Son xəbərlər

İntihar edən Elinanın məktubu üzə çıxdı – Mətn














Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin.

Buta.media xəbər verir verir ki, Elinanın xalası qızı Diana Hacıyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu sözləri dəftərinin bir küncünə aprelin 4-də 162 saylı məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyeva yazıb.

Diana Hacıyeva bildirib ki, o onunla eyni sinifdə oxuyub:

“59 saylı məktəbdə Cahad adında oğlanla Elina ölməmişdən iki ay əvvəl tanış olmuşdular. Bir dəfə oğlan Elinanı çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları güddüm, gördüm ki, oğlanın əlində bükülü var, açdı, Elinaya göstərdi, təklif elədi. Elina oğlanı itələyib mənə tərəf qaçdı, dedi, burdan tez gedək, o, mənə marixuana vermək istəyir.

O oğlan Elinaya demişdi ki, “tramal” dərmanı içir. Marixuana söhbətindən sonra ayrıldılar. Ancaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb.

Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mənsə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik.

Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir”.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
Bakıda gəlin qayınanasını döyüb















Bakının Nizami rayonunda ailə məişət zəmnində 60 yaşlı qadın döyülüb

ONA-nın xəbərinə görə, hadisə Bəkir Çobanzadə küçəsi 65 ünvanında baş verib.

Belə ki, 60 yaşlı İsayeva Sara Abbas qızı evdə gəlini ilə mübahisə edib. Nəticədə gəlin qayınanasını döyüb.

S. İsayeva kəllə-beyin travması ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Fakt Nizami Rayon Polisi tərəfindən araşdırılır
Azərbaycanlı səfirin saatı hava limanında oğurlanıb















Minsk Milli Hava Limanında Azərbaycanın Qazaxıstandakı səfirinin saatının oğurlanması ilə bağlı məlumat yayılıb.

Hadisə martın 17-də baş verib. Belə ki, diplomat saatını biznes-zalda unudub. Bunu görən 37 yaşlı Ukrayna vətəndaşı isə saatı oğurlayıb.

Cinayət-axtarış Şöbəsinin əməkdaşları oğurluq faktı ilə bağlı şikayət ərizəsindən sonra Ukrayna vətəndaşının şəxsiyyətini müəyyən edərək oğurlanmış saatı geri qaytarıb. Həmin şəxs barəsində isə Belarus Respublikasının CM-nin 205-ci maddəsinin 1-ci bəndi üzrə (oğurluq) cinayət işi açılıb.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov daxili işlər naziri İqor Şuneviçə məktub yollayaraq oğrunun tapılmasında göstərilən köməyə, diqqət və anlayışa görə təşəkkürünü bildirib.

Əvvəlcə bu hadisənin Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun başına gəldiyi ilə bağlı məlumat yayılsa da, sonradan məsələyə aydınlıq gətirilib. Qazaxıstandakı səfirlikdən “Qafqazinfo”ya bildirilib ki, olayın Rəşad Məmmədovla əlaqəsi yoxdur və o, həmin vaxt Belarusda səfərdə olmayıb.

Xatırladaq ki, hazırda ölkəmizi Belarusda təmsil edən səfir Lətif Qəndilov illər əvvəl Azərbaycanın Qazaxıstanda səfiri olub.
 Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıb














Dünən axşam saatlarında Ucarda torpaq uçqunu olub.

Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı “Azərsu” ASC-nin 2 əməkdaşı xəsarət alıb.

Bunu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur: “Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müayinə olunur”.

ONA yazır ki, ümumilikdə, 4 nəfər uçqun altında qalıb. Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Elinanın intihar anı yayıldı – Şok video














Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin görüntüləri yayımlanıb.

Buta.media-nın məlumatına görə, videoda məktəbli Elina Hacıyeva darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır.



Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
Hacı Nuran şəkillə bağlı ittihamlara cavab verdi














Aparıcı Hacı Nuran Hüseynovun Azərbaycanın 10 milyonuncu vətəndaşı ilə çəkildiyi deyilən şəkli müzakirələrə səbəb olub. Fotodakı körpənin həmin qız uşağı olmadığı ortaya çıxıb.

Minval.info xəbər verir ki, məsələ ilə bağlı axşam.az-a danışan Hacı Nuran bunları deyib:

“Yazmamışam ki, uşaq həmin uşaqdır. Bir günlük uşaq necə o boyda ola bilər? Sevinə-sevinə paylaşırdım. Əvvəlcədən məndən soruşmadılar ki, şəkil çəkdirdiyin həmin qızdır? Yazdılar, sonra da dedilər ki, camaatı aldatmısan”.
Şagirdin intihar etdiyi məktəbin direktoru işdən çıxarıldı














Səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə gündəmə gələn Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru Abbasova Sevinc Kamil qızı işdən çıxarılıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Buna səbəb baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurətdir.

Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.
Bakıda gecə klubunda biabırçılıq – Qız çılpaq rəqs etdi (18+ VİDEO)















Bakıda gecə klublarının sayı durmadan artır.

Amma bu artımla yanaşı, belə məkanların müştəri cəlb etmək üçün atdıqları addımlar bəzən sərhədləri aşır. “Minval.İnfo” xəbər verir ki, Bakının mərkəzi küçələrindən birində yerləşən “Boss” klub da belə bir addım atıb.

Belə ki, saytımıza özəl olaraq göndərilən görüntülərdə yarıçılpaq rəqqasənin gecə klubunda rəqs etdiyi və müştəriləri əyləndiyi əks olunub. Ərəb turistlərin d’ baş çəkdiyi məkanda oxşar erotik rəqslərin tez-tez təşkil edildiyi də bildirilir.

Qeyd edək ki, Bakıda belə fəaliyyət göstərən klubların sayı durmadan artır. Onların böyük hissəsi qapadılsa da, əyləncə adı ilə oxşar rəqslər həyata keçirib, turist cəlb edənlər az deyil.

Onların bəzilərində yüngül həyat tərzi keçirən qadınlar müştəri “ovuna” çıxır. Məkan sahibləri də buna şərait yaradır.

Bəhs eyditimiz görüntüləri sizlərə təqdim edirik:

Bir daha qeyd edirik ki, videoda olan görüntülər yaş məhdudiyyətlidir.<iframe src='https://bax.tv/player/59328.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Bu günün HAVASI














Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yelərdə zəif duman. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.