Son xəbərlər

Avtomobil aşdı, sürücü hadisə yerində öldü – FOTO














Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Kür yolu deyilən ərazisində qeydə alınıb.

Sürücü 1970-ci il təvəllüdlü Qurbanov Azər Hidayət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil körpünün kənarındakı məhəccərə çırpılaraq aşıb.

Sürücü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
Avtomobil aşdı, sürücü hadisə yerində öldü – FOTO
Avtomobil aşdı, sürücü hadisə yerində öldü – FOTO
Avtomobil aşdı, sürücü hadisə yerində öldü – FOTO
Cəbhədə gərginlik davam edir















Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.
Yasamalda yaşayış binasında yanğın — Sakinlər təxliyə olunub















Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
"Ölkə.Az" xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ayselə görə ailəsini dağıtdığı deyilən zəngin iş adamından ŞOK AÇIQLAMA – FOTO















13 illik əri Elçin Nəcəfovun müğənni Aysel Əlizadə ilə eşq yaşadığını iddia edən Turanə Nəcəfovanın başı üzərindən qara buludlar çəkilmək bilmir.

Xoşqədəm Hidayətqızı “Səni axtarıram”da böyük qızı Zeynəbi anası Turanədən ayıran Elçinin (“Yetim”) ona dediyi sözləri efirdə açıqlayıb:

“Elçinin pulu var, can sağlığı ilə. Gəlsin ikinci uşağını da aparıb oxutsun. Bir qızını yaxşı saxla, mənə deyir ki, “Mən qızımı hər ay 50-60 minlik bahalı brend markalardan geyindirirəm”. Çox təəssüf! Bəs bu qız kimindir? Qız namusdur. Hər bir kişi namusunu qorumalıdır. Bəlkə bu qız başqasınındır. De biz də bilək, DNA testi olsun”. Milli.Az
Bu gün 25 dərəcə isti olacaq














Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. 

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
Bakıda mənzildən yaşlı kişi meyiti tapılıb














Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1937-ci il təvəllüdlü Abbasov Səfəralı Şəkəralı oğlunun meyitini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.
Fədayə Laçının məhkəməsində tabor komandiri: Düzdür, səhlənkarlığım olub…














Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Elmar Rəhimovun sədirliyi ilə keçirilən prosedə Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev çıxış edib.

İttihamları qəbul etmədiyi deyən B.Abdullayev 21 il nazirlikdə xidmət etdiyini söyləyib. B.Abdullayev bildirib ki, F.Laçının “Qoca” ləqəbli Etibar Məmmədovla görüşməsinə icazə verməyib. O qeyd edib ki, E.Məmmədovla heç vaxt yaxşı münasibəti olmayıb: “Etibar 1998-ci ildə “maloletka”da 3 nəfərlə birləşib, bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kimləsə qanunsuz görüşməsinə, qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi 21 illik namuslu xidmətimi ləkələmərəm. Mən dövlətimizə, komandirlərimə xəyanət etmərəm. Düzdür, səhlənkarlığım olub, öz əməkdaşlarıma inanmışam. Baş verən hadisəyə görə məni bağışlayın”.

Daha sonra söz çıxış üçün dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığını deyib. Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib. (“Trend”)
"Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!"













"Allaha and olsun, işim həll olunmazsa, direktor cəzalasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!"

Bu sözləri Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayeva BAKU.WS-a deyib.

G.Babayevanın açıqlamasında sözügedən məktəbin direktoru Roza Məmmədova tərəfindən haqsızlıqla qarşılaşdığını bildirir:

"Mən - 13 il stajlı coğrafiya müəllimi Babayeva Güləbatun Asif qızı 04.01.2018 tarixdən Abşeron rayonu Xırdalan şəhəri 8 saylı tam orta məktəbdə Təşkilatı məsələlər üzrə direktor müavini işləmişəm. Masazır 4 saylı orta məktəbdə açılan yeni tədris müavini ştatı ilə bağlı 16.01.2019 tarixində ərizə ilə müraciət etmişəm. Müraciətimə əsasən məni 29(b) Əmr ilə işəqəbul etdilər.

Artıq 3 aydır ki, bu məktəbdə işləyirəm. Faktiki iş yerim isə əvvəlki məktəbimdir. 

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova mənim əmrimi səhf tarixdən yazıb. İkinci dəfə mənə əmrin tarixini yeniləmək üçün 2 apreldə ərizə yazdırır. 

Sonra da məndən o biri məktəbdən işdən azad olmağım üçün ərizə yazmağımı tələb edir. Lakin yeni iş yerimdə əmrim yeni tarixlə vermədiyinə görə, yəni doğru-düzgün əmr vermədiyinə görə ərizə yazmaqdan imtina etdim.

İndi də direktor bu məktəbdən getməyim üçün mənə pul təklif edir. Deyir, səni yanımda müavin kimi görmürəm. Səbəbi isə məktəbin bütün maliyyə pozuntularından xəbərdar olmağım və baş verənlərə etiraz etməyimdir.

Direktor müəllimlərin əvəzçilik haqlarını ödəmir. Dərslər sənəd üzərində bir müəllimin adına yazılır, dərsi tamam basqa müəllim keçir, pulu isə direktor alır.

Müraciət etmədiyim qurum qalmayıb. Təhsil Nazirliyinə, Korrupsiya idarəsinə, Prezident Aparatında Fərəh Əliyevaya, Ombudsman Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova şikayət etmişəm. Abşeron rayonu Təhsil şöbəsi Təhsil Nazirliyinin mənimlə bağlı verdiyi tapşırı yerinə yetirmir.

Direktor Roza Məmmədova deyir ki, sən kimsən? Əmri vermirəm, heç Allahdan da qorxmuram. Artıq bezmişəm. Keçən dəfə şagird özünü 3-cu mərtəbədən atmışdısa, bu dəfə də mən atacam. 

Mənim qızım stress keçirir, çünki məni qızımın yanında təhqir edir. Məni işlədiyim məktəbdə qapını üzümə bağlayıb, içəri girməyə qoymur". 

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova G.Babayevanın ittihamlarını qəbul etmədi:

"Mən əmr verməyə qadir deyiləm. Əmr verilir, mən də icra edirəm. Regional Təhsil İdarəsi əmr verdikdən sonra mən onu işə götürə bilərəm. Regional İdarə icazə vermədikdən sonra mən onun bizim məktəbdə işləməsinə icazə verə bilmirəm.

Gülabatın Babayeva bizim məktəbə dərs hissə müdiri kimi təcrübə mübadiləsinə göndərilib. Biz mart ayının 1-dən onun əmrini verməyi nəzərdə tutmuşduq, amma Regional İdarə əmr vermədi. Çünki özünü doğrultmadı. G.Babayevanın əlindəki saxtadır, özü düzəldib. Mən ona əmr verməmişəm. 

O insanda ağıl çatışmazlığı var ki, intihar barədə düşünür. İntihar edənlərin ağılı düz olur? Onun psixoloji durumu yerində deyil!""Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!"
Daha bir gənc qız özünü binadan atdı – Video













Yasamalda intihar hadisəsi baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Qeyd olunur ki, Şərifzadə 30 ünvanında 9-cu mərtəbədən gənc qız özünü atıb. O aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hələlik intiharın səbəbi müəyyən edilməyib. Faktla bağlı araşdırma aparır.

Buta.media
<iframe src='https://bax.tv/player/60005.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>