Son xəbərlər

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini 34 yaşlı Ramal Nəbiyev bıçaqlanıb.Yaralı dərhal xəstəxanaya yerləşdirlib.
Yaralı əməliyyat olunub, vəziyyəti kafidir.

Onun hansı şəraitə bıçaqlandığı məlum deyil.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.

 

Xaçmazda 62 yaşlı məktəb direktorundan 6-cı sinif şagirdinə qarşı iyrənc hərəkət — MƏHKƏMƏ















Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Məstan oğlu Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayət göndərilib.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 2-nə təyin olunub.

İttiham aktına görə, Gülfərz Alxasov 1996-cı ildən Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.

O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü M. F. R. qızına qarşı əxlaqsız hərəkətlər edib.

İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Fidan Məhərrəmovaya qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə Fidan Məhərrəmovanı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə M. F.-nı xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.
Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağıraraq, onunla seksual xarakterli hərəkətlər edib.

İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hər dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.

Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxaasov xidməti otağına çağırdığı şagirdi ilə intim münasibətdə olmağa başlayıb. O, Fidan Məhərrəmovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəbin işçilərindən biri içəri daxil olub.

Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.

Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Masazırda komendant 3 nəfəri niyə güllələdi? – Şok təfərrüat – Foto














Masazır qəsəbəsində baş verən silahlı insidentin şok təfərrüatı ortaya çıxıb.

Bakupost.az yazır ki, “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram Yusifovun törətdiyi cinayətin səbəbi puldur.

Belə ki, silahlı insident zamanı yaralanan şәxslәr “Yeni Bakı” yaşayış kompleksinin sakinlәri deyil. Ehtiramın güllələdiyi şəxslər maklerlərdir. Onunla həmin şəxslər arasında ev alqı-satqısı ilə bağlı danışıq olub, Yusifov onlardan əlavə faiz tələb edib və narazılıq yaşanıb.

Bundan sonra Ehtiram satılan evlə bağlı təmizlik kağızı adlanan sənədi “makler”lərə verməkdən imtina edib və onlar arasında razılaşma əldə edilməyib. Nəticədə Yusifov silahını götürüb Mazasıra maklerlərin ofisinə gəlib və onları orada güllələyib.

Bildirilir ki, Ehtiram “İlin Dörd Fəsli” MMC tikinti şirkətinin sahibi Elnur Hüseynovun dayısıdır. O, “Yeni Bakı”ya komendant təyin edildikdən bəri yaşayış kompleksində az qala hər gün davadır.

Məlumata görə, Ehtiram Yusifovun Ruhiyyə adlı ikinci həyat yoldaşı yaşayış kompleksindən ev satan “makler”lərdən əlavə faiz tələb edirmiş. İddiaya görə, şirkətin rəhbəri Elnur isə bütün bu məsələlərdən xəbərdar imiş və dayısının tərəfini tuturmuş.

Masazırda komendant 3 nəfəri niyə güllələdi? – Şok təfərrüat – Foto


Ehtiram Yusifov

Adıçəkilən yaşayış kompleksindən ev satan “makler”lərin hamısı Ehtiram və Ruhiyyəyə 1500 manat pul ödəməliymiş.

Eyni zamanda “İlin dörd fəsli” şirkətinin vergidən yayınmaq üçün adıçəkilən yaşayış kompleksinin sakinlərinə “kupça” verməyi də müxtəlif bəhanələrlə uzatdığı iddia edilir.

Qeyd edək ki, Elnur Hüseynov Bakıdakı məşhur “3 korona” yaşayış kompleksinin də sahibidir.

Minval.info xatırladır ki, silahlı insident zamanı “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayaq, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın və 1980-cı il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yaraları alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Digər bir məlumatına görə, münaqişə hadisə iştirakçıları arasında söyüş söyülməsi səbəbindən yaranıb.
Zaqatala rayonunda 3 nəfəri it dişləyib















Zaqatala rayonunda 3 nəfəri it dişləyib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ilk hadisə Muxax kəndində baş verib.

Kənd sakini 1989-cu il təvəllüdlü Əfqan İsmayıl oğlu Həsənovu kənd ərazisində it dişləyib.

Növbəti hadisə rayonun Göyəm kəndində qeydə alınıb.1949-cu il təvəllüdlü Məhəmməd Abdusalam oğlu Liliyevə də sahibsiz it hücum çəkib.

Digər hadisə isə rayonun Muğanlı kəndində baş verib. 2006-cı il təvəllüdlü Akif Natiq oğlu Musayevi küçə iti dişləyib.

İt dişləyən şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər üç şəxsə əl və barmaq nahiyyələrinin it dişləməsi diaqnozu qoyulub və peyvənd olunduqdan sonra evə buraxılıblar.
Şüvəlanda restoranda ölüm hadisəsi baş verib














Şüvəlanda restoranda ölüm hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Şüvəlanda yerləşən “Qala” restoranında 55 yaşlı İlqar Novruzov adlı musiqiçinin halı pisləşib.

Təcili tibbi yardım hadisə yerinə gələnə qədər musiqiçi keçinib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, təcili tibbi yardıma çağırış gecə saat 01:28-də daxil olub: “Hadisə yerinə çağırılan həkim briqadasına ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb. Qəfil ölümün səbəbi ekspertlərin rəyi hazır olduqdan sonra bilinəcək”.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Tərtər rayonunda intihar hadisəsi baş verib

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Evoğlu kəndində yerləşən meşə zolağında qeydə alınıb.

Rayonun Qaraqoyunlu kənd sakini, 1989-ci il təvəllüdlü Məmmədov Nicat Rafet oğlu özünü ağacdan asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, bu, rayonda gün ərzində baş verən ikinci intihar hadisəsidir. Bu gün Tərtərdə 25 yaşlı gənc də intihar edib.

Ermənistanda azərbaycanlı əsirin vəziyyəti pisləşdi















Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində əsir götürülmüş və hazırda həbsdə saxlanılan Elvin İbrahimovun səhhətində problem yaranıb.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, o, aprelin 24-də Erebuni Tibb Mərkəzində mədəsindən əməliyyat olunub. Lakin, onun xəstəliyi barədə məlumat verilməyib.

Ermənistanın Ədliyyə Nazirliyindən bildirilib ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də məlumatlandırılıb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu evdən işə getmək adı ilə çıxıb və sərhəd xəttində yolu azıb. Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və əsir götürülüb.

Biləsuvarda 20 yaşlı oğlan canına qəsd edib.

"Report" xəbər verir ki, rayonun Səmədabad kəndində İ.Əhədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

İntiharın səbəbləri araşdırılır.

 
Qar uçqununda həlak olan hərbçimiz dəfn edildi – Fotolar














Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Məmmədov Fərrux Fərman oğlu dəfn edilib.

“Report” xəbər verir ki, mərhum Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, hərbçilər, F.Məmmədovun yaxınları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu ailəli idi. Onun 1 qız övladı yadigar qalıb.

Qeyd edək ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində ilk olaraq H.Abdullayevin, bir müddət sonra isə F.Məmmədovun nəşi tapılıb.
Yevlaxda avtobus 7 yaşlı uşağı vuraraq öldürüb















Yevlaxda sərnişin avtobusu 7 yaşlı uşağı vuraraq öldürüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

Yaşadığı evdən qəfil yola çıxan 7 yaşlı Əsgərova Ləman Asim qızını kənd avtobusu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.