Təxminən 3 aydır yoxa çıxan Cəlilabad sakini Mahmudov Sahibdən xəbər var.
Milli.Az xəbər verir ki, “Səni axtarıram”ın aparıcısı uzun zamandır övladını axtaran anaya bu gün acı xəbəri verib.
Xoşqədəm Sahibin yanvar ayında Masallıda istirahət mərkəzində Əli Ələkbərli adlı şəxs tərəfindən bıçaqlanaraq, qətlə yetirildiyini açıqlayıb. Hadisə bu ilin yanvarın 25-də qeydə alınıb. Məlum olur ki, Əli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyularaq Neftçala rayonuna aparılıb. Orada meyit yandırılır. Meyitin tam yanmadığını görən Əli Ələkbərli və Ağamalızadə cəsədi İmişli rayonuna aparırlar. İmişli rayonunda meyit balta ilə hissələrə bölünür. Həmin şəxslər cəsədin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonları ərazilərində basdırılar. Hazırda təqsirli şəxslər saxlanılıblar. Onlara qarşı cinayət məcəllələrinin müxtəlif maddələri ilə cinayət işi açılıb.
Aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbristanlıqda naməlum şəxs və ya şəxslər tərəfindən iki qəbir daşının yararsız hala salınması, 50-dən çox məzar daşının isə yaxınlığında olan güldanlarının qırılmasını bildiriblər.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanılıb. 2010-cu ildən Şəmkir rayon Poliklinikasında epilepsiya, yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan C. Nəcəfli ilkin dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Musavat.com
Bakıda quldurluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manatı aparıb.
28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Araşdırma aparılır.
Rusiyanın tanınmış “Faktor-2” qrupunun solisti İlya Podstrelov“Instagram”da video paylaşaraq bir nəfər tərəfindən hücuma məruz qaldığını bildirib.
Minval.İnfo “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənninin sosial şəbəkədə yerləşdirdiyi videoda naməlum şəxsin ona zərbələr endirdiyi görünür.
Əksər Rusiya KİV-ləri iddia edib ki, İlyanı döyən şəxs qondarma Donetsk Xalq Demokratik Respublikasında Azərbaycan diasporunun keçmiş rəhbəri Malik Pirverdiyevin oğlu Camal (Coni) Pirverdiyevdir.
Lakin “Life.ru” saytı araşdırma apararaq hücum edən şəxsin Camal yox, Ceyhun Pirverdiyev olduğunu müəyyənləşdirib. Ceyhun azərbaycanlı biznesmen, stomotoloji klinikalar şəbəkəsinin rəhbərinin oğludur. O, bloqqer və müğənnilik peşəsi ilə məşğuldur.
İddia olunur ki, Ceyhun qrup üzvünün çıxış etdiyi restoranda dostu ilə nahar edib. Bu zaman İlya həmkarı Jerri ilə birgə qadına şiddəti təbliğ edən mahnı səsləndirib. Bu, oliqarx oğlunun xoşuna gəlməyib və ifaçının səhnə çıxışından sonra otağına gedərək onu döyüb.
Qeyd olunub ki, davada Ceyhunun özü də zədə alıb. İlya isə qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır.