Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində turistləri daşıyan avtobus qəzaya düşüb.“Qafqazinfo” “Gulf News” saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 9 nəfər ağır xəsarət alıb. Məlumata görə, avtobusda 31 sərnişin olub, onlar Ramazan bayramından qayıdırlarmış. Qəzanın baş vermə səbəbi araşdırılır.