Son xəbərlər

Bakıda ata və oğulun öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı – Video


Dünən Bakının Nərimanov rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Görüntülərdə “BMW” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olan zaman sürücünün idarəetməni itirdiyi və qarşı yolda hərəkət edən “Mitsubishi” markalı avtomobilə çırpıldığı əks olunub.

Məlumata görə, hadisə nəticəsində “BMW”nin ürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüb.<iframe src='https://bax.tv/player/64271.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
AZAL bu fotoya görə 3 əməkdaşını işdən çıxardı














Ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkədə vətəndaşın şəxsiyyət vəsiqəsini paylaşaraq lağa qoyması geniş müzakirələrə səbəb olub.

Transseksual şəxsin məlumatlarını açıq formada paylaşan əməkdaş onun yaxın zamanda hava yollarının xidmətindən istifadə etdiyini bildirib.

Məsələylə bağlı ictimai fəallar “AZAL”a müraciət ünvanlayıb. Şirkətdən müraciətə cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və nəticədə şirkətin 3 əməkdaşı işdən azad edilib:

“26 may 2019-cu il tarixində “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurmuş və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb.

Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. 

Bununla əlaqədar olaraq, hər 3 əməkdaş dərhal işdən azad olunub.

Bu məsələ ilə bağlı sərnişinimizdən və cəmiyyətimizdən üzr istəyirik.

Sözügedən məsələni ictimailəşdirdiyinə və haqlı mövqe nümayiş etdirdiyinə görə cəmiyyətimizə dərin təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, sözügedən şəxslər fotoda vətəndaşın şəxsi məlumatlarını açıq paylaşıblar.
Üç günlük hava proqnozu















Mayın 28-də gün ərzində Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-26, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.

Mayın 30-da gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 26-29, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında:

Mayın 28-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Mayın 29-30-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarkterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyiti tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun Bakı şəhər sakini Alyona Yanqarova olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunan Ə.Fərmanov saxlanılaraq istintaqa təhvil verilib.

 

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xətai rayonunun N.Tusi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 26-da saat 12 radələrində Xətai rayonunun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi "Zontes" markalı motosikleti yolun kənarında dayanmış "Foton" markalı yük avtomobilinə vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Bakıda insanları ölümə aparan TAKSİ SÜRÜCÜSÜ – ŞOK VİDEO


Bakıda svetaforun qırmızı işığında keçən taksi sürücüsü kameralara düşüb.

News24.az-ın məlumatına görə Sumqayıt istiqamətində sərnişinlə dolu hərəkət edən Saipa markalı 99MN727 nömrəli taksi sürücüsü özünün və sərnişinlərin həyatını təhlükəyə atıb.

O, MirCəlal küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsində svetaforun qırmızı işığına məhəl qoymadan sürətlə yol kəsişməsinə girib və hərəkətini davam etdirib.

Hadisənin videosunu təqdim edirik:<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/hROII3a65uU" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Ağcabədidə oğul atasını güllələyib qaçdı



Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyevin evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib hadisə yerini tərk etməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, M.Tağıyev xəstəxanaya yerləşdirilib.

DİN Mətbuat Xidətindən verilən məlumata görə, dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən İ.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə baxış zamanı onun bu cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Goranboy rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 15 yaşlı Valeh Allahverdiyev hovuzda üzərkən boğulub.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, hadisə qonşunun su hovuzunda baş verib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Arvadını öldürən direktorun məhkəməsi başlayır



Arvadını yaşadıqları mənzilin balkonundan ataraq öldürməkdə təqsirləndirilən “Buta Palace”nin art direktoru Ramiz Taxveli ilə bağlı istintaq yekunlaşıb.

Xüsusi amasızlıqla adam öldürməkdə təqsirləndirilən R.Taxvelinin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. 

İstintaq bu işdə T.Taxvelinin mərhum arvadı Adelya Taxvelidən başqa, qızı Aliya Taxvelini də zərərçəkmiş kimi tanıyıb.

Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.

İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

R.Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Mərhum Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edın Adelyanın anası nazirin xalası qızıdır. 

Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı olub. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib. 

Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.
Bakıda gənc qız və oğlan binadan atılaraq intihar edib



Bakıda iki gəncin ölümü ilə nəticələnən intihar hadisələri baş verib.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun “Report”a verdiyi məlumata görə, intiharlardan biri paytaxtın Nizami rayonunda qeydə alınıb.

Q.Qarayev küçəsi, 81 A ünvanında 19 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Digər analoji hadisə Bakının Nərimanov rayonunda, Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanında olub. Burada 25 yaşlı qız özünü binanın yuxarı mərtəbəsindən yerə atıb. O da aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.