Bakının Nərimanov rayonu ərazisində piyadanı avtomobil vurub.
ONA-nın xəbərinə görə, hadisə Xətai prospektində qeydə alınıb.
"Yaşıl bazar"ın yaxınlığında baş vermiş yol qəzasında 1987-ci il təvəllüdlü Cəfərov Əziz Əlizadə oğlu ciddi xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun 1974-cü il təvəllüdlü Uzuntəpə kənd sakini Məmmədov Faiq Məmmədağa oğlu özünü yaşadığı evin həyətində yerləşən tövlədə asıb.
O, dərhal yaxınları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin F.Məmmədov Reanimasiya şöbəsində dünyasını dəyişib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ağstafa rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, yerli sakin elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Ölən şəxsin meyiti tibbi ekspertizaya təhvil verilib. Onun şəxsiyyəti və hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.
Xanımın sonuncu əməliyyatı aprelin 17-si baş tutub. Sonuncu əməliyyatda gənc qızın qanında laxtalanma olmadığından o, çoxlu qan itirib və bu səbəbdən komaya düşüb.
G.Hacıyeva 18-i gecə saatlarında dünyasını dəyişib.