Son xəbərlər

Kamil Zeynallının apellyasiya şikayətinə baxılıb














Bu gün Bakı Apellyasiya Məhkəməsində idmançı Kamil Zeynallının barəsində olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə “Report”a onun vəkili Aygül Rəfiyeva məlumat verib.

Onun sözlərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, K.Zeynallının apellyasiya şikayəti təmin edilməyib.

Vəkil məhkəmənin qərarına hörmətlə yanaşdıqlarını bildirib.

Xatırladaq ki, qərara əsasən, K.Zeynallı Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlədib. Bu zaman ərazidə olan Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları onu saxlayıblar.

K.Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

Nərimanov Rayon Məhkəməsi ona 10 sutkalıq həbs verib.
Həbsdə olan Fədayə Laçının fotosu yayılıb – FOTO















Həbsdə olan müğənni Fədayə Laçının fotosu yayılıb. 

Hazırda Bakı Apellyasiya Məhkəməsində cinayət işi araşdırılan müğənninin məhkəmə zalında çəkilmiş fotosunu ONA əldə edib.

Qeyd edək ki, F. Laçın xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Laçın 5 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan müğənni Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Hazırda F. Laçın və onunla birlikdə həbs olunan digər şəxslərin apellyasiya şikayətinə baxılır.

Həbsdə olan Fədayə Laçının fotosu yayılıb – FOTO

Bakının 7-ci mikrorayonunda qaz sızması nəticəsində yanğın baş verib.

ONA-nın hadisə yerində olan əməkdaşlarının xəbərinə görə, yanğın Abay Kunanbayev küçəsi 18 A ünvanında baş verib.

Binanın blokunda qaz sayğacından qaz sızıb. Elektrik xətləri qaz sayğacına yaxın yerləşdiyindən qızıb və sızan qaz alovlanmağa başlayıb. Nəticədə binanın blokundakı elektrik xətləri yanıb.

Əraziyə FHN-nin yanğınsöndürmə xidmətinin 4 texnikası və canlı briqadası cəlb edilib. Onlar alovun qarşısını almağa müvəffəq olublar.

Binanın sakinləri təxliyə edilib, elektrik və qazın verilişi dayandırılıb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində elektrik şiti, 5 paqometr elektrik xətti və bir qaz sayğacı yanıb.

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb. REAL-ın məlumatına görə, onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bakıda 7 tələbə dönərdən zəhərləndi














Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Virtualaz.org-a daxil olan məlumatda onların universitet tələbələri olduğu bildirilib. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.
Azərbaycanda tornado ola bilərmi? – Rəsmi MÜNASİBƏT














Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bəzən bu fırtınalar və nəhəng dalğalar böyük itki və insan tələfatı ilə nəticələnə bilər: “Öz diametri ilə mülayim enliklərdə olan siklonlardan kiçik olsalar da, onlar daha böyük dağıdıcı qüvvəyə malikdirlər. Tropik siklonlar evləri, tikililəri, körpüləri dağıda, ağacları kökündən qopara bilir. Dünyada orta hesabla il ərzində 70-ə yaxın belə hadisə baş verir. Son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. 19 000 nəfər Hondurasda, Nikaraquada və Salvadorda bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər adam evsiz qalıb. Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı. Smerclərdən (tornado) fərqli olaraq fırtınalar, qasırğalar daha “uzunömürlü” hərəkətli olur. Smerclərin əhatə dairəsi daha məhdud olsa da onların şiddəti bəzən daha çox olur. Smerclərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur”.

U.Tağıyeva deyib ki, bu cür tornadolar Azərbaycan üçün səciyyəvi deyil: “1989-cu ildə Banqladeşdə baş verən smerc hadisəsi şiddətliliyinə görə Ginnesin rekordlar kitabına daxil edilib. Hadisə zamanı 1300 nəfər həlak olub. 1931-ci ildə Missisipidə isə tornado uzunluğu 43 metr olan 83 tonluq qatarı havaya qaldırıb. Tropik siklonlar ifrat təhlükəli hadisələr kateqoriyasına aid olsalar da, onların trayektoriyası və intensivliyi barədə qabaqcadan xəbərdarlıq vermək mümkündür. Lakin tornado smerc hadisələrinin yaranmasına dair yalnız bir neçə dəqiqə əvvəlcədən xəbər vermək olur. Coğrafi mövqeyimizi, iqlim şəraitini və digər amilləri nəzərə alaraq demək olar ki, bu kimi sinoptik proseslər bizim region üçün səciyyəvi deyil. Aylıq proqnozda göstərilən kimi, bu il mart ayı küləkli keçəcək. Belə ki, mart ayının 14-dən 15-i günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-28 m/s-dək güclənəcək. Mart ayının 14-də havanın temperaturu 5-8 dərəcə aşağı enəcək”.

Şəmkirdə piyadaların vurulması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

ONA-nın qərb bürosunun məlumatına görə, vurulan piyadalar 77 yaşlı Çingiz Hacıyev və onun həyat yoldaşı 68 yaşlı Çinarə Heydərovadır. Həmin vaxt "Mercedes" markalı avtomobili Şəmkir rayonunun Sarıtəpə kənd sakini 37 yaşlı Əzəlxan Xəlilov idarə edirmiş.

***

Şəmkirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistral yolunun rayonun Sabir kəndindən keçən hissəsində qeydə alınıb. Hələ ki adları məlum olmayan 2 piyada yolu keçmək istəyərkən "Mercedes" markalı minik maşını onları vurub.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılr.

İki qonşusunu öldürən ömürlük məhkum həbsxanada evləndi — Azərbaycanda















İki nəfər qonşusunu öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən Strelyayev Serqey Aleksandroviç cəzasının yüngülləşdirilməsi üçün Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək baxış iclası aprel ayının 3-nə təyin olunub.

O, ömürlük azadlıqdan məhrumetmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyir.

Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirməkdə təqsirli bilinib və ömürlük həbs cəzasına məhkum edilib. Şair olan S.Strelyayevin həbsxanada bir neçə kitab yazıb. 
O, 2013-cü ildə isə həbsxanada Lüdmila Oleynikova ilə evlənib.

S.Strelyayev L.Oleynikova ilə 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Oleynikova evlənmək təklifi edib.

Onların bu nikahdan bir övladı var
Bu gün yağış yağacaq















Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Martın 13-dən 14-nə keçən gecə bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabaha hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 6-9 dərəcə isti təşkil edəcək.
Bu qulaqcıqlar xərçəng riskini artırır














ABŞ-ın "Apple" korporasiyası 2018-ci ildə 29 milyon simsiz "AirPods" qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır.
AZƏRTAC bildirir ki, bu barədə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətdə deyilir ki, radiotezlikli radiasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən "Bluetooth", "Wi-Fi", müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünki onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radiasiya ötürür.

Doğrudur, bu barədə yekdil fikir yoxdur, lakin radiotezlikli radiasiyanın heyvanlara təsirini öyrənən tədqiqatlar təsdiq edib ki, bu qurğular xərçəng törədə bilər. Lakin kanserogen sayılan radiasiya səviyyəsi bəzi hallarda tənzimləyici orqanların yol verdiyi maksimum həddən xeyli aşağı olub.
Xatırladaq ki, simsiz qulaqlıqlar smartfona zəif dalğaların ötürülməsi üçün elektromaqnit enerjisindən istifadə edən simsiz texnologiya - "Bluetooth" sistemi vasitəsilə qoşulur. "Bluetooth" zəif radiodalğalar əsasında işləyir. Lakin radiodalğaların aşkar riski bundan ibarətdir ki, onların səviyyəsi yüksək olanda yanıqlar törədir. Alimlər zəif radiodalğaların insan orqanizminə uzun müddət necə təsir göstərdiyini aydınlaşdırmağa çalışırlar.