldığını bildirib.

Məlumat üçün qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxmışdı.<iframe src='https://bax.tv/player/64975.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Cəbhə ilə bağlı məlumat


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Qaraqaşlı, Şirvanlı, Kəngərli, Sarıcalı, Acarlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
16 yaşlı azərbaycanlı qızı 40 yaşlı qohumu təcavüz etdi









Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində məktəblərin birinin 11-ci sinif şagirdi uşaq dünyaya gətirib.

Report xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.

Qızın hamilə olduğu müəyyən olunub və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.

Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.

Gürcüstanın Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.
Azərbaycanda narkotik plantasiyası aşkarlandı














Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Azərbaycanda kişi keçmiş arvadının krminal avtoritet qohumları ilə dalaşdı












Mingəçevirdə ailə münaqişəsi zəminində baş vermiş mübahisə kütləvi davaya çevrilib.

Apa məlumatına görə, xoşagəlməz hadisə gecə saatlarında Heydər Əliyev prospektində, köhnə Tarix Muzeyinin yaxınlığındakı ərazidə baş verib.

Belə ki, şəhər sakinləri Teymur Hümbətov, Murad Musayev, Təyyar Hüseynov, Anar Şəfiyev və Kənan Əhmədoğlunun iştirakı ilə baş vermiş mübahisə münaqişəyə və kütləvi davaya çevrilib. Məlum olub ki, dava iştirakçılarından biri T.Hüseynov iki ay öncə boşandığı həyat yoldaşının qohumları ilə mübahisəyə çağırılıb. Deyilmiş ünvana ilk olaraq T.Hüseynovun dostları T.Hümbətov və M.Musayev yetişib. Dostların qarşısına T.Hüseynovun keçmiş həyat yoldaşının qohumları, yaxud onlarla yaxınlığı ilə bilinən və şəhərin kriminal aləmində yeni fiqurlardan hesab edilən A.Şəfiyev və K.Əhmədoğlu adlı şəxslər çıxaraq hədə-qorxu gəlib. Daha sonra mübahisə davaya çevrilib. Yalnız polis əməkdaşlarının müdaxiləsi sayəsində daha ciddi münaqişənin qarşısını almaq mümkün olub.

Əldə edilən məlumata görə, münaqişə zəminində xəsarət alanlar olub. Zərərçəkənlər Mingəçevir Şəhər Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. İyunun 6-sı üçün məhkəmə tibb ekspertizası təyin olunub.

Qeyd edək ki, münaqişədə adları müəyyən olunmamış daha iki nəfərin də iştirak etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Bakıda “Qoç ət” restoranında zəhərlənmə: Ailə xəstəxanaya yerləşdirildi – Foto















Bakıda fəaliyyət göstərən “Qoç ət” restoranlar şəbəsindən birində zəhərlənmə hadisəsinin baş verdiyi bildirilir.

Bu barədə minval.info-ya məlumat verən paytaxt sakini Tural Allahverdiyev hadisənin iyunun 4-də qeydə alındığını söyləyib. Onun sözlərinə görə, dostu Rəfael Quliyev, onun ailəsi və ailəvi yaxınları Ramazan ayının son günündə “Qoç ət”in Binəqədi filialında iftar süfrəsində olublar.

“Dünən dostumun bayram namazında vəziyyəti pisləşib. Evə döndükdən sonra həyat yoldaşı və uşaqları ilə birgə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin müdaxiləsindən sonra Rəfaelin vəziyyəti yaxşılaşsa da, həyat yoldaşının səhhəti onunla müqayisədə yaxşı deyil. Uşaqlar da A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yerləşdirilib. Özləri isə 1 saylı xəstəxanadadır” – T.Allahverdiyev saytımıza açıqlamasında söyləyib.

Bakıda “Qoç ət” restoranında zəhərlənmə: Ailə xəstəxanaya yerləşdirildi – Foto






T.Allahverdiyev dostu Rəfaelin ziyarətində

Tural bəy həmçinin deyib ki, dünən restoranın administratoru tibb müəssisənə dostuna baş çəkib: “Əvvəlcə bildirildi ki, restoran hadisədə məsuliyyət daşımır. Səbəb kimi isə məhsullarının yeni olduğu göstərildi. Administrator dedi ki, ekspertiza təyin edilsin. Bu gün isə yenidən xəstəxanaya gedib və söyləyib ki, nə lazım olsa, köməklik göstəriləcək”.

T.Allahverdiyev eyni zamanda bildirib ki, dostugillə birgə iftar edən ailəvi yaxınları da zəhərlənib, lakin onlara evdə həkim yardımı göstərildiyindən xəstəxanaya yerləşdirilməyib.

Məsələ ilə bağlı “Qoç ət” restoranının Binəqədi filialıyla əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs bir neçə dəqiqə sonra geridönüş edəcəklərini bildirdilər. Lakin xeyli müddət keçməsinə baxmayaraq, bununla bağlı heç bir açıqlama verilmədi.
Bakıda “pitbull” ləqəbli oğru saxlanılıb













Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini Pərviz İlyasov tutularaq istintaqa təqdim edilib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs aprelin 24-də Nəsimi rayonunda yerləşən mağazalardan birindən içərisində 15 000 manat olan seyfı oğurlayıb. Elə həmin gün P.İlyasov ödəmə terminallarından birinin kassasını yararaq içərisində olan 1000 manatı da talayıb. Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

Özünə “pitbull” ləqəbi götürən bu şəxsin digər cinayətlərdə iştirak etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edə bilərlər.