Son xəbərlər

“Nardaran hadisələri”nin iştirakçısı azadlığa buraxılıb – FOTOLAR















Bu gün 8 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub.

Musavat.com-un məlumatına görə, Penitensiar Xidmətin Təşkilat Nəzarət İdarəsinin rəisi Vüqar Abuşov bildirib ki, sərəncama əsasən müəssisədən 1 nəfər – Zülfüqar Mikayılov azadlığa buraxılıb. Z.Mikayılov “Nardaran hadisələri”nə görə həbs edilib. O, qalan cəzasının 13 ilini çəkməkdən azad olunub.

Zülfüqar Mikayılov Əfv sərəncamına görə ölkə başçısına təşəkkür edib: “Həyat başdan ayağa dərsdən ibarətdir. Biz nəinki buradan, hər yerdən öz dərsimizi çıxarırıq. Getdiyimiz yol aydındır və bundan sonra da davam edəcəyik. İstiqamətimiz dövlət və dindarlar arasında ədaləti təbliğ etməkdir. Bu əfvin Novruz Bayramı ərəfəsində verilməsi bizi çox sevindirdi. Çünki hər kəs bu bayramı evində keçirmək istəyir. Məhbus üçün isə bayram sadəcə sözdən ibarətdir. Hər kəsin bayramını təbrik edirəm”.

Buraxılış arayışının verilməsində Pentensiar Xidmətin əməkdaşları, hüquq müdafiəçisi Səadət Bənəniyarlı və Əfv Komissiyasının üzvü Umud Rəhimoğlu iştirak edib.

Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Qiyas İbrahimov azadlığa çıxdı















Azərbaycanda Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası davam edir.

Əfv sərəncamı çərçivəsində 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılanlar arasında Qiyas İbrahimov və jurnalist Nicat Əliyev də var.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.
Yeni Zelandiyada müsəlmanlara qarşı terrorun səbəbi















49 nəfərin öldürüldüyü bu xain hücum dünyada dini düşmənçilik və radikalizmi daha da körükləyə bilər…

Martın 15-də Yeni Zelandiyanın Krisçörç şəhərində iki məscidə terror hücumu baş verib. Cümə namazı zamanı məscidə edilən silahlı terror hücumu nəticəsində 49 nəfər ölüb, 48 nəfər isə yaralanıb. Yeni Zelandiyanın baş naziri Jakinda Ardern hadisəni “terror hücumu” adlandırıb. Baş nazir olanlar haqqında “Yeni Zelandiya tarixində bu, ən qaranlıq günlərdən biri olacaq” deyib.

BBC-nin məlumatına görə, hadisədən sonra açıqlama verən baş polis rəisi Mayk Buş bildirib ki, terror hücumuna görə biri qadın olmaqla 4 nəfər saxlanılıb. Saxlanılan şəxslərə məxsus avtomobillərdə əldə düzəldilmə bombalar ələ keçirilib. Terrorçulardan biri Avstraliya vətəndaşı olub. Avstraliya baş naziri Skott Morrison faktı təsdiqləyib və deyib ki, həmin şəxs “ifrat sağçı və terrorçu” olub. Terror səbəb ilə ölkədəki məscidlər bağlanıb.

Qeyd edək ki, terror aktı məsciddə günorta vaxtı baş verib. Terrorçu hadisəni başdan ayağa kamera ilə canlı yayında qeydə alıb. Kadrlarda ağ dərili bir nəfərin avtomobillə məscidə yaxınlaşdığı, daha sonra maşından düşərək arxa yük yerindən avtomatik silahları götürərək məscidə doğru getdiyi görünür. İlk qurban məscidin qarşısında vurduqdan sonra terrorçu atəş aça-aça məscidə daxil olur. Məscidin içərisində hər kəsə atəş açan qatil daha sonra bir də geri qayıdaraq yerdə uzanan inildəyən yaralılara atəş açır.

Yeni Zelandiyada müsəlmanlara qarşı terrorun səbəbi









Terror aktının baş verdiyi məscidə Banqladeş kriket komandasının oyunçuları da gedib. Ancaq idmançıları daşıyan avtobus məscidə yaxınlaşanda terror aktı baş verib və idmançılar terrordan qurtulublar. Terror hadisəsi zamanı yaralananlar arasında iki nəfər türkiyəli var. Bunlar: Mustafa Boztaş və Zəkəriyya Tuyadır.

Terror ən-Nur və Lindvud məscidlərində törədilib. Ən-Nur məscidinə hücumu 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarret törədib. Terrorçu “Twitter” “youtube” hesabında terrorla bağlı 70 səhifəlik “manifest” yazıb. Bu müraciətində o, müsəlmanları terrorla təhdid edib. Müraciətin 26 səhifəsi isə türklərə həsr olunub. Burada “Boğazın (Bosfor nəzərdə tutulur – K.R.) şərq sahilində torpaqlarınızda sakitlik içərisində yaşaya bilərsiniz, sizə zərər gəlməyəcək. Ancaq qərb sahilində yaşamaq istəsəniz və ya Avropaya gəlmək istəsəniz sizi öldürərik. Konstantinopola gəlib bütün məscid və minaraələrinizi dağıdarıq. Ayasofiya minarələrqən azad olacaq və Konstantinopol layiq olduğu kimi yenidən xristian şəhəri olacaq”, – deyə yazıb.

Yeni Zelandiyada müsəlmanlara qarşı terrorun səbəbi










Terrorçu müraciətində ABŞ prezidenti Trampın da adını yazıb. Müraciətində avstraliyalı terrorçu 2011-ci ildə Norveçdə 77 nəfəri öldürən terrorçu Breyvikdən ilham aldığını qeyd edib.

Qeyd edək ki, Yeni Zelandiya dünyada ən sakit ölkələrdən biri hesab olunur. 2013-cü il siyahıyaalmasına əsasən Yeni Zelandiyada əhalinin 1 faizini müsəlmanlar təşkil edir. 1990-cı ildə Devid Qrey adlı bir psixikası pozulmuş xəstənin 13 nəfəri qətlə yetirməsindən sonra Yeni Zelandiya hökuməti avtomatik silahların satışını qadağan edib. Silahların qadağan edilməsindən sonra ölkədə ötən müddətdə demək olar ki, silahlı hücumlar olmayıb. hətta polislər belə çox zaman silahlı olmayıb. Görünür, bu amil terrorçulara əl-qol açmağa imkan verib.

Şotland əsilli Avstraliya vətəndaşı olan terrorçu bu hücumu iki il ərzində hazırladığı ehtimal olunur. Terror aktını əvvəldən axıra qədər canlı yayında yayan terrorçu avtomobildə serb millətçilərinin “qorxun türklər” mahnısını səsləndirib. Bundan başqa, onun terror zamanı istifadə etdiyi silahın üzərində müsəlman və xristianlar arasındakı savaşların tarixləri və adları həkk olunub.

Yeni Zelandiyada müsəlmanlara qarşı terrorun səbəbi







Terrorçu haqda detallı məlumat olmasa da, onun radikal xristian qrupların üzvü və ya təsiri altında olduğu məlum olur. Onun silahında məhz səlib müharibəsi, Osmanlı ordusunun Vyana ətrafında savaş tarixi, eləcə də ötən əsrin əvvəlində, 1-ci Dünya müharibəsi zamanı Sarıqamış savaşı və digər hadisələr və ya tarixləri qeyd olunub.

Bu hadisə dünyada dini düşmənçilik və radikalizmi daha da körükləyəcək. Son illərin tarixi təcrübəsi göstərir ki, bu cür hadisələr bir qayda olaraq təpki doğurur və radikalizmə rəvac verir. Radikal sağ qruplar, eləcə də terror təşkilatları bu kimi hadisələrdən məharətlə istifadə edirlər.

Yeri gəlmişkən, düz 50 il əvvəl 1969-cu il avqustun 22-də 3 səmavi dinin müqəddəs şəhəri Qüdsdə müqəddəs məbəd olan əl-Əqsa məscidi avstraliyalı fanatik protestant Maykl Denis Rohan tərəfindən yandırılıb. Bu hadisə bütün müsəlman aləmində böyük etiraz doğurub. Müsəlman alimləri Fələstin üçün cihad çağırışları edib, bir ay sonra isə ilk dəfə müsəlman ölkələri bir araya gələrək İslam adı ilə beynəlxalq təşkilatı – İslam Konfransı Təşkilatını qurub. Həmin hadisə həmçinin dünyada islam cihadizmi adı ilə radikallaşmanı körükləyib, Yaxın Şərqdə və Əfqanıstanda cihad fəaliyyətlərini təşviq edib.(musavat.com)
Azərbaycanda məmur vəfat etdi














“Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əli Qaraxanov dünyasını dəyişib.

Ailə üzvlərindən “Qafqazinfo”ya verilən məlumata görə, o, bir neçə saat bundan əvvəl həyatını itirib. 78 yaşlı Qaraxanovun ürəktutmadan vəfat edib.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan prezidenti İlham Əliyev Əli Qaraxanovu “Şöhrət” ordeni ilə təltif edib.

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi davam etdirilib. Onlar Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovdur.

Musavat.com xəbər verir ki, adıçəkilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Qalib Kərimov və Vüsal Rüstəmov 20 il, Firudin Axverdiyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Qalıb Kərimovun ömürlük, Firudin Axverdiyev və Vüsal Rüstəmovun isə 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyib öldürüblər və evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər. Qalib Kərimov özünü qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özünü təqsirli bilməyiblər.

Hadisə ötən il iyunun 16-da Xaçmazda baş verib. Ərzaq mallarının topdan satışıyla məşğul olan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovun qarət məqsədilə qətlə yetirildiyi məlum olub.

İşlə bağlı şübhəli bilinən Xaçmaz rayon sakinləri Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib. Dəstənin digər üzvü V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib. O, Qazaxıstanda tutularaq Azərbaycana təhvil verilib.

Quba rayonunda 5 yaşlı oğlunun ölümünə səbəb olan sürücü - Bəhərçin Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xıdır Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il yanvarın 13-də Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini B.Vəliyev "QAZel” markalı avtomobili arxaya sürərkən 2014-cü il təvəllüdlü oğlu Rəvan Vəliyevi vurub. Təkərin altında qalan R.Vəliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bakıda 2 avtomobil yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda “Suzuki” markalı iki yük avtomobilinin kabinə hissəsi, bir avtomobil qoşqusu və ümumi sahəsi 5 m² olan dəmir köşkün içərisində avtomobil ehtiyat hissələri yanıb. Yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 
Bakıda intihar etmiş qız yeniyetmə olub – Yeni detallar (Video)















Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 16 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü Azadə Mirfatimə Füzuli qızı liseydə 11 sinif şagirdi olduğu, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.
OBA marketdə sabah istehsal olunacaq yumurta bu gün satılır — FOTOFAKT















Bu gün sosial şəbəkədə OBA marketlər şəbəkəsində satılan və üzərində sabahın tarixi göstərilən yumurtanın fotosu yayılıb.

“Ölkə.Az” xəbər verir ki, foto sosial şəbəkədə marağa səbəb olub.

Fotonu İsmayıl Tağıyev adlı sosial şəbəkə istifadəçisi paylaşıb və yumurtanı bu gün aldığını deyib. Bəziləri bu tarixin yumurtanın son istifadə tarixi olduğunu yazsa da, OBA marketlər şәbәkәsinin ictimaiyyətlə əlaqələr mütəxəssisi Elvin Babayev bunun texniki səhv olduğunu, məsələnin istehsalçı şirkətlə aydınlaşdıracaqlarını deyib.

Qeyd edək ki, bu yaxınlarda da sözügedən marketdən alınan yumurta xarab çıxmışdı və bu mətbuatda öz əksini tapmışdı.

OBA marketdə sabah istehsal olunacaq yumurta bu gün satılır — FOTOFAKT
Həmin fotonu təqdim edirik:

Yasamal rayonunda 16 yaşlı qız özünü binanın 16-cı mərtəbəsindən yerə atıb.

ONA-nın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, hadisə Yasamal rayonu, Əsəd Əhmədov 45 ünvanında baş verib.

2003-cü il təvəllüdlü Azadə Mirfatimə Füzuli qızı ailəsi kirayə qaldığı mənzilin eyvanından özünü yerə atıb. 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü yerə atan M. Azadə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.