Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Ləki kəndində qeydə alınıb. Kənd sakini olan bir çağırışçının hərbi xidmətdən qayıtması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən qonaqlardan 14 nəfərin yeməkdən sonra halı pisləşib. Onlardan 8 nəfərinə zəhərlənmə əlamətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib. Qalan 6 nəfəri – Pirəzə kənd sakini, 2000-ci il təvəllüdlü Mustafayeva Rəqibə Söhrab qızı, Aşağı Ləki kənd sakinləri – 1990-cı il təvəllüdlü Abdullayeva Bibixanım Feruz qızı, 1960-cı il təvəllüdlü Abdullayev Abdulla Abdurrəhman oğlu, 1984-cü il təvəllüdlü Abdullayeva Nigar Namizəd qızı, 1996-cı il təvəllüdlü Abdullayeva Zərifə Teyyub qızı və 1988-ci il təvəllüdlü Abdullayev Orxan Yaşar oğlunun vəziyyəti ağır olduğu üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Onların ət yeməyi və ya paytaxt salatından zəhərləndiyi bildirilir.
Zəhərlənmənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.
Bakının Binəqədi rayonunda ağlasığmaz hadisə baş verib.
Sosial şəbəkədə yayılan məlumata görə, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığındakı avtomobil parklarından birində “Gelandewagen” bilərəkdən oradakı avtomobilləri əzib.
Sürücü avtomobili park halında olan 12 avtomobilə çırpıb.
Bakının Binəqədi rayonunda ağlasığmaz hadisə baş verib.
Sosial şəbəkədə yayılan məlumata görə, Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığındakı avtomobil parklarından birində “Gelandewagen” bilərəkdən oradakı avtomobilləri əzib.
Sürücü avtomobili park halında olan 12 avtomobilə çırpıb.
Xəbər verdiyimiz kimi, Bakıda özəl xəstəxanada ötən həftə yeni doğulmuş körpə ölüb.
Minval.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən “German” Hospitalda baş verib.
1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.
Ölən körpənin valideynləri və qohumları hadisəyə görə xəstəxananın həkimlərini günühlandırır. Onlar övladlarını doğumdan 3 gün sonra “German” Hospitaldan götürməyə gəlsələr də, tibb işçiləri uşağın keçindiyini bildirib.
Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.
Daha ətraflı videoda:<iframe src='https://bax.tv/player/61580.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Evindən 500 min manata yaxın qızıl- zinət əşyaları oğurlanan, əlavə 360 min manat ziyana düşən qadının hekayəti.
BAKU.WS xəbər verir ki, bu günlərdə cenubxeberleri-nə bir qadın müraciət edib. Özünü Bənövşə Əliyeva kimi təqdim edən qadın bildirib ki, Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. Hazırda Masallı şəhərində, “Köhnə bazar” adlanan ərazidə qızıl alveri ilə məşğuldur.
Qadının dediklərini sizə təqdim edirik:
“Uşaqlığım zülmlə keçib. Atam maldar olduğu üçün elə mən də uşaq vaxtından qoyun, mal-qara otarmışam. İşimiz çöl-bayırla olduğu üçün əməlli-başlı savadım da olmayıb.
3 bacı, 5 qardaş idik. Tale elə gətirdi ki, 2 qardaşım Rusiyaya getdi. Babat pul qazanmağa başladı. Qərara gəldik ki, bizə də sərmayə versin, burada çörək qazanaq. Beləcə, qızıl alverinə başladıq. 20 ildən artıqdır ki, bu alverlə məşğulam.
Ürəyim istəyən adam olmadığı üçün taleyimlə barışmış, tənha yaşamağa qərar vermişdim. 42 yaşım olanda o vaxt Təzə bazarda işlədiyim dükanda mənə bir nəfər cəlilabadlı yaxınlaşdı, dedi ki, saatsaz axtarıram, haradan tapım? Beləcə tanış olduq. Daha sonra 2 dəfə də gəldi. 3-cü dəfə isə bir qadınla gəldi.
Sonra Köhnə bazara yerimi dəyişəndə yenə əl çəkmədi.
Yaxınlarıma bildirdim ki, belə bir adam mənə yaxınlaşır, evlənmək təklif edir. Bacım razı deyildi. Lakin ətrafdakılar təkid etdiyi üçün razılaşdım.
“Bir qadın, 2 yeniyetmə qızla bizə elçiliyə gəldilər”
Bacısı adlandırdığı şəxs və bacısı uşaqları adlandırdığı 2 yeniyetmə qızla bizə gəldi. Qardaşım, bacım evdə idi. Razılığa gəlib aldım-verdim etdik. Rəsmi nikaha girmədik.
Sonralar, daha doğrusu, bu günlərdə bəlli oldu ki, bacısı adı ilə gələn qadın onun 1-ci həyat yoldaşı, yeniyetmələr isə öz qızları imiş. Yəni, əvvəlki arvadı və öz qızları ilə bizə elçiliyə gəlib.
Avamlığımdan, savadsızlığımdan bilməmişəm. Dərindən araşdırmadan, həyat yolunu ətraflı öyrənmədən əslən Cəlilabad rayonundan olan Elçin adlı bu oğlanla ailə həyatı qurmağa razılıq verdim.
Toyun bütün xərcini özüm çəkdim.
Deyirdi ki, kasıb oğlanam, heç nəyim yoxdur. 3 bacım, 3 qardaşım var. Heç biri ilə aram yoxdur. Anam da yoxdur (sən demə, var imiş). Ona görə onlar toya gəlməyəcək. Buna görə geyim-keçimindən, toyun yemək-içməyindən tutmuş, ən xırda xərcinə qədər mən etdim.
Toyumuz 2009-cu il, mayın 19-da Şərəfə kəndindəki “Kamran” şadlıq sarayında oldu.
10 ilə yaxın bir yerdə yaşadıq. Maşın aldım, pal-paltar, yemək-içmək, dərman-həkim pulu, benzininə qədər… qısası, nə xərci var idisə, mənim çiynimdə idi.
“Pul qopartma oyunları isə toydan təxminən 3 ay sonra – 30 min manat istəməklə başladı”
Ailə həyatı qurmağımızdan təxminən 3 ay keçmişdi ki, Elçin dedi, mən əvvəllər Gəncədə maşınla adam vurmuşdum. Həmin adam da ölmüşdü. İndi həmin işi yenidən tərpədiblər. Mənə 30 min manat lazımdır ki, həmin işi bağlayım. Bir az tərəddüd etsəm də, düşündüm ki, yeni ailə qurmuşam, hələ ki, imkanım var, pulu verim, bu iş bitsin. Beləliklə, 30 min manatı ona verdim”.
u gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 2-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı, qoruyucu açar və 6 p.m elektrik kabeli yanıb. FHN-in saytı xəbər verir ki, yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycan oliqarxları və onların yaxınları, yaxud törəmələri “hərəyə azı bir piyada öldürək” devizini uğurla həyata keçirməkdədir. Oliqarxiya çevrələrinə bağlı olan sürücü tərəfindən növbəti piyada vurulması hadisəsi ötən gün axşam Nizami rayonunda baş verib. Aprelin 30-da saat 22.00 radələrində Nizami rayonu, M.Əliyev küçəsində Mahir Əsədov idarə etdiyi “Range Rover” markalı 90 OG 002 nömrəli avtomobillə şəxsiyyəti məlum olmayan piyadanı vuraraq yolun hərəkət istiqamətinə atıb, eyni yolda hərəkətdə olan Seyhun Məmmədovun idarə etdiyi “Mercedes” markalı 90 GT 562 nömrəli avtomobil isə həmin şəxsin üzərindən keçib və hadisə yerindən qaçıb. Ağır vəziyyətdə olan piyada 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir. Həmin sürücü “90 OG 002” dövlət nömrə nişanını “Mercedes” və “Audi” markalı avtomobildə də istifadə edir. Özü də eyni vaxtda. Bu barədə sosial şəbəkələrdə həmin sürücü tərəfindən fotolar nümayiş etdirilir.
Hadisəni törədən sürücü ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, Mahir Əsədov Bakının əsasən zənginlərin məskəni olan “Vorovski” qəsəbəsində yaşayır, bizneslə məşğul olduğu, “Ağ şəhər”də binalar inşa etdiyi deyilir və onu qəsəbədə “çox nüfuzlu biri” kimi tanıyırlar.
Hələlik hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı rəsmi məlumat yaymayıb. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev isə virtualaz.org-a açıqlamasında eyni dövlət nömrə nişanının müxtəlif avtomobillədə istifadə olunması faktının araşdırılacağını dedi: “Ola bilər ki, bu fotoşop olsun. Çünki indi elə dövrdür ki, texnika vasitəsilə nömrəni dəyişdirmək, üzərinə başqa nömrə yapışdırmaq mümkündür. Biz bu barədə araşdırma aparacağıq və araşdırmadan sonra məsələyə hüquqi qiymət verilə bilər”.
Xatırladaq ki, oliqarxların törəmələrinin eyni dövlət nömrə nişanını çoxsaylı avtomobil kolleksiyasında yer alan müxtəlif avtomobillərə yapışdırması geniş yayılmış haldır. Dəfələrlə bu barədə faktlar, görüntülər yayılıb. Virtualaz.org
“Araz marketdən alınan ciyərin içərisindən qurd çıxıb”.
Bunu “news24.az”a müraciət edən oxucularımızdan biri deyib.
Onun sözlərinə görə, dünən Masazır ərazisindəki Araz marketdən ciyər aıblar. Evə gətirdikdən sonra görüblər ki, ciyərin içərisi qurdla doludur. Gördüklərini videoya çəkib sosial şəbəkədə paylaşan oxucu bundan hər kəsin xəbər tutmasını istəyir:
“Biz ciyəri geri qaytardıq. Amma istəyirəm ki, bunu hər kəs bilsin. Həmin mağazalardan nəsə aldıqda diqqətli olsunlar.
May ayının ilk günü üçün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 13-15, gündüz 21-23 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında mayın 1-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 14-19 dərəcə isti təşkil edəcək.