Son xəbərlər

Bakıda məşhur müğənninin oğlu adam öldürüb – Yeni detallar














Keçən ilin iyun ayında Bakının Nəsimi rayonunda qətl törətmiş Vəliyev Tuncay Vidadi oğlu və Ocaqverdiyev Fərman Əli oğlunun barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
“News24.az” xəbər verir ki, Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə başlanan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, bir neçə ay əvvəl də bu işlə bağlı materiallar məhkəməyə daxil olsa da, sonradan iş yenidən prokurorluğa qaytarılmışdı.

Hadisə isə keçən il iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.
Həbsdə olan prodüser Təranədən xəbər var














İnsan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova Ali Məhkəməyə şikayət edib.
Təqsirləndirilən şəxsin şikayətinə may ayının 7-də hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T. Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub. 
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.
O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib
Pərvin Abıyeva sərxoş vəziyyətdə hava limanını bir- birinə qatdı — VİDEO















Aktrisa Pərvin Abıyevanın olduğu deyilən yeni videosu yayılıb.
Bu barədə sosial şəbəkə istifadəçilərinin biri status paylaşıb:

“Bu gün Bakı aeroportunda maraqlı halla qarşılaşdım. Bizimlə birlikdə 2 məşhur və bir modelfason qız Istanbuldan Bakıya gəlirdi. Çox məşhur aktrisamız və modelfason qız özlərini çox səviyyəsiz şəkildə aparırdılar, hər kəsin gözü önündə çamadanın üstünə çıxıb, qışqırırdılar. İçkinin təsiri altında olan bu aktrisa ilə modeli ətrafda çox adam lentə aldı. Dediyim odur ki, məşhur dediyimiz adamlar çox vaxt səviyyəsiz və düşük insanlar olur.”

İddiaya görə, izləyicinin söylədiyi aktrisa Pərvin Abıyevə və model isə Səmra Hüseynova olub.
Sözü gedən videonu təqdim edirik:<iframe width="580" height="316" src="https://www.youtube.com/embed/KTFH7tPRY_0" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Azərbaycanda dəhşət — Kosmetoloq qızın burnunu çürütdü (FOTO)














Bir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. Lakin üç gün sonra burnunda qaralmalar olduğunu görüb. Kosmetoloquna bu barədə məlumat versə də, heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib.
Oxu.Az xəbər verir ki, bu barədə həkim-kosmetoloq Sevinc Abdullayeva özünün sosial hesabından paylaşım edib.

Onun sözlərinə görə, qız iki gün daha gec müraciət etsəydi, onu bu vəziyyətdən çıxarmaq mümkün olmayacaqdı:

“Anatomiya sahəsindən xəbərsiz, qeyri-peşəkar həkimlər (bəzən də ali tibbi təhsili olmayan kosmetoloqlar) pasientləri bu tip faciəvi nəticələrə gətirib çıxarırlar.

Bu xanım mənim yanıma əməliyyatsız rinoplastika prosedurundan (yəni hialuron turşusu tərkibli fillerlərin infeksiyası köməyilə burunun əyriliyinin aradan qaldırılması) sonra gəldi.
Prosedur zamanı filler damara düşüb, işemiya və nekroz ilə sonlanıb. Kosmetoloq xanımı bir xeyli vaxt sakitləşdirməyə çalışıb və heç bir problemin olmadığına inandıraraq, müxtəlif lazımsız mazlardan istifadə etməyi məsləhət görüb.

Xanım özü məni tapdı, amma problem artıq altıncı gün idi ki, inkişaf edirdi. Hər bir dəqiqə bizim əleyhimizə işləyirdi. Biz uğurlu nəticəyə inanmırdıq, amma xanımı bu vəziyyətdə qoymaq istəmədik və işə başladıq.

Azərbaycanda dəhşət — Kosmetoloq qızın burnunu çürütdü (FOTO)
Azərbaycanda dəhşət — Kosmetoloq qızın burnunu çürütdü (FOTO)
Azərbaycanda dəhşət — Kosmetoloq qızın burnunu çürütdü (FOTO)

Həftələrlə uzun sürən müalicə nəticəsində burunu xilas edə bildik”.
Çempionlar Liqasında fantastika: Bir gecədə 13 qol – Video















Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son iki matç baş keçirilib.

İngiltərədə “Mançester Siti” ilə “Tottenhem”in dueli məhsuldarlığı ilə göz oxşayıb. Görüşün ilk 21 dəqiqəsində komandalar 5 qol vurublar. Ümumilikdə isə 7 qolun vurulduğu qarşılaşmada mançesterlilər qalib gəlsələr də, yarımfinala London klubu adlayıb.

İngiltərənin digər təmsilçisi “Liverpul” da yarımfinala yüksəlib. Ötən həftə evdə “Portu”nu iki cavabsız qola qonaq edən mersisaydlılar Portuqaliyada da qələbə qazanıblar.

1/4 final mərhələsinin cavab oyunları başa çatdıqdan sonra yarımfinal cütləri müəyyənləşib. Finalın bir addımlığında “Tottenhem” – “Ayaks” və “Barselona” – “Liverpul” cütləri üz-üzə gələcək. Bu raundun ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri mayın 7-8-də baş tutacaq.

Çempionlar Liqası
1/4 final, cavab oyunları
17 aprel

23:00. “Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) – 1:4
Qollar: Militao, 69 – Mane, 26, Salah, 65, Firmino, 77, Van Diyk, 84
Baş hakim: Danni Makkelli (Hollandiya)
Portu. “Draqao” stadionu
İlk oyun – 0:2

23:00. “Mançester Siti” (İngiltərə) – “Tottenhem” (İngiltərə) – 4:3
Qollar: Sterlinq, 4, 21, Bernardu Silva, 11, Aquero, 59 – Son, 7, 10, Lorente, 73
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Mançester. “Etihad” stadionu
İlk oyun – 0:1
Azərbaycanda tükürpədici qətl: Gəncin sinəsinə xaç çəkib meşədə diri-diri basdırdılar — VİDEO














Azərbaycanda dəhşətli qətl hadisəsi törədilib.
Femida.az bildirir ki, tükürpədici hadisə Lənkəran rayonunda baş verib. 18 yaşlı gənc oğlan martın 14-də evdən çıxıb və bibisigilə getdiyini bildirib. Bir müddət keçdikdən sonra oğlandan xəbər ala bilməyən valideynlər qohumlarına zəng ediblər. Qohumlar uşağın onlarda olmadığını dedikdən sonra valideynlər polisə məlumat verib. Bir müddət keçəndən sonra məlum olub ki, gənc oğlan meşədə vəhşicəsinə öldürülüb, meyiti isə daş hasarın ətrafında gizlədilib. Cinayətin üstü isə təsadüfən açılıb. Meşəyə odun toplamağa gedən 4 nəfər qadın təsadüfən gənclərin yarımtikilidə toplaşdığını və şübhəli hərəkətlər etdiklərini görüblər. Qadınlar həmin əraziyə yaxınlaşan zaman ərazidə olan 4 nəfər gəncdən 3-ü qaçaraq meşədə gizlənib. Digər bir nəfər isə əraziyə gələn qadınlardan biri Gülçöhrə adlı qadına hücum çəkib və ona xəsarət yetirib. Qadın çətinliklə də olsa polisə məlumat verə bilib. Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı Əkbər artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.

Qətlə yetirilən gəncin valideynləri Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" proqramında dəhşətli fikirlər səsləndirib. Gəncin anası Xatirə xanımın dediyinə görə, oğlunu 4 nəfər birlikdə öldürüb. Oğlu 2 gün kimsəsiz ərazidə can verib. Gənc öldükdən sonra meyitə işgəncələr verilib və meşəyə gedən yolda kimsəsiz bir yerdə basdırılıb. Valideynlərin dediyinə görə, övladları öldürüldükdən sonra boynu sındırılıb, sinəsinə xəncər vurulub və meyitə qarşı qeyri-etik hərəkətlər edilib. Qətllə bağlı daha ətraflı videonu təqdim edirik:<iframe src='https://bax.tv/player/60266.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Azərbaycanda qız bıçaqla sevdiyi oğlanın evinə gedib: “Məni almasan…” – Təfərrüat














Şirvan şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Tamara Babayevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Tamara Babayeva qonşusu Faiq Mirzəyevin Şirvan şəhəri, Naxçıvan küçəsindəki evinə gəlib.

Tamara aralarında sevgi münasibətləri olduğu halda başqa qıza elçi göndərmək barədə eşitdiklərini Faiqə irad tutub.

Tamara bildirib ki, Faiq hadisədən bir neçə gün əvvəl atası Sabirə qızının mütəmadi evinə gəldiyi, ailə qurmağı tələb etdiyini söyləyib. Buna görə də Tamara Faiqə öz iradını bildirib.

Faiq isə Tamaranı sevmədiyini, başqa qızla ailə quracağını deyib. Ondan əl çəkmədiyi üçün atasına şikayət etdiyini də dilə gətirib.

Buna görə Tamara ilə Faiq arasında mübahisə yaranıb.

Mübahisə zamanı Faiq Tamaranın qolundan tutub və evi tərk etməsini tələb edib.

Bu zaman Tamara özü ilə gətirdiyi bıçağı çantasından çıxararaq Faiqin qarın nahiyəsindən vurub. Faiq aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Tamara Babayevanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Tamara Babayevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

Hökmdən narazı qalan Faiq Mirzəyev apelyasiya şikayəti verib. Qeyd edib ki, Tamara Babayeva onu öldürmək məqsədilə bıçağa əl atıb.

Faiq Mirzəyev onu bıçaqlayan sevgilisinin həbsini istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə Faiq Mirzəyevin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib. O, həmin qərarın ləğv edilməsini, cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını istəyib.

Bu şikayətə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Kasasiya şikayəti təmin olunmayıb.
Bakıda gecə klubundan çıxan iki qadını zorlamaq istədilər — MƏHKƏMƏ















Zorlamada təqsirləndirilən Rəhim Rzayev, Vaqif Məmmədov və Nəsib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 18-nə təyin olunub.

İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib. Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını və dostları ilə birlikdə zorlamağa cəhd etdiklərini deyiblər.
Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb.