Məsciddə silahlı atışma baş verib


London şəhərinin İlford rayonu ərazisində yerləşən bir məsciddə silahlı atışma baş verib.

ONA tass.ru-ya istinadla xəbə verir ki, bu barədə yerli polis Tvitter səhifəsində məlumat yayıb.

Hadisə müsəlmanların ibadət üçün topladığı “Yeddi Kral Məscidi”ndə qeydə alındığı vurğulanıb.
Hadisə yerinə gələn polis bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
“Daily Mirror” nəşrinin məlumatına görə isə, baş vermiş hadisənin terrorla əlaqəsi yoxdur. Atəşin boş güllələrdən açılması bu versiyanın doğruluğunu göstərir.

Qeyd edək ki, hadisədən sonra sözügedən məscid müvəqqəti olaraq bağlanıb.
Bağdadda partlayış nəticəsində 8 nəfər həlak olub














Bağdadda intiharçı-terrorçunun partlanması nəticəsində ən azı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Al-Sumaria telekanalı xəbər verir.

Məlumata əsasən, İntiharçı-terrorçu Mədinət əs-Sədr rayonunda yerləşən “Cəmilə” bazarında özünü partladıb.

Qeyd edək ki, Mədinət əl-Sədr rayonunda Şiə müsəlmanları yaşayır.
Bakıda kütləvi dava: “Emil 444” qətlə yetirildi














Bakının Binəqədi rayonunda kütləvi dava olub.

“Report” xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə “Emil 444” ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

ONA yazır ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

İki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.<iframe src='https://bax.tv/player/62423.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>


Sumqayıtda naməlum uçan obyekt — FOTO


Sumqayıt şəhərində naməlum uçan obyekt görünüb.

“Ölkə.Az”-ın məlumatına görə, jurnalist Zaur Əhməd naməlum obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. Həmin fotonu təqdim edirik.Sumqayıtda naməlum uçan obyekt — FOTO

Qusar rayonunda intihar hadisəsi baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Köhnə Xudat kəndində qeydə alınıb.

Kənd sakini 1963-cü il təvəllüdlü Savzixanova Əzimə İsaməddin qızı özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.

 
Bakıda “Porsche” sürücüsü sakinləri qəzəbləndirdi: Belə cəzalandırdılar – Fotolar















Bakının Yasamal rayonu ərazisində maraqlı hadisə baş verib.
Paytaxt sakinləri Həsən bəy Zərdabi küçəsində dayanan “Porsche” markalı avtomobilin sürücüsünü özlərinə məxsus formada cəzalandırılıb. Belə ki, zibil qutularına yaxın yerdə avtomobilini saxlayan sürücü gözlənilməz mənzərə ilə qarşılaşıb.

Maşının düzgün yerdə saxlanılmadığını düşünən sakinlər avtomobilin üzərinə zibil torbaları atıb. Bu vəziyyət ətrafdan keçən insanların xeyli marağına səbəb olub.
Bakıda “Porsche” sürücüsü sakinləri qəzəbləndirdi: Belə cəzalandırdılar – Fotolar
Bakıda “Porsche” sürücüsü sakinləri qəzəbləndirdi: Belə cəzalandırdılar – Fotolar
 
Binəqədi rayonunda yataqxanada yanğın olub – Foto















Paytaxtın Binəqədi rayonunda yanğın qeydə alınıb.

Yanğın 7-ci mikrorayonda yerləşən yataqxanaların birində qeydə alınıb. Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır. Yanğın binanın 4-cü mərtəbəsində qeydə alınıb.

Sakinlərin ONA-ya verdiyi məlumata görə, naməlum şəxslər binanın 4-cü mərtəbəsində qeyri-müəyyən şəraitdə yanğın törədiblər. Nəticədə həmin mərtəbənin dəhlizində taxta divar və döşəmə yanıb.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti əməkdaşlarının səyi nəticəsində yanğının mənzillərə keçməsinin qarşısı alınıb.
Binəqədi rayonunda yataqxanada yanğın olub – Foto
Binəqədi rayonunda yataqxanada yanğın olub – Foto
Şuşanın işğalından 27 il ötür














Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 27 il ötür.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.
ŞOK! Azərbaycanda qadının bətnində yeddi uşaq – VİDEO















Azərbaycanda qadın yeddi, bəlkə də yeddidən artıq uşağa hamilədir.

Baku.ws xəbər verir ki, bu barədə mama-ginekoloq Natiq Məhərrəmov öz səhifəsində məlumat verib.

Məhərrəmov “İnstagram” səhifəsində paylaşdığı görüntülərdə hamilə qadını USM edir və qadının bətnində yeddi və daha artıq körpənin olduğunu bildirir.

O, öz təəccübüünü belə ifadə edib: “Şok, şok, şok! Yeddi və daha artıq körpə burada. Allahım, qüdrərtinə və hikmətinə sonsuz şükürlər olsun!”
“Baku Medical Plaza” xəstə ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizaya müraciət etdi















Son günlər klinikamızda ağır xəstə yatan Lətafət Şirəliyeva dünən gecə dünyasını dəyişib.

Bu barədə “Baku Medical Plaza”dan məlumat verilib. Klinikadan verilən məlumatda təəssüflə bildirilir ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib:

“Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar rtim, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır”.