Son xəbərlər

Mayda 30 dərəcə isti olacaq – AYLIQ PROQNOZ














May ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ortalarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı(norma 18-21 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 16-20 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 33-62 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 68-122 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (31-54 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 8-13, gündüzlər 16-21, bəzi günlərdə 26-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 19-22 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 18, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-62 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 18-23, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 mm) gözlənilir.
Nardaran hadisələri ilə bağlı axtarılan şəxs Türkiyədə saxlanılıb














Müsəlman Birliyi Hərəkatı Elnur Mehdiyevin təşkilatın üzvü olmadığını bildirir

Dindar fəal Elnur Mehdiyev Türkiyədə saxlanılıb. Bu barədə “Turan” agentliyi aprelin 27-də məlumat yayıb. Agentliyin məlumatına görə, bu haqda Mehdiyevin yaxınları məlumat yayıb.

Yaxınları Mehdiyevin saxlanılma səbəblərinin hələ məlum olmadığını bildirir. “Amerikanın Səsi”nin məlumatına görə, Elnur Mehdiyevin Nardaran hadisələrindən sonra axtarışda olduğu güman edilir. Yaxınları onun Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil veriləcəyini istisna etmirlər.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən insidentə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov terror və başqa ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzasına məhkum edilib.

Rəsmi qurumlar Nardaran hadisələri ilə bağlı 11 nəfərin axtarışda olduğunu bildirib, lakin həmin şəxslərin adlarını açıqlamayıb. Hüquq müdafiəçiləri güman edir ki, Elnur Mehdiyev də axtarılan şəxslərin arasında olub.

Bu il martın 21-də Müsəlman Birliyi Hərəkatının fəalı Anar Cabbarov Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, gəzdirmə satış məqsədilə olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Lakin aprelin 5-də cinayət işinə xitam verilərək Anar Cabbarov azadlığa buraxılıb.

Elnur Mehdiyevin isə Azərbaycana təhvil-verilmədiyi haqda hər hansı məlumat yoxdur. Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov bizimlə söhbətində bildirdi ki, onlar Mehdiyevin saxlanılması ilə bağlı xəbəri mətbuatdan oxuyublar, ancaq hər hansı rəsmi açıqlama olmadığı üçün dəqiq bilmirlər.

Elnur Mehdiyevin MBH üzvü olub-olmadığı ilə bağlı suala cavab olaraq E.Qasımov bildirdi ki, Mehdiyev fəal olsa da, təşkilatın üzvü olmayıb: “MBH üzvü olub-olmamasından asılı olmayaraq biz hər zaman günahsız saxlanılan hər kəsi müdafiə etməyə çalışmışıq. Bildiyim qədər fəal dindardır. Və Nardaran hadisələri zamanı Kərbəla ziyarətində olub. Amma təşkilata rəsmi üzvlüyü yoxdur. Təşkilatımızı dəstəkləyən insanlardandır”.
Bu gün havanın temperaturu 28 dərəcəyədək artacaq















Aprelin 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 30-u, mayın 1-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakıda qadın ərinin məşuqəsinin evinə basqın etdi – (18+ VİDEO)














Sosial şəbəkələrdə gündəm yaradacaq yeni video yayılıb.

Minval.İnfo-nun xəbərinə görə görüntülərdən belə başa düşülür ki, bir qadın öz rəfiqəsi və ya qohumu olduğu hiss edilən başqa bir qadınla ərinin məşuqəsinin evinə basqın edib. Xəyanətə məruz qalan qadın həmçinin basqını anbaan kameraya çəkib.

Videodan tərəflər arasında təhqiramiz dialoqun yaşandığı, “məşuqə”nin videodan adının Aqşin olduğu başadüşülən “aşiq”inə zəng etməyə cəhd etdiyi görülür.<iframe src='https://bax.tv/player/61407.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>


Bakıda qızlar avtomobilin lyukunu açıb 3 çılpaq qızın sədaları altında rəqs etdilər — VİDEO















Sosial şəbəkədə yeni videogörüntü yayılıb.
Videogörüntüdə qızların yolsuzluq avtomoblinin lyukunu açaraq rəqs etdikləri görünür.

Bu anlar həmin avtomobilin arxasındakı digər avtomobilin video-qeydiyyat cihazı vasitəsilə lentə alınıb.

<iframe src='https://bax.tv/player/61405.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Cəbhə ilə bağlı nazirlikdən məlumat















Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən ONA-ya verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
ADNA-da törədilən terrordan 10 il ötür














Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 10 il ötür.

Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər öldürülüb:

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsalı və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü

10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü.

Yaralananların siyahısı:

1. İsayev Kənan

2. Mustafa Məhəmməd

3. Rüstəmbəyov Faiq

4. Şirəliyev İlkin Azər oğlu

5. Mustafayev Elşən Elbəy oğlu

6. Axundov Rəhman

7. Cəmiyev Elvin Azər oğlu

8. Hüseyinli Zemfira

9. Daas Muavviyyə

10. Seyidəhməd Əmru.
Yediyi yeməkdən zəhərlənərək ölüb – Azərbaycanda















Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.

Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb. Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Xaçmaz rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sayad kəndində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Əlifov Elmar Rəhman oğlu naməlum şəxs tərəfindən döyülüb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya çənə sümüyünün sınığı diaqnozu qoyulub.

 

Bakıda iki taksi sürücüsü arasında dava olub.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

1978-ci il təvəllüdlü Elnur Şahverdiyev digər sürücü (onun ad və soyadı hələ məlum deyil - red) tərəfindən döyülərək qapalı-kəllə bəyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.