Son xəbərlər

Çılpaq videoya görə 5 nəfər saxlanıldı – Qızlar da…















Dünəndən 3 qızın çılpaq videosunun yayılması ilə bağlı ölkə gündəminə çevrilən xəbər hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq hadisənin bütün iştirakçıları saxlanılıb. Belə ki, videoda yer alan 2 kişi və 3 qadın Nəsimi rayon Polis İdarəsinə gətirilib.

Eyni zamanda, videoda göstərilən avtomobil də cərimə meydançasına aparılıb. Hadisənin doğurduğu rezonans Daxili İşlər Nazirliyinin rəhbərliyinin müdaxiləsinə də səbəb olub. Həmin şəxslərin elə dünən saxlanılması ilə bağlı qərar verilib. Hazırda hadisə araşdırılır.

Bu arada videonu çəkib yayanların naməlum şəxslər tərəfindən döyüldüyünü və üzündən ciddi xəsarət aldığını əks etdirən foto da mətbuat da yer alıb. Həmçinin, avtomobilin cərimə meydançasına aparıldığını göstərən və onun sənədləri ilə bağlı faktlar da mərbuatda dərc olunub.

Mövzu ilə bağlı bu saatlarda DİN-in rəsmi açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, dünən ilkin olaraq votsap vasitəsi ilə yayılan və bir gün ərzində bütün ölkədə müzakirə olunan görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür.
Yardımlıda polis zabiti həlak oldu – Foto














Yardımlı rayonunda polis zabiti xidməti ərazisində xidmətdə olarkən, bədbəxt hadisə nətincəsində dünyasını dəyişib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında rayonun ən ucqar dağ kəndlərindən biri olan Osnəkəran kəndində baş verib.

Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant, 1988-ci il təvəllüdlü Şahin Nəsirov 10 AP 928 dövlət qeydiyyat nömrə nişanlı “Chevrolet” markalı avtomobil ilə xidməti ərazisində qəzaya uğrayıb. Onun idarə etdiyi xidməti avtomobil idarəetməni itirərək dərəyə yuvarlanıb.

Yol-nəqliyyat hadisəsinə səbəb kimi həmin yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Nəticədə avtomobildə tək olan Şahin Nəsirov aldığı ağır xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Yardımlıda polis zabiti həlak oldu – Foto
Bakıda tanınmış dindar ailədə faciə: qardaşı Hacı Kamranı öldürdü – Foto















Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

ONA-nın məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Musavat.com bildirir ki, sözügedən şəxslər tanınmış dindar, eyni zamanda Azərbaycan İslam Partiyası sədrinin sabiq müavini olmuş Hacı Mehdinin qardaşlarıdır. Hacı Kamran özü də dini çevrələrdə tanınan sima idi.
Yol qəzaları nə zaman baş verir və niyə? – MÜNASİBƏT















Türkiyədə aparılan araşdırmalara görə, qəzalar daha çox yay aylarında, həftənin çərşənbə axşamı, saat 17.00-18.00 radələrində baş verir. Müşahidələrə görə, qəzalara daha çox sürət həddi səbəb olur. Manevr qaydalarının pozulması, qəzada ölüm səbəbi araşdırılarkən təhlükəsizlik kəmərinin taxılmaması, sükan arxasında mobil telefondan istifadə edilməsi, diqqəti yayındıran söhbətlərin edilməsi, qəzalara səbəb olan amillər arasındadır.

Maraqlıdır, Azərbaycanda bununla bağlı vəziyyət necədir?

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda yol-nəqliyyat hadisələri, əsasən, həftənin şənbə və bazar günləri, saat 20:00-dan 24:00-a qədər baş verir.

O qeyd edib ki, 2018-ci il ərzində yol qəzaları, əsasən Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, şəhər şosesi, Zığ şosesi, Buzovna, Maştağa yolu, kənar dairəvi yollarda baş verib.

V.Əsədovun sözlərinə görə, ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.

Nəqliyyat eksperti Elməddin Muradlı isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, avtomobil qəzaları daha çox həftənin iş günləri Bakı şəhərində, bazar günləri isə bölgələrdə baş verir. Bu qəzalar da sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin iştirakı ilə baş verən qəzalardır.

E.Muradlının sözlərinə görə, avtomobil qəzaları günün səhər və axşam saatlarında, yəni daha çox pik saatlarda baş verir: “Bu saatlarda daha çox sıxlıq olduğu üçün sürücülərdə aqressiya, psixi gərginlik yaranır və əksər sürücülər qayda pozmağa meyllənirlər. Bu da çox zaman avtomobil qəzaları ilə nəticələnir”.

O qeyd edib ki, əksər qəzalar Moskva, Qara Qarayev, Nobel və Heydər Əliyev prospektlərində baş verir. Prospektlərin əksəriyyətində, xüsusən də kənar dairəvi yolda sürət həddi yüksək olduğu üçün qəzaların ağırlıq dərəcəsi də yüksək olur.

“Çox zaman da qəzalar ölümlə nəticələnir. Keçən il imzalanan “Yol hərəkətinin təhlükəsizliyinə dair” dövlət proqramına əsasən, həmin ərazidə baş verən qəzaların səbəbləri araşdırılmalı və ona dair adekvat addımlar atılmalıdır. Çünki söhbət insan həyatından gedir. Hər bir qəza ocağının müayinəsi aparılmalı, nəticəsi də cəmiyyətə açıqlanmalıdır. Bununla bağlı maarifləndirmə, təbliğat işləri aparılmalıdır ki, sürücülər qəzaların baş vermə səbəbini bilsin” – Muradlı deyib.

Psixoloq Fərqanə Mehmanqızı da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobil qəzalarına daha çox diqqətsizlik, sərxoş halda avtomobil idarəetmə, sürət həddi, yol hərəkəti və digər psixoloji pozuntular da səbəb ola bilər: “Avtomobil idarə etməyə bədənlə yanaşı ruh da hazır olmalıdır. Yuxusuz, yorğun halda avtomobil idarəetmə diqqətin dağılmasına səbəb olur və bu da güclü qəzaların baş verməsi ilə nəticələnir”.

Psixoloq qeyd edib ki, qəzalar daha çox 31-35 yaşlı şəxslər tərəfindən törədilir: “Çünki bu yaşlarda insanların ailəvi problemləri daha çox olur. Və yollarda qarşılaşdıqları problemlərə qarşı daha aqressiv olurlar. Bundan əlavə, yorğunluq, fikrin başqa yerdə olması, diqqətsizlik yol qəzalarına səbəb ola bilər”.

Psixoloq, həmçinin deyib ki, bəzi qəzalar uzun yollarda daha çox baş verir: “Çünki yollarda çəkilmiş xətlər insanları hipnoz edir, sürücülər sürət həddini itirir və qəza baş verir. Bu kimi hallar daha çox axşam saatlarında baş verir”.
Azərbaycanda bacısının şəklini sosial şəbəkədə görən gənc dəliyə döndü – TƏFƏRRÜAT














Qusar rayonunda cinayət törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elnur Abdullayev 11 iyul 2018-ci il tarixdə sosial şəbəkədə əvvəllər tanıdığı həmyerlisi Mühür Mühürovun onun bacısı Diana ilə birlikdə çəkdirdiyi şəkli görüb.

O, həmin gün gecə saat 3 radələrində Mühür Mühürovu Qusar rayonunda olan evinin qarşısına görüşə çağırıb. Görüş zamanı Mühürdən bacısı Diana ilə münasibətləri kəsməyi tələb edib.

Mühür isə Diana ilə bir-birlərini sevdiklərini və münasibətlərini kəsməyəcəyini bildirib. Onların aralarında mübahisə yaranıb. Elnur üstündəki bıçaqla Mühür Mühürovun qarın nahiyəsinə zərbə vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən şəxs isə həbs edilib.

İstintaq orqanı tərəfindən Elnur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elnur Abdullayev apelyasiya şikayəti verib və barəsində şərti cəza istəyib.

Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi kollegiyada baxılıb.

Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib, Elnur Abdullayevin cəzası 8 aya endirilib.

Elnur Abdullayevin cəzasının əvvəli 2018-ci il iyulun 12-dən hesablanıb. Belə olan halda o, cəzasını başa çatmış hesab olunub və cəza çəkmə yerindən azadlığa buraxılıb.

Məhkəmənin Elnur Abdullayevə ağır cinayət törətməsinə baxmayaraq güzəşt etməsinə səbəb işdə şikayətçinin olmaması olub.

Elnur Abdullayev həbsdə olduğu müddətdə Diana ilə ailə qurub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin sabiq vəzifəli şəxslərinin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüsalə Məlikova ifadə verib.

Şahid bildirib ki, təqsirləndirilən şəxslərdən şikayəti yoxdur: "Mən xəstə adamam. Evdə oturanda zəng gəldi. Dedilər ki, prokurorluqdandır. Təcili Bakıya gəlməyimi istədilər. Mən epilepsiya xəstəsiyəm. Həyəcanlandım, soruşdum ki, nə məsələdir? Dedilər ki, gələndə öyrənəcəksən. Qorxa-qorxa getdim. Bildirdilər ki, guya mənə sosial yardım yazanda ilk ayların pulunu Vidadigil alıblar. Amma mən belə ifadə verməmişəm. Sonra məni Kürdəxanıdakı həbsxanaya apardılar ki, üzləşdirsinlər. Mən xəstə olduğum üçün getmək istəmədim. Sonra məni bir də çağırıb dedilər ki, gəl ifadəni dəyiş. Mən də razılaşmadım. İfadəni özüm yazmamışam, oxumadan imzalamışam. Latın əlifbasında yaza bilmirəm. Onlar yazdı, mən də imzaladım. Mən epilepsiya xəstəsiyəm və yaddaşımda problem var. Evdə uşağın adını xatırlaya bilmirəm. Dəfələrlə evdən çıxıb gedəndə yolda yaddaşım itib. Nə üçün, hara getdiyimi bilmirdim. Zəng edib anamdan soruşurdum ki, mən hara gedim?".

Suallara cavab verən Vüsalə Məlikova qeyd edib ki, indi yox, amma illər əvvəl təqsirləndirilənlərdən Vidadi Eyvazovdan şikayət edib:

"Sənədlərimi vermişdim. Amma sosial yardım ala bilmirdim. Mən də gedib müdirinə şikayət elədim. O da Vidadini çağırıb işi tezləşdirməsini istədi".

Təqsirləndirilən Vidadi Eyvazov ifadənin bu hissəsini təsdiqləyib, bildirib ki, sənədlərdə problem olduğu üçün yardımın verilməsi gecikib.

Vüsalə Məlikova suallara cavabında qeyd edib ki, Vidadi Eyvazova pul verməyib, amma başqa şəxslərin pulla sosial yardım aldıqlarından xəbərdardır: "Bunu hamı bilir. Çox adam pul verib yardım düzəltdirib. Pul verməyəndə sənədləri gecikdirirdilər. Amma Vidadi şəxsən məndən pul istəməyib. Mənim yanımda da heç kim Vidadiyə pul verməyib".

Hakim şahidin istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildirib.

Bu səbəbdən də onun ifadəsi elan edilib. Vüsalə Məlikova həmin ifadəsində Vidadi Eyvazova müraciət etdiyini, sosial yardım istədiyini deyib. Həmin ifadəsində qeyd edib ki, Vidadi Eyvazov sosial yardım düzəltmək üçün ondan 400 manat istəyib, amma pulu olmadığı üçün sosial yardım düzələndən sonra ona veriləcək ilk 4 ayın pulunu ona verib.

Vüsalə Məlikova bu ifadə ilə razılaşmadığını, məhkəmədə dediklərini təsdiqlədiyini söyləyib.

Məhkəmədə şahid qismində Tofiq Məhərrəmov da ifadə verib.

Şahid deyib ki, anasına təqaüd düzəltmək üçün Elnur Quliyevə müraciət edib:

"Mənə hansı sənədlərin lazım olduğunu dedi. Əvvəlcədən özüm ona söz vermişdim ki, iş həll olunsa, ona şirinlik verəcəm. Bir müddət keçəndən sonra Elnur zəng elədi ki, sənədlər hazırdır və bankdan kartı götürmək lazımdır. Bildirdi ki, kartı götürəndən sonra anamla birlikdə onun yanında gedək. Kartı aktivləşdirmək üçün anamın imzasına ehtiyac olduğunu dedi. Amma sonra bildim ki, kart aktiv imiş. Bir neçə gün sonra kartı gəlib götürməyimizi istədi. Kartı götürəndə dedi ki, söz verdiyi şirinliyi artıq kartdan çıxarıb. Mən nə qədər götürdüyünü soruşdum. Dedi ki, 600 manat götürüb. Mən də dedim ki, 600 manat şirinlik çoxdur. 50-100 manat nəzərdə tutmuşdum. Puldan sadəcə 100 manatını qaytara biləcəyini dedi. Buna görə də mən şikayət elədim. Prokurorluğa zəng edib bu barədə bildirim. Mənim üzərimə kamera bağlayıb Elnurla görüşməyii istədilər. Elnurdan qaytara bildiyi 100 manatı aldım, aramızda danışıq oldu. Prokurorluq əməkdaşları 100 manatı məndən alıb yola saldılar. Sonra bildim ki, Elnur həbs edilib. Mən belə olacağını bilmirdim. Düşünürdüm ki, yəqin ki, çağırıb xəbərdarlıq edərlər".

Suallara cavab verən şahid 600 manatının geri qaytarılmadığını deyib.

Xatırladaq ki, hər iki şəxsin həbsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.

Məlumaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.

E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həbs edilən işlər özlərini təqsirli bilmirlər.

Sabahın hava proqnozu













Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan “MİNVAL”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 6-9, Bakıda gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.
Bakıda ana 25 yaşlı qızını qızını axtarır – Bayramdan sonra…















Bakıda daha bir qadın itkin düşüb.

Trend bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Xətai rayonu, M.Hadi küçəsi, ev 106, mənzil 13-də yaşayan 1967-ci il təvəllüdlü Sahibə Xəlil qızı Rəhimova polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 1994-cü il təvəllüdlü Aysel Yaşar qızı Rəhimova martın 25-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.
Tovuzda iyrənc hadisə — 47 yaşlı kişi hazırlıqdan gələn 11 yaşlı qıza...















Tovuz rayonunda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Mehrəliyev Rafiq Vaqif oğluun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası aprel ayının 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində baş verib. İki qız məktəbdənkənar hazırlıq kursundan evə qayıdarkən ətrafda heç kimin olmamasından istifadə edən 47 yaşlı Raqif Mehralıyev sərxoş vəziyyətdə qızlara hücum edib. O, əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M.-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamağa cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.
Kürək, ayaq və qollarından sıyrıq və əzik xəsarətləri alan yeniyetmə isə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. 

Rafiq Mehralıyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hadisələri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Bakıda “Bakubus” qəzaya düşdü: Sərnişinlər xəstəxnaya yerləşdirildi














Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.

Metronun Gənclik stansiyasının yaxınlığında BakuBus MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu “Mercedes” markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişinlər – 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.