Son xəbərlər

Gürcüstan ordusunun azərbaycanlı əsgəri Kazım Qəhrəmanovun döyülməsi faktı ilə bağlı istintaq aparılır.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili jurnalistlərə bildirib.

O deyib ki, ilkin araşdırmalara əsasən, əsgərdən pulun tələb olunması faktı təsdiqini tapmayıb: “Əsgərin adını çəkdiyi serjant ittihamları qətiyyətlə rədd edir. Bütün lazımi istintaq tədbirləri artıq həyata keçirilir. Təəssüf ki, əsgər Marneulidə xəstəxanada olduğundan onu hələ dindirmək mümkün olmayıb. Əgər ittihamlar təsdiqini tapsa, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq”.

Qeyd edək ki, K.Qəhrəmanov Krtsanisi hərbi hissəsində martın 9-da serjantın gözü qarşısında döyüldüyünü iddia edib. Əsgərin sözlərinə görə, döyülməsinə ondan pulun tələb olunmasına etiraz etməsi səbəb olub.  

Rusiyada azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında atışma olub – VİDEO















Volqoqrad yaxınlığındakı Frolovo şəhərində azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında kütləvi dava olub. Dava zamanı bir nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə “Bloknot Volqoqrada” portalı xəbər yayıb.

Məlumata əsasən, silahlı insidentə dağıstanlılar səbəb olublar.

Onlar Frolovo şəhərində azərbaycanlı və ermənilərdən ibarət ailəyə məxsus mağazaya giriblər.

Münaqişə öncə iqtisadi xarakter daşıyıb. İlk atəşi dağıstanlılar açıb. Atəş nəticəsində mağaza sahiblərindən biri, milliyyətcə erməni olan E. ölüb. 3 nəfərin yaralandığı bildirilir. Onlardan ikisi dağıstanlı, biri isə zərərçəkən ailənin nümayəndəsidir.

Polis atışmada iştirak etmiş 4 Dağıstan vətəndaşını saxlayıb.
Əri hədiyyə almadığı üçün özünü bıçaqlayan qadından XƏBƏR VAR















F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb. İntihara cəhd edən qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Alim Məmmədov Unikal.org-a bildirib ki, Konstatinova Svetlana Nikolayna hazırda xəstəxananın reanimasiya şöbəsindədir:

“Qadın qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Onun qarın boşluğu, bağırsağı və piyliyi zədələnmişdi. 48 yaşlı qadınının sadalanan orqanları tikiş qoyuldu. Hazırda reanimasiya şöbəsindədir. Ona bütün zəruri tibbi yardım göstərilir”.

A.Məmmədov qeyd edib ki, əməliyyat olunan qadının mübahisə etdiyi həyat yoldaşı xəstəxanaya gəlməyib. Xəstəxanada Svetlana Nikolaynanın oğlu ancaq onun yanında olub.

Qeyd edək ki, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna cərrahi əməliyyat olunduqdan sonra polislərə verdiyi ilkin izahatında bildirib ki, həyat yoldaşı ABŞ vətəndaşıdır. Həmişə xüsusi bayramlarda ona qayğı və diqqət göstərib. Lakin bu gün əri ona heç bir hədiyyə almadığından özünü bıçaqlayıb.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.
 Mingəçevirdə 18 yaşlı qız 5-ci mərtəbədən yıxılıb sağ qaldı – Deputat təfərrüatı yazdı















Millət vəkili Aydın Mirzəzadə Mingəçevirdə 18 yaşlı qızın beşinci mərtəbədən yıxılması ilə bağlı yayılan xəbərin təfərrüatlarını yazıb.

Bu barədə facebook hesabında məlumat verən deputat bildirib ki, Mingəçevir səhiyyəsinin rəhbərinə zəng edərək qızın səhhəti ilə maraqlanıb:

“Ehtiyatsızlıqdan yıxılan qız aşağı mərtəbələrin eyvanlarındakı sərgi iplərinə dəydiyi üçün az zədə alıb. Başı və onurğa sümüyü ağır zədələnməyib, qolları sınıb və bədənində zədələri var. Vəziyyəti stabildir.

Qız tam səhiyyə hesabına müalicə alır. Bakıda lazımi tibb professorları ilə məsləhətlər aparılıb. Ciddi ehiyac yaranarsa vəziyyətə uyğun olaraq ya şəhərə Bakıdan təcrübəli mütəxəssis çağrılacaq, ya da Bakıya göndəriləcək.

Telefon nömrələrini taparaq qızın atası, nənəsi və qayınanası ilə danışdım. İstənilən vaxt mənə zəng etmələrini xahiş etdim. Sağalandan sonra qızın toyuna ya özüm gələcəyimi, ya da hədiyyə göndərəcəyimi bildirdim”.

Qeyd edək ki, mətbuatda gənc qızın nişanlı olduğu, yaxın vaxtlarda toyunun olacağı yazılır.

Hacı Məmmədovun qəbrə apardığı sirlər – “Qara kəmər” əməliyyatından 14 il keçdi















Məşhur “Qara kəmər” əməliyyatından 14 il ötdü. 2005-ci il martın 10-da MTN-in (ləğv edilib) keçirdiyi əməliyyat nəticəsində Hacı Məmmədov və onun bandası ifşa olundu. Hacı Məmmədov törətdiyi cinayətlərə görə ömürlük həbsə məhkum olunmuş şəxs kimi Qobustan həbsxanasına göndərilmədi.

O, 10 il qanunsuz olaraq MTN-in istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vərəmli məhkumlar üçün cəzaçəkmə müəssisəsinə köçürüldü və 2017-ci ilin dekabrında orada asılmış meyiti aşkar olundu. Hacı Məmmədovun belə bir ölümlə həyatdan gedəcəyi gözləntiləri “Qara kəmər”dən sonra baş verənləri izləyənlərdə vardı.

“Qara kəmər” əməliyyatı (10 mart 2005-ci il) “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun evinin kandarında öldürülməsindən (2 mart 2005-ci il) 1 həftə sonraya təsadüf edib. Elmar Hüseynov qətlə yetirildiyi zaman “Beynəlxalq Bank”ın o dövrdə idarə heyətinin sədri olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədovun dəstəsinin girovluğunda idi. Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Xanım Hacıyevanın azadlığı üçün onun yoldaşından 20 milyon avro tələb olunurdu…

“Qara kəmər” 14 il əvvəl keçirilsə də, bu günə kimi üzərindən sirr pərdəsi götürülməyən cinayətlər qalmaqdadır. Hacı Məmmədov məhkəməsində yarımçıq ifadələr verməklə bir çox səs-küylü cinayətlərə aidiyyətinin olmasına işarə vurur, amma konkret fikir söyləməkdən yayınırdı. Onun bandasının cinayətlərinin tam araşdırılmaması bu gün də dartışılan mövzulardandır. Belə müşahidələr var ki, banda sifarişli qətlləri icra edəndən əvvəl və ya sonra adam oğurlayıb, ona belə bir hüquq tanıyıblar. İstintaqın qənaətinə görə, Hacı Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq 10 il ərzində sifarişli qətllər icra olunub, adamlar oğurlanıb. Belə fikirlər də var ki, banda 1994-cü ildən əvvəl də cinayətlər törədib, lakin həmin cinayətlər Hacı Məmmədovun kriminal dosyesinə əlavə edilməyib. Ümumilikdə cinayət işində qətllərə, adam oğurluqlarına, quldurluğa, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və sairə aid 60-a yaxın epizod var.

Hacı Məmmədovun qəbrə apardığı sirlər – “Qara kəmər” əməliyyatından 14 il keçdi


Hacı Məmmədov məhkəməsində bandasının osminoqun 1 ayağı olmasını deməklə özünün yalnız icraçı olduğunu söyləmişdi. Onun bu fikirləri digər bandaların da fəaliyyətdə olmasıhaqda yayılan məlumatları bir daha təsdiqləmişdi.

Hacı Məmmədovun bandası 1996-cı ildə iş adamının oğlu Elşad Həsənov oğurlayıb və onun azad edilməsinə görə 120 min dollar tələb edib. Növbəti il iş adamının oğlu Ülvan Bağırov oğurlanıb və azad edilməsinə görə 850 min dollar alınıb. Hacı Məmmədovun həmin il oğurladığı digər şəxs dostunun oğlu İlham Qədimzadə olub. 1997-ci ildə azad edilməsinə görə 180 min dollar alınıb. 1998-ci ildə çeçenlər Şirxan Albıyevi, Ruslan Ukuşov və Boris Eyyubovu qətlə yetirib. Həmin il 2 iş adamının oğlu oğurlanıb. Cavid Manafovun azad edilməsinə görə yaxınlarından 650 min dollar alınıb. Dövlət Sığorta Şirkətinin sədrinin oğlu Əhməd Məmmədovun azadlığa buraxılması üçün yaxınları 850 min dollar ödəyiblər.

1 il sonra -1999-cu ildə Süd zavodunun direktoru Zeynalabdin Babayevin oğurlanıb. 450 min dollar ödədikdən sonra banda üzvləri onu azad ediblər. Xətai rayon prokurorunun köməkçisi Oqtay Babayevin oğurlanması və 2000-ci ildə azad edilməsinə görə 850 min dollar alınıb. 2001-ci ildə Hacı Məmmədov həmkarı, DİN Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılov oğurlayaraq Keşlədəki evinə aparıb, orada işgəncələr verməklə qətlə yetirib. Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun oğurlanması və 2001-ci ildə azad edilməsinə görə yaxınları 950 min dollar verməli olublar.

Hacı Məmmədovun qəbrə apardığı sirlər – “Qara kəmər” əməliyyatından 14 il keçdi


2002-ci ildə Hacı Məmmədov dostu, tanınmış kriminalist Rövşən Əliyevin qətlinə imza atıb. Rövşən Əliyev onun bandasının izinə düşdüyünə görə həyatla vidalaşmalı olub. 2003-cü ildə iş adamı Hafiz Məmmədovun atası oğurlanıb və oğlundan 2 milyon avro və 200 min dollar alınıb. Növbəti il DİN-in sabiq polkovnik Fətulla Hüseynov evini kandarında qətlə yetirilib.

Hacı Məmmədovun sonuncu oğurladığı Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva idi. Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bilinir. Bununla belə Eldar Mahmudovun istintaqçıları sifarişçinin kimliyini Hacı Məmmədovdan öyrənə bilməyiblər. Rəsmi olaraq belədir, amma bu inandırıcı görünmür.

2005-ci ildə “Qara kəmər” əməliyyatından sonra belə məlumatlar vardı ki, Hacı Məmmədovun Keşlədəki evindən çoxsaylı videomateriallar götürülüb. Hansıları ki, Hacı Məmmədov gizli çəkilişlər vasitəsi ilə əldə edib. Həmin videolar kompromat xarakterli olub. Lakin həmin videokompromatlar məhkəmə zamanı ortalığa çıxarılmadı. Hacı Məmmədovun videokompramatlarının Eldar Mahmudovun zənginiyinə şübhə olmayan kompromat bazasının əsasını təşkil edə biləcəyi də istisna deyil.

Hacı Məmmədovun qəbrə apardığı sirlər – “Qara kəmər” əməliyyatından 14 il keçdi


Hacı Məmmədov və bandasının işi üzrə proses 2006-cı il iyulun 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə(hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi) hakim Əli Seyfəliyevin sədrliyi altında Hacı Məmmədovun cinayətkar dəstəsinin işi üzrə proses başlayıb. 2006-cı il avqustun 28-də keçirilən prosesdə Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə ifadəsində sifarişçinin kimliyi haqda suala “Bu, hansısa böyük qüvvənin sifarişi olub” deyə cavabını vermişdi. Lakin vəkillərin dəqiqləşdirici suallarına konkretlikdən uzaq cavablar verməklə həqiqəti söyləməkdən yayınmışdı.

Hacı Məmmədovun bu ifadəsindən belə bir nəticəyə gəlmək olar ki, onunla sifarişçi arasında konkret şəxs olub. Həmin şəxsin kimliyi məhkəmədə ortalığa çıxarılmayıb. Hacı Məmmədov ittiham aktında kənar çıxmaqdan çəkinib. Məhkəməsi boyu 1 dəfə belə kənarlaşmaya yol verib. Həmin çıxışı zamanı Elmar Hüseynovu vaxtilə iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyev tərəfindən qətlə yetirdiyini söyləyib. Lakin onun bu ifadəsinə inanan olmayıb, həmin ifadənin təqsdiqlənməsi üçün ortaya hər hansı sübut, dəlil də qoymayıb. İfadənin Eldar Mahmudovun təzyiqi ilə Fərhad Əliyevdən pul qoparmaq üçün verildiyi haqda xəbərlər də yayılıb.

Hacı Məmmədovun qəbrə apardığı sirlər – “Qara kəmər” əməliyyatından 14 il keçdi


Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodundan danışarkən “Sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi” deyə açıqlamışdı. Bu ifadəni Hacı Məmmədov Zamirə Hacıyevanın oğurlanması epizodu üzrə 9 oktyabr 2007-ci ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə vermişdi.

Demişdi ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona 2 qətl də tapşırıb. Sitat: “Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi. Mən heç kimə qarşı birbaşa ifadə verməmişəm. Əgər belə bir ifadə verəsi olsaydım, cəza çəkməli olan şəxslər bu zala yerləşməzdi. Mən heç kimə mesaj göndərmirəm. Lakin həmin qətllər və oğurlanmalar mənə məcburiyyətlə sifariş olunub. Həmin sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var. İndi onların adını deyə bilmərəm”.

Hacı Məmmədovun qəbrə apardığı sirlər – “Qara kəmər” əməliyyatından 14 il keçdi


Zamirə Hacıyeva

Hacı Məmmədov 2 ildir ki, həyatda deyil. Onun deyə bilmədiyi, adını dilə gətirmədiyi vasitəçi kim olub? Vasitəçinin ifşası sifarişçinin qandallanması demək olardı. Elə həmin gün keçirilən məhkəmədə Hacı Məmmədov belə bir ifadə də vermişdi. Sitat: “Mənim cinayətləri həyata keçirməyim sifarişli olduğu kimi, MTN-in də istintaqı sifarişli idi. MTN-də aparılan istintaq zamanı sifarişçilərin kim olması araşdırılmayıb”.

Niyə araşdırılmayıb? Eldar Mahmudov nazir olaraq bu araşdırmalara niyə imkan verməyib? Niyə o, nazir postundan çıxarılandan sonra da bu araşdırmalar ortada deyil? Hacı Məmmədov məhkəməsində “mən ”osminoq”un bir ayağı olmuşam” sözlərini elə-belə demişdi? Hacı Məmmədovun fikirləri iş üzrə yeni istintaq araşdırması aparılması zərurətinin bu gün də aktuallığını qoruub saxladığını söyləməyə əsas verir.

Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə 2007-ci il yanvarın 19-da hökm çıxarıb. Hökmə əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zakir Nəsirov 2017-ci ildə azadlığa buraxılıb.
Ukraynada azərbaycanlının ətlə dolu maşını oğurlandı















Ukraynanın Odessa vilayətinin Burlaçya Balka kəndində Azərbaycan vətəndaşının ətlə dolu yük maşını qaçırılıb.
“Oxu.Az” bildirir ki, bu barədə UNN portalı xəbər yayıb.

Adı çəkilməyən soydaşımızın polisə verdiyi məlumata görə, qaçırılmış DAF markalı yük maşınında 20 ton mal əti olub.
Fakt üzrə araşdırma aparılır.
Bu gün Bakıda güclü külək əsəcək















Martın 11-i respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.
Martın 11-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözləniliir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

Sumqayıt şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, ümumi sahəsi 150 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Rəfiqəsini öldürüb doğrayan qadın: “Qarnını kəsib bağırsaqlarını torbaya yığdım” — Azərbaycanın ən səs-küylü cinayətləri (2-ci yazı)














Azərbaycanda elə dəhşətli cinayətlər olub ki, böyük əks-səda veriblər.
“Ölkə.Az” bu gün də oxucularına belə cinayətlərlə bağlı növbəti yazını təqdim edir.

Rəfiqəsini öldürüb doğrayan qadın: “Qarnını kəsib bağırsaqlarını torbaya yığdım” — Azərbaycanın ən səs-küylü cinayətləri (2-ci yazı)


Rəfiqəsini öldürüb doğrayan qadın

Qeyd edək ki, bu il fevralın 16-da səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Məlumat əsasında hadisə yerinə Bakı şəhər Prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıblar. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olduğu müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarında olub. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, qalan əzalar isə tapılmayıb.

Araşdırmalar nəticəsində mərhumun 58 yaşlı Lyubov Rəhimova olması və bu il fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İ.Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

İrina Qorlova Bülbülə qəsəbəsində rəfiqəsi Lyubov Rəhimovaya məxsus mənzilə qeydiyyata düşdükdən təxminən dörd ay sonra fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu ələ keçirmək məqsədilə ev sahibini öldürmək qərarına gəlib. O, bu məqsədlə fevralın 12-də gecə saatlarında rəfiqəsinin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Daha sonra isə kalqotkanı boğazına keçirib var gücü ilə boğmağa başlayıb.

“Sobanın üstündə çəkici əlimə alıb ona yaxınlaşdım, bir neçə dəfə təpəsindən vurdum, ağzı üstə yerə yıxıldı. Neçə zərbə vurmağımı xatırlamıram.

Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olub buraxdım. Digər otağa keçdim, səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord həll elədim. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim", -deyə qatil rəfiqə bildirib.

Ertəsi gün meyiti mətbəxə sürükləyən İrina cəsədin əynindəki paltarları soyundurub. Bıçaqla qarnını kəsib bağırsaqlarını çıxarıb sellofan paketə yığıb, sümüklərini ətdən ayırıb, ayaqlarını, qollarını kəsib. Ən sonda isə balta ilə başını bədənindən üzüb. Sümükləri torbaya yığaraq evin yaxınlığındakı zibil qutusuna atıb. Sümükdən ayırdığı ətlərin bir qismini xırda-xırda doğrayıb ki, unitaza axıtsın. Hətta bir ovuc ət parçasını unitaza atıb, amma trapdan su geri qayıdıb. Əti axıda bilməyəcəyini görüncə bu dəfə doğranmış ət qalıqlarını və meyitin başını torbaya qoyub:

"Axşam saatlarında cəsəd dolu torbaları taksiyə qoyub "Vorovski"yə sürdürdüm. Məhəllənin aşağısında maşını saxlatdım. Maşından düşüb sürücünün uzaqlaşmasını gözlədim. O gedəndən sonra torbaları zibil yeşiklərinə atdım. Oradan çıxıb keçmiş sevgilim Sadiqin yanına gəldim, ondan 14 manat pul aldım. Hadisə barədə heç nə demədim. Ümumiyyətlə, bu cinayətin izini itirmək istəyirdim. Buna görə də, heç kimə heç nə deməmişəm. Sadiqdən pul alıb evə qayıtdım, səhərə kimi yata bilmədim. Fevralın 16-da axşamüstü cəsədin əllərini, çəkici, baltanı, bıçağı bir torbaya yığıb zibil qutusuna atmaq istəyirdim. Amma gündüz saatlarında evə polislər gəldi, Sabina da onların yanındaydı. Lyubovun meyitinin aşkar edildiyini, artıq heç nə gizlədə bilməyəcəyimi anlayıb qətli etiraf etdim. 

Məhkəmənin hökmü ilə İrina Qorlova 17 il azadlıqdan məhrum edilib.

Rəfiqəsini öldürüb doğrayan qadın: “Qarnını kəsib bağırsaqlarını torbaya yığdım” — Azərbaycanın ən səs-küylü cinayətləri (2-ci yazı)


Sevgilisi ilə birləşib ərini öldürən qadın

Hadisə 2015-ci ilin sentyabr ayında paytaxtın Yasamal rayonunda baş verib. 

İstintaq zamanı müəyyən edilib ki, Məmmədov Sədi Bəhrəm oğlu, 2010-cu ildən tanış olaraq mütəmadi görüşdüyü Mahmudova Lalə Yaşar qızının əri Mahmudov Kamran Zaid oğlunun onlardan şübhələndiyini, onların görüşməsinə mane olacağını güman edib. Bu səbəbdən də L.Mahmudovanın təklifi ilə onu öldürmək qərarına gəlib...

S.Məmmədov ibtidai istintaqa ifadəsində Lalə Mahmudova ilə 2010-cu ildə tanış olduğunu deyib: 

“Qohumluq əlaqəmiz yoxdur, münasibətimiz sevgi əsasında olub. Həm işgüzar, həm də intim münasibətlərdə olmuşuq. Əsasən, mehmanxanada görüşürdük. Bəzən isə əri işdə olanda məni evə dəvət edib. Biz görüşəndən sonra əri artıq Lalənin çox bəzənməsindən, çölə tez-tez çıxmasından şübhələnməyə başladı. Biz bir-birimizi sevirdik və Kamranı öldürüb, qovuşmaq istəyirdik. Bu barədə plan qurduq. Kamranı öldürüb, meyitini hissələrə bölüb İsmayıllıda basdıracaqdıq. Ondan sonra Lalə qohum-əqrəbasına Kamranın yoxa çıxması ilə bağlı məlumat verəcəkdi.

Lalə mənə Kamranın evə gəlib-getmə vaxtlarını, eləcə də ərinin nə vaxt bərk yuxuya getməsini dedi”.

Sədi Məmmədov ifadəsinə belə davam edib:

“2015-ci il sentyabr 25-də Lalə Kamranın yatmağa hazırlaşdığını və yuxuya gedəndə mənə xəbər verəcəyini dedi. Maşına oturub, onların evinin yanına gəldim. Gecə saatları idi, silah və dəmir kəsən mişarı özümlə götürmüşdüm. Lalə ərinin yuxuya getdiyini yazdı. 4-cü mərtəbə qalırdılar. Qalxdım yuxarı. Lalə Kamranın yatdığı otağı mənə göstərib, özü mətbəxə keçdi. Kamran yuxudaydı. Başına bir atəş açdım. Otaqdan çıxıb Laləyə “vsyo” dedim. Lalə mətbəxdən sellofan verdi ki, Kamranın qanı yatağa dağılmasın. Öldüyünə tam əmin olmaq üçün ikinci atəşi də açdım. Xırıltısı tam kəsildi. Bundan sonra birlikdə otağa girdik. Kamran elə əvvəlki kimi üzü üstə tərpənməz uzanıqlı idi, yastığın qırmızı rəngli üzü qana bulaşmışdı. Kamranın meyitini Lalə ilə birlikdə hamam otağına apardıq. Mətbəx bıçağı və dəmirkəsən mişarla doğradıq. Hamısını torbalara yığıb, maşına daşıdıq. Kamranın telefonlarını sındırdıq. Lalə ilə sağollaşanda tapşırdım ki, mənzili bir də nəzərdən keçirsin, birdən haradasa qan izi qala bilər, görsə, onları təmizləsin. Həmin vaxt əynində olan paltarları da bulaşmışdı. Kamranın telefonlarını sındırıb evlərinin yaxınlığında olan zibil qabına atdım Saat 9 radələrində İsmayıllıya yola düşdüm. Qardaşıma zəng vurdum ki, Bakıdan ağac gətirirəm, orda yer qazsın. Təxminən 2 saat sonra kəndə çatdım. Ağac qazılan yeri bir az genişləndirdim və meyitin doğranmış hissələrini sellofan torbalardan ayıraraq həmin yerə tökdüm. Üstünü torpaqlayıb, xırda çınqıl tökdüm, sonra ocaq qaladım ki, iz itsin. Bakıya qayıtdım. Bir dəfə Lalə ilə görüşdüm. Ona özünü şübhəli aparmamağı tapşırdım. Sentyabrın 30-u günü Yasamal polisi məni saxladı, cinayəti etiraf etdim. Polislərlə birlikdə meyiti basdırdığım yerə gəldik”.

Təqsirləndirilən Lalə Mahmudova 1997-ci ildən Bakıda tibb bacısı işlədiyini bildirib. O, Kamranla 2000-ci ildən evli olduqlarını və iki övladı olduğunu deyib: 

“İlk beş il Kamranla münasibətlərimiz normal idi. Sonradan yavaş-yavaş pisləşməyə, bir-birimizdən soyumağa, qarşılıqlı narazılıqlarını bildirməyə başladıq. Kamran ailəni maddi cəhətdən normal təmin edə bilmirdi. Pulu çox olanda da xəsislik edirdi. Bundan başqa, işləməyimə etiraz edirdi. Qadın kimi mənə diqqət ayırmırdı, arabir qonaq getsək də, məni gəzməyə aparmırdı. Uzun müddətdir intim münasibətlərimiz azalmışdı, sekslə məşğul olanda da yalnız özünü fikirləşirdi”.

Lalə Mahmudova Sədi Məmmədovla tanışlığından danışıb:

“Anamın yaşadığı evin birinci mərtəbəsində atamdan qalma zərgərlik dükanımız vardı. Sədi həmin yeri icarəyə götürəndə tanış olduq. Tədricən münasibətlərimiz yaxşılaşdı. Bir müddət sonra görüşdük və intim münasibətlər başladı. Kamran tez-tez işləri ilə əlaqədar bir neçə günlüyə rayonlara gedirdi, 5-7 günlüyə Gürcüstana və Ukraynaya getdiyi vaxtlar da olub. Belə günlərdə uşaqları yuxuya verib, Sədini evə çağırırdım.

2014-cü ildən başlayaraq, Kamrana açıq şəkildə boşanmaq istədiyimi deyirdim, çünki Sədi ilə gizlin görüşməkdən yorulmuşdum. Sədi də deyirdi ki, boşansan, mən də ayrılacam, ailə qurarıq. Kamran boşanmağımızı istəmirdi. Üstəlik, həyatımda başqa birinin olmasından şübhələnirdi. Arada söz salıb deyirdi ki, belə bir şey olsa, məni öldürər. Ancaq mən Kamrana qarşı heç nə hiss eləmirdim, çünki Sədini sevirdim. Sədi mənə görə hər şeydə Kamrandan üstün idi, ideal kişiydi.

2015-ci ilin əvvəllərində Sədi ilə söhbət edəndə Kamranı öldürməyi təklif etdim, çünki Sədidən ayrı yaşaya bilmirdim. Sədi əvvəlcə təklifimə əhəmiyyət vermədi, amma sonradan razılaşdı. Dedi ki, gecə yatanda qapını açıq qoyarsan, yatağında öldürərəm. Razılaşdım. Plan belə oldu ki, Kamranı öldürüb, İsmayıllıda basdıraq, ara sakitləşəndən sonra ailə quraq.

2015-ci ilin sentyabr ayının 25-i idi. Kamran, həmişə olduğu kimi, gecə saat 2 radələrində işdən qayıtdı. Bir az oturandan sonra gedib yatdı. Sədiyə xəbər verdim. Qalxdı evə, yataq otağına keçib Kamranı odlu silahla vurdu. Meyiti hamam otağına apardıq. Sədi özü ilə gətirdiyi bıçaq və ya başqa kəsici alətlərlə cəsədi doğramağa başladı. Bu zaman uşaqlardan birinin səsi gəldi. Mən uşaqların otağına girdim. Əmin oldum ki, yatıblar.

Sədi Kamranın meyitinin hissələrini sellofanlara yığdı. Onları maşına daşıdıq. Sədi tapşırdı ki, evdəki qan izlərini silim və heç bir sübut saxlamayım. Dediklərinin hamısını yerinə yetirdim. Sabah günortaya qədər heç kimə heç nə demədim.

Məhkəmənin hökmü ilə Sədi Məmmədov 20 il,Lalə Mahmudova isə 19 il azadlıqdan məhrum edilib.

Sürücünün başını kəsdi, yanındakı qadını zorladı

Hadisə 2009-cu ilin may ayında baş verib. Tovuz rayonunun Cəlilli kənd sakini 43 yaşlı Yaşar Cəfərovun meyiti Zəyəm çayının sahilində yandırılmış vəziyyətdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində cinayətin Şəmkir rayonu Tatar kənd sakini Arif Babayev tərəfindən törədildiyi aşkarlanıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaqın gəldiyi nəticəyə görə, 5 may 2009-cu ildə saat 16-17 radələrində Tovuz rayonu Yanıqlı kəndi ərazisində Tatar kənd sakini Arif Babayev

"Bəhrəmtəpə" adlanan yerdə "VAZ 2107" markalı avtomaşında olan Tovuz rayonu Cəlilli kənd sakini Yaşar Cəfərovun başını sonuncunun tanışı, həmin vaxt avtomobildə olan Əsmər Tanrıverdiyevanın gözü qarşısında bıçaqla kəsərək öldürüb.

Arif Babayev Yaşar Cəfərovun boğazını bıçaqla kəsdikdən sonra onun maşınında əyləşən qadını zorlayıb. 

Təqsirləndirilən Arif Babayev ifadəsində bildirib:

“5 may 2009-cu ildə saat 16 radələrində otlamağa göndərdiyimiz heyvanın qabağına çıxmışdım. Zəyəm çayına çatanda həmkəndlim "Faxış" ləqəbli Fazil Alıyevin də çayın sahilində olduğunu gördüm. "Faxış" da çayın digər sahilinə öz heyvanlarının arxasınca getmək istədiyini dedi. Birlikdə çayın digər sahilə - "Bəhrəmtəpə" adlanan yerə yollandıq. "Bəhrəmtəpə" adlanan yeməkxananın qarşısındakı yolun əks tərəfinə keçib təpənin üstünə qalxdıq, iki baş inəyin otladığını və həmin yerdə "VAZ 2107"markalı avtomobilin dayandığını görüb, həmin yerə yaxınlaşdıq. Bu vaxt həmkəndlim Qabil Qasımov da həmin yerə gəldi. Biz birlikdə avtomobilə yaxınlaşıb maşında olan şəxslərin kimliyi ilə maraqlandıq.

Bu vaxt gördük ki, avtomobildə bir qadın və bir kişi var. Qabil avtomobildə olan qadının Əsmər olduğunu bildirib, çıxıb getdi. "Faxış" isə digər tərəfə-heyvanlarının arxasınca yollandı. Mən maşına yaxınlaşdıqda qadınla sürücünün arxaya uzadılmış qabaq oturacaqların üzərində biri-birini qucaqladıqları gördüm və maşının pəncərəsini əlimlə döyməyə başladım. Avtomobildə olan şəxslər mənə baxıb bir söz demədən öz işləri ilə məşğul oldular. Belə olan halda avtomobilin arxa qapısını açıb, onlardan həmin yeri tərk etməyi tələb etdim. Bu vaxt sürücü mənə baxıb, var-yox söyüşü etdi və "mən Yaşaram, mənim cipim var", - deyərək məni hədələməyə başladı.

Sürücünün bu sözlərindən qəzəblənib onun boğaz nahiyəsindən yapışdım. Qəfildən sürücünün yanındakı qız əlinə haradansa bıçaq götürüb sürücüyə tərəf uzatdı, lakin mən cəld tərpənib bıçağı onun əlindən aldım və sürücünün boğaz nahiyəsinə dirəyib onu qorxutmaq istədim. Sürücü əlini boğazına tərəf aparıb bıçağı kənarlaşdırmaq istədi, lakin bıçaq əlini kəsdiyindən yerindən sıçrayıb üstümə hücum çəkdi. Qorxumdan əlimdəki bıçağı onun boğazına çəkdim. Sürücünün boğazını kəsən kimi o, arxası üstə oturacağa uzanıb xırıldamağa başladı. Maşında olan qadından sürücünün boğazını sarımağı tələb etdim. Qadın da maşında olan dəsmal ilə sürücünün boğazını sarıdı. Bundan sonra sürücünü yaxınlıqdakı xəstəxanaya çatdırmaq məqsədi ilə avtomobilə əyləşdim, lakin maşını yerindən tərpədə bilmədim, təxminən 10-15 dəqiqə çalışdıqdan sonra avtomobili işə saldım. Avtomobillə hərəkətdə olarkən Əsmər sürücünün keçindiyini, bədəninin soyuduğunu dedi və ağlamağa başladı, xahiş etdi ki, onu yaşadığı evə aparım. Əvvəlcə razılaşdım və maşını Yanıqlı kəndinə sarı sürdüm. Lakin kəndə getməyərək Əsmərə, "sən gedirsən, bəs mən nə edəcəm?" deyərək avtomobili Zəyəm çayına doğru sürdüm. Dəmir körpünü keçib çayın kənarı ilə avtomobili idarə edərkən qəfildən avtomobil torpaq arxa düşdü və dayandı. Həmin vaxt "Xınna" dərəsi adlanan yerdə yaşayan Əvəz kimi tanıdığım şəxs bizi görüb yaxınlaşdı, nə baş verməsi ilə maraqlandı, avtomobilin içərisinə boylanıb nə məsələ olduğunu soruşdu. Ona, "elə-belə kömək et, maşını çıxardaq", - dedim və hadisə barədə heç nə bildirmədim. Avtomobili arxdan çıxartdıqdan sonra Əvəz çıxıb getdi, Əsmər isə maşından düşüb qaçmaq istədi. Ondan maşına əyləşməsini tələb etdim. Əsməri yaxınlıqdakı kolluğa apardım və onunla bir dəfə cinsi əlaqədə oldum.

Əsmərlə cinsi əlaqədə olarkən bir qədər aralıda Əvəz adlı şəxsin dayandığını görüb həmin şəxsin baş verənləri görməsindən ehtiyat edib Əsmərdən avtomobilə əyləşməsini tələb etdim. Əsmər avtomobilə əyləşdi və biz çayın sahili ilə hərəkət etməyə başladıq. Bir qədər irəlilədikdə artezan görüb avtomobili saxladım, əvvəlcə özüm düşüb ayaqyoluna getdim, sonra isə Əsmərə avtomobildən düşüb əl-ayağını yumağa icazə verdim.
Əsmər avtomobildən düşüb əl-ayağını yumağa getdi. Maşını həmin yerdən bir qədər uzaqlaşdırıb gizlətmək istədim. Avtomobili torpaqlığa sürdüm, meyiti maşından düşürüb torpaq yerə uzatdım. Maşında olan paltarları meyitin ayaqları arasına qoyub üzərinə 1 litr yanacaq tökdüm və yandırdım. Bu vaxt gördüm ki, Əsmər qaçır. Onun arxasınca getmək istədim, lakin sonra fikrimdən daşındım”.

Məhkəmənin hökmü ilə Arif Babayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

15 yaşlı qızını öldürən ata

Ağdam rayon sakini, 15 yaşlı Aygün Cabbarova bibisi, 56 yaşlı Zəhra Əliyarovanın Abşeron rayonu Xırdalan şəhərindəki evindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Dərhal araşdırmalara başlayan Abşeron rayon polis əməliyyatçılarına ilk olaraq yeniyetmə qızın özünü öldürdüyü barədə məlumat verilib.
Deyilənlərə şübhə ilə yanaşan polis əməkdaşları araşdırmalarını davam etdiriblər.

Sonradan məlum olub ki, Aygün Cabbarovanı qısqanclıq zəmnində atası, 52 yaşlı Nəsib Cabbarov bıçaqla qətlə yetirib. Qatil ata saxlanılıb. Nəsib Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.

Təxminən 3 ay bundan əvvəl müalicə üçün qızı ilə birlikdə Ağdam rayonundan Xırdalan şəhərinə, bacısının evinə gəldiyini deyən Nəsib Cabbarov bir müddət burda qalmalı olub.

Bacısının kürəkənindən qızı haqqında xoşagəlməz sözlər eşitdikdə, qəzəbinə sahib çıxa bilməyən ata bıçağa əl atıb.

O, yatmış vəziyyətdə olan 15 yaşlı qızının ürək nahiyyəsindən iki dəfə xəsarət yetirib və onu öldürüb:

“Səhər saat 8 idi. Bıçaq elə şkafın qabağındaydı. Bıçağı götürdüm və onu vurdum. O biri böyük qızım Suqra gördü. İkimərtəbəli kravatdı, o yuxarıda yatmışdı. Düşdü ki, ay ata vurma, ay ata vurma. Da mən də vurdum”.

Aygünün əlaçı şagird olduğunu deyən atası, onu öldürdüyünə sonradan peşman olub:

“Nə deyim, səhv eləmişəm də. Vurmuşam. Onsuz da bilirəm ki, axırı ölümdü. Öləcəm. Mənim 52 yaşım var. İnnən sonra mən nə qədər yaşıyacam ki?
Məhkəmənin hökmü ilə Nəsib Cabbarov 17 il azadlıqdan məhrum edilib.Qayınatasının evinə əl qumbarası atan yeznə 

Hadisə 2014-cü ilin oktyabr ayında Goranboy rayonunda baş verib.

Kənd sakini Rafiq Hüseynov ailə münaqişəsi zəminində 7 nəfəri qətlə yetirib. İlkin məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun 2-ci həyat yoldaşı Südabə Məmmədovanın yas mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və Südabə Məmmədova atası evinə gəlib. Arvadını geri qaytara bilməyən Rafiq Hüseynov qayınanasının evinə gələrək ilkin olaraq qayınları Natiq və Namiq Məmmədovları ov tüfəngi ilə vurub. Yan otaqdan səs-küyə gələnləri görən Rafiq Hüseynov otağa F1 əl qumbarası atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub.

Rafiq Hüseynov Ömürlük azadlıqdan məhrum edilib.

Ardı var....
Fırıldağın beləsi: “Ölkənizin ən böyük pulu necədir?” – Dələduz İran vətəndaşları saxlanılıb















Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb.

DİN-in mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən paytaxt sakini Əli Səfərov bildirib ki, ticarət mərkəzində olan zaman iki nəfər Türkiyə türkcəsində danışan xarici ölkə vətəndaşı ona yaxınlaşaraq Azərbaycanda olan ən böyük pul əskinasları barədə ondan məlumat istəyiblər. Ə.Səfərov cibində olan pulları çıxararaq həmin şəxslərə göstərdikdə onlardan biri əskinaslara baxmaq adı ilə zərərçəkənin əlindən alıb. Geri qaytaran zaman isə onlar Ə.Səfərovun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar. Hadisə barədə ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb.Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İran İslam Respublikasının vətəndaşları Davud Mogəddəmi və Yosef Hadı saxlanılıblar.Onlar ifadələrinə bir müddət əvvəl Azərbaycana gəldiklərini və dələduzluq yolu ilə insanları aldadaraq pullarını keçirdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin başqa vətəndaşlara qarşı da analoji cinayətlər etdikləri istisna olunmur. Odur ki, bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102” Zəng Mərkəzinə, 012-445-02-02 və ya 012-445-22-22 telefon nömrələrinə zəng edərək müraciət edə bilərlər.