Gəncə şəhərində döyülmə hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində yerləşən parkların birində 25 yaşlı qadın döyülərək müxtəlif bədən xəsarətləri alıb.
O, xəstəxanaya aparılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Özünün bildirdiyinə görə, qadını keçmiş əri mübahisə zəminində döyüb.
Faktla bağlı araşdırma aparılır.