Qızı baldızının əri ilə qaçan ana ölümü seçdi – Metrodakı intihar olayının şok səbəbləri














31 may tarixində “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında intihara cəhd hadisəsinin səbələri məlum olub.

“Yeni Sabah” xəbər verir ki, intihara cəhd göstərən Abşeron rayon sakini 54 yaşlı Asya Əmirova ailəsində baş verən biabırçı olaylara görə özünü öldürmək qərarına gəlib.

Rayonun qəsəbələrindən birində yaşayan qadının qızı inanılmaz hərəkət edib. Belə ki, Aynur Əmirova (şərti ad) təxminən 10 gün əvvəl öz həyat yoldaşını ataraq başqa evli kişiyə qoşularaq qaçıb. Məsələnin inanılmaz tərəfi ondan ibarətdir ki, onun qaçdığı kişi baldızının həyat yoldaşı olub. Qəsəbədə bu olay yayıldıqdan sonra 54 yaşlı ana gənc oğlunu qəsəbədən çıxararq yaxın qohumlarından birinə əmanət edib. Sonra metroya gələrək intihar niyyətini həyata keçirib.

Məlumata görə qadın xilas edildikdən sonra xəstəxanaya yerləşdirilib və onun ayağı amputasiya edilib.

Yeznənin isə Aynur Əmirova ilə birgə Quba rayonuna qaçdığı bəlli olub. Anasının intihar cəhdindən sonra o da boynu qırılmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara görə anasının intihar etdiyini eşidən qızı da özünü asmaq qərarına gəlib. Lakin onun da həyatı xilas edilib.

Gəlini qaçıran yeznə polis tərəfindən saxlanılıb.
Bakının mərkəzində bina yanır — VİDEO












Bakının Yasamal rayonu, “Nizami” metrosu yaxınlığında yerləşən binada yanğın başlayıb.
Oxu.Az verdiyi məlumatına görə, yanğın Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın səkkizinci mərtəbəsində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır.
Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb… – Fotolar


Mayın 3-də Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Ravon” markalı minik avtomobili dərəyə aşıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1988-ci il təvəllüdlü Abbasov Vasif Əliyəddin oğlunun və sərnişin, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızının meyitini çətin keçilən mürəkkəb relyefli ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ONA yazır ki, avtomobilin sürücüsü V. Abdullayev iyunun 1-də sevgilisi, 1990-cı il təvəllüdlü A.Əliyevanı avtomobildə bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.

Həmçinin V.Abdullayevin həmin avtomobili oğurladığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb… – Fotolar


Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb… – Fotolar
Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb… – Fotolar
Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb… – Fotolar
Bakıdakı faciəvi qəzayla bağlı şok: Sevgilisini maşında bıçaqlayıb… – Fotolar
Yevlaxda sancıları başlayan qadın maşında doğub – Bədbəxt hadisə


Yevlaxda avtomobildə qızını dünyaya gətirən ananın körpəsi ölüb.

“Qafqazinfo” xəbər verir ki, Yevlax rayonunun Xaldan qəsəbə sakini 21 yaşlı Aytac Qarayeva doğuş sancıları ilə xəstəxanaya aparılarkən avtomobildə doğub. Sonradan ana və uşaq xəstəxanaya yerləşdirilsə də, yeni doğulan qız uşağı tələf olub.

Faktla bağlı araşdırma aparılır.
Bağçada uşaqları təhqir edən müəllim işdən çıxarıldı


Bakıdakı uşaq bağçasında uşaqları təhqir edən müəllim işdən azad olunub.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, təhqiredici video yayılandan sonra bağça rəhbərliyi işə qarışıb. Mayın 31-də müəllim işdən azad olunub.

Qeyd edək ki, həmin videonun çəkildiyi bağçanın ünvanını da əldə etmişik. Hadisə Zığda yerləşən 331 saylı bağçada baş verib.

Xatırladaq ki, bağça müəllimi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən həmin videonu atıb. Bu zaman onun uşaqlarla necə davrandığı ortaya çıxıb.
Azərbaycanda şöbə rəisi özünü asıb


Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.

ONA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb. P. Tağıyeva Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Əməkdar rəssam həyatını itirdi


Tanınmış rəssam Bağırov Qalib İsgəndər oğlu dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, əməkdar rəssam uzun sürən xəstəlikdən sonra ürək tutmasından 74 yaşında həyatını itirib.

1945 ci il may ayının 9-da Gəncə şəhərində anadan olub. Mərhum 1996 cı ildə Əzim Əzimzadə adına incəsənət,1971 ci ildə Moskva Stroqanov adına incəsənət məktəblərini bitirib.

Rəssam bir sıra əsərlərin müəllifi olub. O 1996-cı ildə Gəncə Çökək Hamam Kompleksində mərkəzinin yaradıcısı kimi tanınıb. Bundan əlavə rəssam Azərbaycan Texnologiya Universitetində müxtəlif vəzifələrdə çalışıb.

Ömrünün sonuna kimi Çini Qablar Zavodunun baş rəssamı olub. Bu günlərdə Qabil Bağırovun yeni kitabının təqdimatı keçirilməli idi.
Azərbaycanda bağça müəlliməsi uşaqları belə təhqir etdi – Video


Azərbaycanda uşaq bağçasında müəllimin uşaqları təhqir etməsini əks etdirən video yayılıb.

Videonu Aynur Şahkərimova adlı xanım sosial şəbəkədə paylaşıb.

O video haqda yazıb: “Zığda bağça müəlliməsi valideynlərin qrupuna şəkil atmaq istərkən səhvən videoya sıxıb, özü də bilmədən bu dəhşətli, söyüşlü, təhqirli davranış üzə çıxıb. Bir cəza verilibmi?? Bəs necə, cəzasız olarmı??? Xanıma sadəcə töhmət elan edilib.

Biri bu gün “uşaqların hüquqlarının müdafiəsi günü”mü dedi?? Elədirsə, bu videoyla təbrik edirəm, mübarək olsun!”

Məsələylə bağlı azxeber.com-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hazırda bağçanın ünvanı ilə bağlı dəqiqləşdirmə aparılır: Bizdə bağçanın nömrəsi də var. Birinci gün bu işlə məşğul olacağıq və aidiyatı orqanlara məlumat verəcəyik”.

Həmin videonu təqdim edirik:<iframe src='https://bax.tv/player/64676.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
İsgəndər Həmidovun böyrəyində şiş tapıldı


Sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib.

Bu barədə İ.Həmidovun şəxsi facebook profilində məlumat paylaşılıb. Adı açıqlanmayan köməkçi bildirib ki, İ.Həmidovun böyrəklərində və onurğasında şiş var, bu səbəbdən də onun əməliyyat olunması təxirə salınıb:

"Bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanın keçmiş Daxili İşlər naziri, Azərbaycan Xalq Hərəkatının təsis olunması fikrinin müəllifi İsgəndər Həmidov səhhətində yaranmış problemlərlə bağlı qəfil vəziyyəti ağırlaşdığı üçün Bakıda xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada həkimlər onun əməliyyat olunmasının vacib və zəruri olduğunu bildirsə də, ailə üzvləri buna qəti şəkildə icazə vermədiyi üçün İsgəndər Həmidov xarici ölkələrdən birinə aparılmışdı. Uzun sürən müayinələrdən sonra, indi də ağır durumda olan İsgəndər bəyin sağlamlıq durumunun nəticələrinə dair cəmiyyətdə yayılan, həqiqətə uyğun olmayan informasiyaların qarşısının alınması üçün onun real vəziyyəti ilə bağlı məlumat vermək zəruri hesab edildi.

Ürəyindən əməliyyat olunması üçün xaricə aparılan İsgəndər Həmidovun böyrəyində kreatinin yüksək olduğu aşkarlandığı üçün əməliyyat həyatına ciddi təhlükə hesab edildiyindən həkimlər əməliyyatı qəti şəkildə mümkünsüz hesab edib. Aparılan müayinələr nəticəsində məlum olub ki, İsgəndər bəyin sağ böyrəyində 4, sol böyrəyində isə 3 şiş var. Bununla yanaşı, onurğasında da şiş aşkar edilib. Bütün bunları nəzərə almaqla əməliyyat ertələnib və günlərlə ağır durumda olan İsgəndər Həmidovun səhhətinin müəyyən qədər toparlanması üçün çalışılıb.

Sağlıq durumu ağır olduğu üçün bu müddət ərzində onunla görüşmək mümkün deyildi. Həkimlər hər cür söhbətin və bunun nəticəsində yaranacaq həyəcanın onun həyatı üçün təhlükə olduğunu bildirirdilər. Bundan başqa, aparılan müayinələr nəticəsində ikinci ağır durum ortaya çıxıb, şişlərlə bağlı biopsiya edilib və dəqiq nəticəyə gəlmək üçün əkilməyə verilib. Bu müddət ərzində həkimlər İsgəndər Həmidovun əsəbiləşməsinin və gərginləşməsinin qarşısını almaq üçün ölkə daxilində və xaricində baş verən bütün informasiyalardan kənar olmasını vacib hesab etdiyindən, heç kimə onunla görüşmək imkanı vermədikləri üçün İsgəndər bəyin AXH idarə heyətinin üzvləri və sıravi üzvlərinin həbsi barədə heç bir məlumatı olmayıb. Lakin dünən, nəhayət, onunla görüşə bildik. Həkimlərin yekun rəyinə əsasən, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmaqda davam edir. Lakin bütün bunlara baxmayaraq, İsgəndər bəy Azərbaycana qayıtmağa qərar verib. Bu qərara həkimlər etiraz edib və İsgəndər Həmidova bütün bunlarla bağlı, xəstəlik tarixçəsi haqqında həm şifahi, həm yazılı şəkildə məlumat təqdim edilib. Belə olan halda İsgəndər Həmidovun müalicəsinin ev şəraitində davam etdirilməsi şərti ilə ölkəyə qayıtmasına icazə verilib. Bununla yanaşı, həkimlər İsgəndər Həmidovun 6 ay müddətində hər hansı bir aktiv fəaliyyətlə məşğul olmasını qəti surətdə qadağan ediblər. Bu 6 ay içində isə müayinə və müalicə üçün mütləq yenidən geri qayıtmağı tövsiyə ediblər.

Bütün bunları nəzərə almaqla diqqətinizə çatdırmaq istəyirəm ki, İsgəndər Həmidov iyun ayının 8-də Bakıya qayıdacaq.

Bütün duyarlı şəxslərə, İsgəndər bəyin mübarizə yoldaşları və media mənsublarına bu müddət ərzində göstərdikləri diqqətə görə İsgəndər bəyin adından təşəkkür edirəm. Ümid edirəm, İsgəndər bəyin sağlamlıq durumunu nəzərə alıb, bu mövzu ətrafında spekulyasiya edilməyəcək".
Rusiyada azərbaycanlı avtoritet öldü - Yerinə keçəcək namizədlər


Azərbaycanlı avtoritet Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski) 67 yaşında Rusiyada dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, əsasən Sverdlovsk əyalətinə nəzarət edən və “Lotu Quli”nin (Nadir Səlifov) adamı kimi tanınan “vor-zakon”un nəşi qohumları tərəfindən Azərbayana gətirilib və burada dəfn olunub.

Vaqif Kamışlovski uzun müddətdir səhhəti ilə bağlı problem yaşayırdı və kriminal aləmdən, demək olar ki, getmişdi. Heç kimi tanımayan kriminal avtoritetin sağalacağına ümid edən qohumları onun xaricdə müalicəsi üçün pul da yığıblar.

Hazırda Sverdlovsk əyaləti yeni “nəzarətçi”sini gözləyir. Kamışlovskinin yerinə iddialı namizədlər Andrey Vorotnikov, Ağayar Ağayev, Nadir Səlifov və Qiya Sverdlovskidir.

Hələ aprelin ortalarında Kamışlovskinin öz səlahiyyətlərini Andrey Vorotnikova təhvil verməsi üçün hazırlanan “yığıncaq” hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb.Rusiyada azərbaycanlı avtoritet öldü - Yerinə keçəcək namizədlər