Bir neçə nəfərə qarşı dələduzluq edən qadın hakim qarşısına çıxarılıb. Atası alim olan həmin qadın özünü DTX işçisi və fond rəhbəri kimi təqdim edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Mirzəyeva Sevinc Faiq qızının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən S.Mirzəyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sevinc Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
O, zərərçəkmişlərə Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradıldığını və fonda rəhbər təyin edildiyini söyləyib.
İttihama görə, Mirzəyeva zərərçəkmişlərdən onlara əlillər üçün tikilən binadan ev verdirəcəyini, təqaüdə çıxaracağını vəd edib və bu məqsədlə onlardan pul alıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Nəsimi rayonunda intihara cəhd hadisəsi baş verib.
ONA-nın xəbərinə görə, 4-cü mikrorayonda M.Cəlal Paşayev küçəsində yaşayan 1990-ci il təvəllüdlü Ə.Rüstəmova özünü yaşadığı evin yataq otağında asıb. Bundan xəbər tutan anası onu xilas edib.
Qız boğulmuş vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilib.
Fakt Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırılır.
Bakıda vətəndaş nikahında yaşayan kişi və qadının meyiti tapılıb.
Bu barədə Oxu.Az-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar bağları” adlanan ərazidə qeydə alınıb.
Sözügedən ərazidə kirayədə yaşayan 1986-cı il təvəllüdlü Həbib Mehman oğlu Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Vidadi qızı Əzimovanın meyiti hamamda aşkarlanıb. Onların dəm qazından boğulduğu ehtima edilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Gürcüstan ordusunun azərbaycanlı əsgəri Kazım Qəhrəmanovun döyülməsi faktı ilə bağlı istintaq aparılır.
> >Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili jurnalistlərə bildirib.
> >O deyib ki, ilkin araşdırmalara əsasən, əsgərdən pulun tələb olunması faktı təsdiqini tapmayıb: “Əsgərin adını çəkdiyi serjant ittihamları qətiyyətlə rədd edir. Bütün lazımi istintaq tədbirləri artıq həyata keçirilir. Təəssüf ki, əsgər Marneulidə xəstəxanada olduğundan onu hələ dindirmək mümkün olmayıb. Əgər ittihamlar təsdiqini tapsa, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq”.
> >Qeyd edək ki, K.Qəhrəmanov Krtsanisi hərbi hissəsində martın 9-da serjantın gözü qarşısında döyüldüyünü iddia edib. Əsgərin sözlərinə görə, döyülməsinə ondan pulun tələb olunmasına etiraz etməsi səbəb olub.
>