Bakının mərkəzində dava: Aləm bir-birinə dəydi – Video















Hazırda “Salaam Cinema Baku”nun təşkilatçıları və sahibkar arasında insident yaşanır.

İnsident Hollandiyalı rejissor Robert Romboutun ustad dərsləri verdiyi zaman baş verib. Heç bir sənəd təqdim etməyən şəxslər icazəsiz şəkildə binaya daxil olub və gənclərə şiddət göstərib, onlardan binanı tərk etməyi tələb edib.

Qeyd edək ki, 1900-cü illərin əvvəllərində tikildiyi bildirilən bu bina sökülə bilər. Sənətşünaslar bu binanın 1913-cü ildə molokanların dua evi kimi tikildiyini söyləyirlər.

Daha sonra isə Radio evi kimi fəaliyyət göstərib.

Hazırda burada icma üçün mədəni fəaliyyət məkanı olan “Salaam Cinema Baku” yerləşir.

Burada tədbirlər təşkil edilir, sərgilər olur, film nümayişləri keçirilir. 2018-ci ilin axırında bina özəlləşdirilib, indi mülk sahibi kirayənişinləri buradan çıxarmaq istəyir.

Gənclər deyir ki, Mayın 2-də binanı sökməyə cəhd göstərilib.

Özünü mülk sahibinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Bəhruz Əhmədov isə deyir ki, kirayə müqaviləsini onlar yox, mühafizəçi imzalayıb. Amma sonra bu işin üstü açılıb və mühafizəçi işdən çıxarılıb.

Binanın gələcək taleyi isə tam qərarlaşdırılmayıb. İndi kirayənişinlərə İyunun 15-nə qədər vaxt verilib, amma gənclər bu binanın sökülməməsini istəyirlər.



“Malakanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb”.

Bunu ONA.az saytına açıqlamasında, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirilib.

Onun sözlərinə görə, bina ilə bağlı araşdırma aparılır: “Hazırda orada hər hansısa söküntü işi görülmür.

Əgər bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq. Siyahıya salındığı təqdirdə, bina özəl mülkiyyətdə olsa belə, orada söküntü işləri aparmaq mümkün olmayacaq. Ümumiyyətlə, Xidmətin siyahısında olan abidənin tarixi görkəminə hər hansı şəkildə xələl gətirilməsi qanunla qadağandır”.

“Salaam Cinema Baku”-nun təşkilatçılarından olan Leyli Qafarova BAKU.WS saytına açıqlamasında bildirib ki, onların əsas məqsədi binada fəaliyyət göstərmək yox, tarixi binanın sökülməsinin qarşısını almaqdır:

“Novruz bayramı ilə əlaqədar biz tətilə çıxmışdıq. Geri qayıdanda binanın döşəməsinin söküldüyünü gördük.

Bundan sonra müqavilə imzalamağımıza və sahibkarla danışmağımıza baxmayaraq, bizi burdan çıxarmağa çalışırlar. Bu gün isə tədbir zamanı Bəhruz Əhmədov özünü sahibkarın köməkçisi kimi təqdim edərək, bizə şiddət göstərdi. Bizim əsas məqsədimiz tariximizi qoruyub, ona sahib çıxmaqdır.

Bildirmək istəyirik ki, biz buranı yalnız binanın sökülməyəcəyi ilə bağlı rəsmi sənəd təqdim edildiyi təqdirdə tərk edəcəyik”.

Hazırda Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Kestutis Jankauskas binada baş verən hadisə ilə bağlı gənclərin yanındadır.
“Olimpiya” stadionunun yaxınlığında avtoqəza olub, xəsarət alanlar var













Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Böyük Şor qəsəbəsindəki “Olimpiya” stadionunun arxasında, Ziya Bünyadov prospekti istiqamətində gedən yolda 3 avtomobil toqquşub.

Qəza nəticəsində azı 3 nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, hadisə barədə məlumat saat 07:41-də daxil olub:

“Xəstəxanaya çatdırılan yaralılardan birinin vəıziyyəti çox ağırdır. Yüngül xəsarət alanlar da var. Xəstəxanadan bildiriblər ki, yol avtomobilləri ilə xəstəxanaya çatdırılanlar da olub. Həmin adamlara da yardım edilib”.
Azərbaycanlı qız möcüzə nəticəsində yanan təyyarədə ölümdən qurtuldu














Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. “Aeroflot” şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.

Xoşbxətlikdən bəzi insanlar son anda faciədən xilas ola biliblər. Belə sərnişinlərdən biri azərbaycanlı Fəridə Ruslanovadır.

O hadisə barədə Day.Az saytına danışıb.

“Mən kredit və sığorta sahəsində işləyirəm. İşimlə əlaqədar mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram. İşdə mənə Murmanska getməyi təklif etdilər – mən razılaşdım”, – Ruslanova danışır.

Gənc qızın sözlərinə görə, o, artıq bilet almışdı və uçmağa hazırlaşırdı, lakin son anda planlar dəyişib.

“Gözlənilmədən Moskvaya atam gəldi, o başqa şəhərdə işləyir, ildə bir dəfə gəlir. Heç kimə deməmişdi, sürpriz edirdi. Mən komandirovkadan imtina etmək məcburiyyətində qaldım, əvəzimə iş yoldaşım getdi. Hazırda o reanimasiyadadır. Zəhərlənib və yanıq yaraları alıb”, – Fəridə deyir.

F.Rəsulova qeyd edir ki, faciədən xəbər tutandan sonra qorxu içində yaşayır.

“İş yoldaşıma təyyarədən çıxmağa imkan vermirdilər. O, orada insanlara görə ölə bilərdi – onlar öz baqajlarını çıxarmaq istəyirdilər. Onu göyərtədən ekipaj üzvü Moiseyev itələyib çıxardı. Çox təəssüf edirəm ki, Moiseyev özü orada ölüb”, – Fəridə bildirib.

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan musavat.com-a daxil olan birgə məlumatda bildirilir ki, mayın 5-də Sabunçu rayonu, Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Samir Sabir oğlunun 217 nömrəli marşrut xətti üzrə idarə etdiyi “İsuzu” markalı, 01-BM-698 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə yol kənarında dayanmış “Ford Transit” markalı 90-CO-434 dövlət qeydiyyat nişanlı yük avtomobilinin toqquşması nəticəsində 7 nəfər şəxsin zərər çəkməsi və Samir Əliyevin hadisə yerindən qaçması faktına görə rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin Samir Əliyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində S.Əliyev mayın 6-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda kütləvi dava: Ata və oğul xəstəxanaya yerləşdiriliblər















Bərdə rayonunun Ərəblər kəndində kütləvi dava baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər kənd sakini – Sərdar Ələkbər oğlu Əhmədov və oğlu Elgün Əhmədov müxtəlif bədən xəsarəti alıblar.

Hər ikisi Bərdə Mərkəzi Rayon Xəstəxnasına yerləşdiriliblər.

Məlumata görə, kənd sakinlərinin otlaq sahəsində başlanan mübahisəsi kütləvi davaya çevrilib.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Faktla bağlı Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: ölən və yaralananlar var














Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.
Qafqazinfo xəbər verir ki, Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusun idarəetməsini itirərək aşırıb.

Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu həyatını itirib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən qafqazifo-ya verilən məlumata görə, qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.
Rusiyada təyyarə qəzası: Həlak olanların sayı 41-ə çatıb – Siyahı – Video















Moskvanın “Şeremetevo” hava limanında baş verimiş təyyarə qəzasında həlak olan sərnişinlərin sayı 41 nəfərə çatıb.

ONA-nın Moskva bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaqa təqdim edilən son məlumata görə, qəzadan 37 nəfər sağ qalıb.

Sərnişinlərdən 28 nəfərinin taleyi barədə heç bir açıqlama verilmir. Həlak olan 13 sərnişinin yanmış cəsədləri isə təyyarənin arxa hissəsində – alovun alışdığı salonda aşkarlanıb.

Təyyarədə olan sərnişinlərin siyahısını təqdim edirik:

Rusiyada təyyarə qəzası: Həlak olanların sayı 41-ə çatıb – Siyahı – Video
Rusiyada təyyarə qəzası: Həlak olanların sayı 41-ə çatıb – Siyahı – Video
Rusiyada təyyarə qəzası: Həlak olanların sayı 41-ə çatıb – Siyahı – Video


***

22:40

“Sheremetevo” hava limanından qalxandan 28 dəqiqə sonra məcburi eniş edən “Sukhoi Superjet 100” sərnişin təyyarəsinin yanması nəticəsində son məlumatlara görə, 13 nəfər həlak olub, 6 nəfər yaralanıb.

ONA-nın tass.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə ilə bağlı yaradılmış İstintaq Komitəsi tərəfindən təyyarədə 73 sərnişin və 5 ekipaj üzvü olduğu açıqlansa da, digərlərinin taleyi barədə heç bir məlumat verilməyib.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Sheremetevo hava limanında təcili eniş edən “Aeroflot”a məxsus təyyarə Moskvadan Murmanska uçurmuş.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (“Yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatı ilə bağlı qaydaların pozulması, iki və daha çox şəxsin səhlənkarlığı ilə nəticələnməsi”) maddəsilə cinayət işi başlanılıb.<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/kZQDS8PUtu4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Bakı-Sumqayıt yolunda tıxac var — FOTO












Bu gün səhər saatlarından Bakı "Dairəvi 1" avtomobil yolunda böyük tıxac yaranıb.
Report xəbər verir ki, sıxlıq yolun Xırdalan dairəsindən 20 Yanvar dairəsinədək olan hissəsində müşahidə olunur.
Şahidlər yolda hər hansı bir qəzanın olmadığını qeyd edirlər.Bakı-Sumqayıt yolunda tıxac var — FOTO
Həbsxana rəisi işdən çıxarıldı














Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birinin rəisi vəzifəsindən azad olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev vəzifədən çıxarılıb.

Məlumata görə, onun yerinə 16 saylı CÇM-in rəisi gətirilib.
“Kazbek” mahnısınin ifaçısı azad olundu














Narkotik vasitələrin istifadəsində ittiham edilən “Vüqar Səda” ləqəbli meyxanaçı Vüqar Abdullayev azadlığa çıxıb.
Oxu.Az xəbər verir ki, meyxanaçıya Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilən 30 sutkalıq inzibati həbs müddəti başa çatıb.

O, Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerindən azadlığa buraxılıb. Qeyd ki, bir müddət əvvəl sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılmışdı.

Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub: “DİN rəhbərliyinin tapşırığına əsasən, bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulub və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib”.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsini pozmaqda ittiham edilir.