Son xəbərlər

Bakıda 10 yaşlı uşağı motosiklet vurub. Yol-nəqliyyat hadisəsi Xətai rayonunda baş verib.

ONA-nın xəbərinə görə, Əhmədli qəsəbəsində 2009-cu il təvəllüdlü Hüseynov Nurəddin İman oğlu yolun kənarı ilə gedərkən onu motosiklet vurub. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 
Bakıda Iyrənc Marketinq! Qızı Restoranın Qarşısında Erotik Rəqs Etdirib Müştəri Yığırlar – VİDEO















Sosial şəbəkədə yayılan bu rəqs hər kəsi təəccübləndirir.

Orman.Az xəbər verir ki, Nəsimi rayonu, M.Əcəmi metrostansiyası yaxınlığındakı “05” çay evinin qarşısında erotik rəqs edən qız yaxınlıqda yaşayan şəxslərin biri tərəfindən videoya çəkilib.

Videonun müəllifi qeyd edir ki, həmin xanım təxminən bir saat eyni yerdə rəqs edib. Hərəkətlərindən hiss olunur ki, bu rəqs obyekt sahibinin istəyi ilə baş tutub və müştəri cəlb etmək məqsədi daşıyır.

Görüntüləri təqdim edirik:
Bakıda daha bir məktəb qalmaqalı: Müəllim şagirdi döydü















Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

Hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.
Bağban işlədiyi evin sahibini və həyat yoldaşını öldürdü — Bakıda dəhşətli cinayət















Bakıda qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Zeynal Ağayevin icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkum olunan İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıb.

O, bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadı A.Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıblar.
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar














Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir.

ONA-nın xəbərinə görə, anım mərasiminə qatılan vətəndaşlar məktəbin qarşısına gül dəstələri düzüblər.

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi məktəbi intihar edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işi nəzarətə götürüblər. Bununla bağlı aidiyyəti dövlət qurumlarına – Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə xüsusi tapşırıqlar verilib.

Təhsil nazirinin 8 aprel 2019-cu il tarixli əmri ilə məktəbin direktoru Abbasova Sevinc Kamil qızı araşdırma müddətində işdən kənarlaşdırılıb. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir – Fotolar
Naxçıvanla sərhədə hərəkət edən erməni hərbçilər qəzaya düşdü – 18 yaralı














Ermənistanın Sünik vilayətində “ZİL” markalı hərbi maşın qəzaya uğrayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, nəticədə 18 nəfər müxtəlif xəsarətlərlə Mehri tibb mərkəzinə yerləşdirilib. Hərbçiləri daşıyan maşın Mehridən Naxçıvan sərhədi istiqamətində hərəkət edirmiş. “ZİL”də 18-20 yaşlı 20-dək əsgərin olduğu müəyyən edilib. Yaralıların əksəriyyəti sınıq xəsarəti alıb.

Qəzaya səbəb kimi maşının əyləc sistemində yaranmış texniki problem göstərilir.

Hazırda onların və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.
“Qaçqınkom”un keçmiş sektor müdiri və əməkdaşının cinayət işi MƏHKƏMƏDƏ















Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb.
Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən şəxslərin cinayət işində zərərçəkmiş qismində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tanınır.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

B.Novruzov və Ş Məmmədovun cinayət işinin ibtidai istintaqı araşdırıldıqdan sonra baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Hafiz Kamranovun icraatına verilən cinayət işinin məhkəmə hazırlıq iclası aprel ayının 23-nə təyin olunub.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu ilin əvvəlində müvafiq əmri ilə komitənin Nəsimi rayonu üzrə sektor müdiri B.Novruzov tutduğu vəzifədən azad edilib.
Arvadının intim videolarını qohumlarına göndərdi — Bakıda biabırçılıq















Sosial şəbəkələrdə tanış olduğu qızlara hədə-qorxu gəlməkdə ittiham olunan Faiz Bastrakovun məhkəməsi davam edib.
"Ölkə.Az" Bakupost-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Samirə Əliyeva (ad-soyad şərtidir) zərərçəkmiş şəxs qismində dindirilib. 

O deyib ki, iş axtaran zaman sosial şəbəkədə qarşısına elan çıxıb: "İş üçün müraciət etdim. Feysbukla danışdıq. Yaşımı soruşdu. 20 yaşımın olduğunu dedim. Şəklimi istədi, qəribə gəldi. Çünki normalda işə götürən şəxslər CV istəyir. Dedi, həftədə 175 manat verəcək. Danışığında çox qəribə şeylər vardı. Hiss etdim ki, məqsədi başqadır. Mənə tərbiyəsiz təklif etdi, əsəbiləşib onu söyüb, blokladım. Bir müddət sonra bu şəxslə bağlı sosial şəbəkələrdə xoş olmayan paylaşımlar gördüm. Yazılmışdı ki, iş adı ilə qızlara tərbiyəsiz təkliflər edib. Bir neçə ay sonra polisə dəvət olundum. Orada bu adamın əməllərindən danışdılar. Şikayətçi deyildim. Dedilər, ifadələr formal olaraq lazımdır".

Məhkəmədə şahid qismində dindirilən Nadir Vəliyev (ad-soyad şərtidir) deyib ki, təqsirləndirilən şəxsin keçmiş qayınatasıdır: "Qızımla boşanandan sonra bizi şantaj eləməyə başladı. Çılpaq şəkillərini, intim videolarını sosial şəbəkələrdə yayacağını deyirdi. Hətta qızımın yaxınlarına həmin video və şəkilləri atırdı. 20 min manat pul istəyirdi. Qızın işini, evini dəyişdik. Yenə tapırdı. Şikayət etmək məcburiyyətində qaldıq. Məqsədi qızımı biabır etmək idi".
Qeyd edək ki, Faiz Bastrakov feysbuk sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək, pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən il dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib. 

Faiz Bastrakov qadınları iş haqda "söhbət" adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.

O, qadınların bəzilərini feysbukda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onları şantaj edib.

Faiz Bastrakov Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilib.
Məktəblinin intiharı ilə bağlı həbslər ola bilər














Cəsarət Valehov: “Bu prosesdə günahı olan hər bir şəxs cəzalandırılacaq”; Çingiz Qənizadə: “Belə insanlar pedaqoji fəaliyyətdən kənar olmalıdır”

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın özünü sinif otağından yerə atması, daha sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişməsi ölkə gündəmini zəbt edib.

Hazırda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. Həmçinin Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir. Paralel olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də araşdırma aparır. Son olaraq, 162 nömrəli tam orta məktəbin direktoru Abbasova Sevinc Kamil qızı işdən kənarlaşdırılıb. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Sevinc Abbasovanın məktəbdən kənarlaşdırılması baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurət kimi izah edilib. Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

Qeyd edək ki, hadisə baş verdikdən iki gün sonra onlayn mediada məktəb direktorunun səs yazısı yayılmışdı. Jurnalistə açıqlama verən direktor intihar edən gənc qızın ailəsini təhqiramiz sözlərlə ittiham etmiş, problemin ailədən qaynaqlandığını bildirmişdi. Movqe.az-ın verdiyi məlumatda isə daha dəhşətli bir fakt qeyd olunub.

Təhsil eksperti Kamran Əsədov sayta məlumat verib ki, məktəbin direktoru Sevinc Abbasova Elinanın intiharı barədə dərhal təcili və təxirəsalınmaz tibbi yardıma müraciət etməyib: “Elina intihar edəndən sonra iki saat o yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilib. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızcığazın həyatını qurtarmaq da, görünür, mümkün olmayıb. Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq prokurorluq tərəfindən araşdırılmalıdır”.

Movqe.az saytı daha bir ilginc xəbər yayıb. Belə ki, sayta danışan Elinanın anası Sevil Hacıyeva bildirib ki, direktor Sevinc Abbasosa qızının intiharına dair danışmaması üçün ona Badamdarda torpaq sahəsi təklif edib, ana isə direktoru evindən qovub…

Çox güman ki, bütün bu detallar aparılan araşdırmaların nəticələrinə görə hüquqi qiymətini tapacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov “Yeni Müsavat”a açıqlamasında hadisə ilə bağlı aparılan araşdırmalar barədə məlumat verdi: “Bu hadisə ilk gündən Təhsil Nazirliyinin diqqətindədir. Həm araşdırmaların aparılması, həm də rəhmətə gedən şagirdin müayinə və müalicə olunması ilə bağlı tədbirlər görüldü. Ancaq çox təəssüf ki, məktəbli dünyasını dəyişdi. Bundan sonra istintaqın aparılması ilə bağlı həm prokurorluq, həm də Bakı Şəhər Təhsil İdarəsi birgə bəyanat yaydılar. Şübhəsiz ki, bu prosesdə günahı olan hər bir şəxs cəzalandırılacaq. Hadisə hüquqi qiymətini alacaq, tam ədalətli şəkildə yekun qiymət veriləcək”.

C.Valehov da vurğuladı ki, aprelin 8-də təhsil nazirinin müvafiq əmri ilə baş vermiş hadisə ilə bağlı işin daha geniş araşdırılması, bu prosesin obyektivliyinin təmin olunması məqsədilə məktəb direktoru Abbasova Sevinc araşdırma müddətində işdən kənarlaşdırılıb: “Onun yerinə başqa bir şəxs təyin olundu. Burada əsas məsələ odur ki, bir insan ölümü baş verib və biz ürək ağrısı ilə bu prosesləri aparırıq. Düşünürük ki, faciə baş verib, bu faciə böyük iz qoyur”.

Gələcəkdə bu kimi hadisələrin yaşanmaması üçün görülən tədbirlərə gəlincə, C.Valehov bildirdi ki, məktəblərdə mənəvi-psixoloji mühitin daha da gücləndirilməsi, məktəb rəhbərliyinin bilavasitə təhsil alanlarla mütəmadı və davamlı surətdə əlaqədə olması, yaranan problemlərin önlənməsi üçün vaxtaşırı işlərin görülməsi prioritet məsələlərdir: “Bununla bağlı davamlı iş aparılır, sənədlər qəbul olunur, bu sənədlərdə nəzərdə tutulan müddəalar icra olunur. Artıq 3 ildən çoxdur ki, Təhsil Nazirliyinin bilavasitə təşəbbüsü ilə ”Məktəblinin dostu” layihəsi yaradılıb. Bu layihə 30-dan çox məktəbi əhatə edib, bilavasitə məktəbdə stabil psixoloji mühitin bərqərar olunması valideyn-məktəb münasibətlərinin daha da sıxlaşdırılması, şagirdlərin müəllimlərlə ünsiyyətinin daha da sağlamlaşdırılması, daha da istiləşdirilməsi baxımından çoxsaylı işlər aparılıb. İndiyədək məktəb mühiti üçün neqativ sayılan hallar aradan qaldırılıb. Bu bizim diqqətimizdə olan məsələdir. Bundan sonra da bu məsələyə diqqət yetirilməsi bizim üçün prioritet sayılacaq”.

Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlmasında bildirdi ki, bu məsələdə direktorun məsuliyyəti nəzərə alınmalıdır: “Bu cür insanın məktəb direktoru olmasına aidiyyəti qurumlar necə razılıq veriblər, başa düşmürəm. Əgər həqiqətən də o səs yazısı həmin məktəb direktoruna aiddirsə, buna təəssüf edirəm. Təəssüf ki, balalarımıza təhsil verən məktəbdə bu cür insanlar çalışırlar. Günahı başqasında axtarmaq üçün bir ailənin xanımına, rəhmətə gedən uşağın anasına əxlaqsız deyən, onun haqqında şayiələrin yayılmasına rəvac verən bir adama pedaqoq demək mümkün deyil. İndi həmin direktor müvəqqəti olaraq, yəni araşdırma bitənədək rəhbərlikdən uzaqlaşdırılıb. Mən isə hesab edirəm ki, istintaq bu məsələni obyektiv və hərtərəfli araşdırarsa, məktəb direktoru məsuliyyət də daşıya bilər. Belə insanlar pedaqoji fəaliyyətdən kənar olmalıdır”.

İntihar edən uşağın anasının ikinci dəfə ailə qurması məsələsinə gəlincə, deputat bildirdi ki, heç bir qadın istəməz ki, ailəsi dağılsın və ikinci dəfə ailə qursun: “Əgər insan ikinci dəfə ailə qurubsa, ona əslində ”sağ ol” deyilməlidir. Çünki bu qadın normal ailə qurub və körpə uşaqlarını normal ailədə dünyaya gətirib. Təəssüf ki, ailəyə qarşı bu sözlərin deyilməsi yolverilməzdir”.

Deputat məktəbdə psixoloqların fəaliyyətinin də yetərsiz olduğunu vurğuladı: “Mən hesab edirəm ki, bizim təhsil qurumlarındakı psixoloqlar formal xarakter daşıyırlar. Onların adı var, özləri isə faktiki olaraq fəaliyyət göstərmirlər, şagirdlərlə, onların valideynləri ilə iş aparmırlar. Lazım gələndə şagirdlərin ailələrinə qonaq olub, onların hansı şəraitdə yaşaması ilə tanış olmurlar. Bu da bizim problemli tərəflərimizdən biridir. Ananın hüquqlarına gəlincə, bu uşağı intihar həddinə çatdıran insanlar istintaq orqanları tərəfindən başlanmış cinayət işi çərçivəsində müəyyən olunmalıdır. Hələ ki istintaq gedir. Kənar fikirlər səsləndirməklə istintaqa mane olmaq doğru olmaz. Ümid edirik ki, obyektiv və qərəzsiz istintaq aparılacaq və hər kəs layiqli cəzasını tapacaq. Söhbət kiminsə həbs olunmasından getmir, kimlərsə pedaqoji fəaliyyətdən uzaqlaşdırılacaq, rəhbər vəzifəsini itirəcək. Əgər hansısa psixoloq öz vəzifəsini yerinə yetirmədən, sadəcə, əmək haqqı alırsa, bunlar da araşdırılmalıdır. İntihar edən uşağın rəfiqəsi də açıqlama verdi ki, dəfələrlə onun təhqirə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə müraciət olunub. Rəhbərlik bu barədə məlumatlı olub, ancaq heç bir iş görməyib. Bütün bunlar araşdırılmalıdır”.