Son xəbərlər

Bakıda vəzifəli şəxsin avtomobili yanıb kül oldu – VİDEO


Bakıda avtomobil yanıb.

“Report”un xəbərinə görə, hadisə Yasamal Rayon Polis İdarəsinin (RPİ) qarşısında baş verib.

Belə ki, 90 KB … dövlət qeydiyyat nişanlı “Nissan” markalı minik avtomobil alışaraq yanıb.

Yanğının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Avtomobilin Yasamal RPİ-də çalışan vəzifəli şəxsə məxsus olduğu bildirilir.<iframe src='https://bax.tv/player/62964.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Anası “Emin 444″ün “morqda” çəkilən görüntülərini yaydı – VİDEO



Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərov torpağa tapşırılıb.

Buta.media xəbər verir ki, E. Səfərovun anası “morqdan” görüntüləri təqdim edib.

O qeyd edib ki, oğluna 80 bıçaq zərbəsi endirilib:

“Mənim oğlumun bağırsaqlarını yerə tökən azadlıqda gəzməməlidir”. – qadın müraciət edərək deyib.

Xatırladaq ki, Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.

Ancaq mayın 11-də mərhumun qardaşı, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb.

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə meydana gəlib. Z.Yusifov Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Zaur Yusifov sifariş edib:

“Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Zaurun atası Əli Yusifov yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib”, -deyə Elçin Səfərov bildirib.<iframe src='https://bax.tv/player/62959.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Yeni yol yararsız vəziyyətə düşüb – FOTO


Astarada 7 kəndin, 2 minə yaxın insanın istifadə etdiyi yeni yol torpaq sürüşməsi nəticəsində yararsız vəziyyətə düşüb.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, söhbət 5 km. uzunluğunda olan Təxtənəkəran-Miki avtomobil yolundan gedir.

2017-ci ilin dekabr ayında təmir olunaraq istifadəyə verilən yolun keçən ildən başlayaraq ayrı-ayrı hissələrində yeni asfalt örtüyü sıradan çıxmağa başlamışdı. Həmin vaxt müəyyən təmir-bərpa işləri aparılıb, lakin bu il yenidən yolun bəzi hissələrində çatlar və çalalar əmələ gəlib. Yolda maşınların hərəkəti çətinləşib.

Sıradan çıxan yol kənd sakinlərini narahat edir. Onların fikrincə, yolun gələcəkdə tamam yararsız vəziyyətə düşməməsi üçün istinad divarları tikilməlidir və suötürücü borular salınmalıdır. Əks halda güclü yağışların yağması yolu tamam dağıda bilər.

Astara Rayon Siyəkü kənd Bələdiyyəsindən ONA-ya bildirilib ki, rəsmi qaydada aidiyyəti qurumlara məlumat verilib və yolda sürüşmə nəticəsində ziyan dəyən ərazilərə baxış keçirilib. Hazırda məsələ ilə bağlı qurumlardan cavab gözlənilir.
Yeni yol yararsız vəziyyətə düşüb – FOTO
Yeni yol yararsız vəziyyətə düşüb – FOTO
Yeni yol yararsız vəziyyətə düşüb – FOTO
Yeni yol yararsız vəziyyətə düşüb – FOTO
Xəzər dənizində zəlzələ olub


Mayın 16-da Xəzər dənizində 3,04 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 05:23-də qeydə alınıb.

Qeyd edək ki. episentri 60 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.
Ilanların fəal dövrü başlandı – Zoologiya İnstitutundan XƏBƏRDARLIQ


Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.

İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar Kür-Araz ovalığında, Qarabağ, Şirvan düzənliyində, Muğan düzündə, bir sözlə ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar:

“İlanların, o cümlədən levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar”.

T.İsgəndərov qeyd edib ki, ilanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış “sığınacaqlarda”- zirzəmilərdə, abad olmayan həyətlərdə – burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər:

“Öz həyətində ilanlardan qorunmağın ən yaxşı yolu budur ki, həyətini ilanlar üçün cəlbedici etməyəsən. Həyətin hər tərəfinə daşdan hasar çəksən belə, əgər onun içində tullantılar yığılıbsa, abadlıq yoxdursa, kərtənkələ, qurbağa, yəni ilanlar üçün yem varsa, onda orada ilanlar olacaq. İlan hasardakı balaca deşikdən belə özünə yer tapıb həmin həyətə girəcək. Buna görə də çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, adları qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər”.

Mütəxəssis ilanların ola biləcəyi ərazilərdə yaşayan və işləyən insanların təhlükəli ilan sancmalarından qoruna bilməsi üçün mümkün yolları da açıqlayıb:

“İnsanlar bilməlidirlər ki, adları qeyd edilən yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq. Onu da unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalniz özünü müdafiə edəcək! Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız, onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar”.

T.İsgəndərov öldürülən ilana görə onun cütünün, yaxud qardaşlarının qisas alması barədə deyilənləri də rəvayət adlandırıb.

Onun sözlərinə görə, bəzən həyətində ilan öldürən şəxs bu hadisədən sonra başqa ilanı gördükdə onun qisas almaq üçün buraya gəldiyini zənn edir:

“Bəzən həyətdə bir deyil, bir necə ilan olur və onların da hamısı eyni vaxtda görünmür. İlanı öldürdükdən sonra həyətdəki ilanlardan digərini görən şəxs də elə bilir ki, bu ilan həyətə qisas almaq üçün gəlib. Lakin bu məlumatların heç biri düzgün deyil. İlanların öldürülməsinə görə onun cütünün, yaxud qardaşının qisas alması barədə deyilənlər ancaq rəvayətdir”.
Yazıçılar Birliyi 8000 manat qarşılığında striptizə göz yumdu – (VİDEO 18 +)


Azərbaycan Yazıçılar Birliyi icarəyə verdiyi striptiz şou nümayiş etdirilən “Hot Room Club”un rəhbərliyinə xəbərdarlıq edib.
Bu barədə Unikal.org-a AYB-nin Təsərrüfat şöbəsinin müdiri Əlibala Əliyev məlumat verib. O, bildirib ki, klubla bağlı mətbuatda yazılanlar nəzarətə götürülüb:

“Bizim o klubla bu ilin noyabr ayına kimi müqaviləmiz var. Müqavilənin aylıq qiyməti 8000 manatdır. Biz videoda olan halların aradan qaldırılması üçün klubun icarədarına xəbərdarlıq etdik. Bu cür halların bir də təkrarlanmamasını tapşırdıq”.

Qeyd edək ki, bu klubun sahibi Roşka Roş adlı reperdir. “Hot Room Club”da açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.

Xatırladaq ki, bundan əvvəl burada “26” – “Twenty six” adlı kafe başqa adla gecə klubu fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.<iframe src='https://bax.tv/player/62846.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Bakıda tələbələr arasında ölümlə nəticələnən davanın ŞOK görüntüləri yayıldı – TAM VİDEO



Bakıda tələbələr arasında baş vermiş ölümlə nəticələnən davanın videosu yayılıb.

Dünən Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb. İnsidentlə əlaqədar bir şəxs saxlanılıb.

Həmin şəxsin ölən şəxslə dalaşdığı, ancaq döyülməsinə baxmayaraq mərhuma faktiki bir xəsarət yetirmədiyi görünür. Q.Əsgərov yıxılarkən də ona ilk köməyə qaçan o olduğu kadrlardan aydın seçilir.

Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.

Həmin davanın özəl görüntülərini təqdim edirik:

Səbail rayonunda bir nəfəri elektrik cərayanı vurması faktı qeydə alınıb.

ONA-nın məlumatına görə, hadisə Badamdar qəsəbəsində baş verib.

1954-cü il təvəllüdlü Məmmədov Yadigar Məhər oğlu iş görən zaman ehtiyyatsızlıqdan elektrik cihazına toxunub. Bu zaman onu elektrik cərayanı vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 
Bakının mərkəzində atışma – Generalın qohumu tutuldu (FOTO)














Tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb.

Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub.
Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib.

Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.
Sumqayıtda zibil qutusunun üstündə QƏRİBƏ ELAN — FOTO


Sumqayıt şəhərində çəkilən bir foto sosial şəbəkələrdə marağa səbəb olub.
“Ölkə.Az” xəbər verir ki, zibil qutusunun üzərinə “Ay insan bura zibil atmaq olmaz” elanı vurulub. Sosial şəbəkə istifadəçilərini də məhz belə elanın zibil qutusunun üzərinə yazılması güldürüb.

Bir çoxları fotoya “Nidalar çox oldu elə bil”, “Təklif edirəm bunu yazanın özünü ora ataq”, “Bəlkə yeri deyir” kimi rəylər yazılıb.Sumqayıtda zibil qutusunun üstündə QƏRÄ°BƏ ELAN — FOTO