Son xəbərlər

SON DƏQİQƏ: Bakıda restoranda yanğın – VİDEO


Bakının Nəsimi rayonunda tanınmış restoranlardan birində yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə bu gün səhər saat 09:30-da 20 Yanvar küçəsində yerləşən “Pioner Arena” binasında yerləşən “Pioner Lanç” restoranında qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşını, yanğınsöndürənlər və xilasedicilər cəlb olunublar. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Bu gün 32 dərəcə isti olacaq


Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanda qadın “ACE”dən zəhərlənib öldü


Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.

“Qafqazinfo” verdiyi xəbərə görə, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S. Musayeva mayın 13-də yaşadığı evdə “ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib. Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.

S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.
Bakirə çıxmadığı deyilən gəlindən şok sözlər: “Ərim özünə baxıb həzz alırdı” – VİDEO


İsmayıllıda ikinci həyat yoldaşı intihar edən Seyhunun haqqında ilk həyat yoldaşının söylədiyi fikirlər qalmaqala səbəb olub.

Seyhunun keçmiş həyat yoldaşı olan Vüsaləninin toy gecəsi bakirə çıxmadığı üçün boşadığını deməsi ortaya bəzi faktların çıxmasına səbəb olub. Minval.info xəbər verir ki, Seyhunla sadəcə 38 gün evli qalan Vüsalə Seyhunun psixoloji problemlərinin olduğunu və ona müxtəlif işgəncələr verdiyi üçün boşandığını deyib:

“Bakirə çıxmasaydım, 38 gün o evdə qalmazdım və o evi özüm tərk etməzdim. Əgər dediyi kimi olsaydı məni çoxdan biabır etmişdi, küçəyə atmışdı. Niyə həmin gecə bakirə olmadığımı bilib məni atamı evinə göndərmədi? Çüqnki yalan danışır. Mən onun əlindən canımı qurtarmışam, qaçmışam ordan. Seyhunun psixoloji problemləri var.

Siçanı öldürürdü, fotosunu çəkib məsə göstərirdi. Deyirdi ki, bu siçanın başını qopardığım kimi sənin də başını qopararam. Atamla, qardaşımla, hətta anamla belə görüşməyə icazə vermirdi. Məni ailəm xilas etdi”.

Vüsalə keçmiş həyat yoldaşı onun haqqında şok ifadələr səsləndirib: “Toydan əvvəl bəyənib aldığı donları gecə zorla öz əyninə geyinib, ayaqqabıları ayağına keçirib, iplə də bağlayıb, güzgünün qabağında dayanıb özünə baxıb həzz alırdı. Güzgüdə öz-özünə danışırdı. Normal adam belə olmur”.

Qeyd edək ki, İsmayıllıda intihar edən 5 ayın gəlini Mahirə Hüseynovanın ailəsi Space TV-də yayımlanan “Gəl, dərdini danış” veriliində onun ölümündə həyat yoldaşını ittiham edib. Onlar bildiriblər ki, qızlarının əri Seyhun həddindən artıq qısqanc olub. Ailə üzvləri Mahirənin intihar həddinə çatdırıldığını, yaxud öldürüldüyünü idda ediblər. Efirdə intihar edən gəlinin toyundan kadrlar nümayiş etdirilib. Kadrlarda diqqət çəkən məqamlar gözdən qaçmayıb. Xüsusən Mahirənin ərinin qısqanclığı, ona toyda oynamağa icazə verməməsi və toyu yarıda tərk etmələri hər kəsin diqqətini cəlb edib.

<iframe src='https://bax.tv/player/62788.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>Xatırladaq ki, ötən ay İsmayıllı rayonunun İvanovka kəndində 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil. İlkin ehtimala görə, M.Hüseynova ailə münaqişəsi zamanı əsəbiləşərək intihar edib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakıda meymun gənci xəstəxanalıq etdi: Əməliyyat olundu



Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib. Hadisə Nizami küçəsində baş verib.

ONA-nın məlumatına görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun qulağı cərrahi əməliyyatla tikilib.
Bakıda avtomobil yanıb


Bakının Sabunçu rayonunda avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Əraziyə nazirliyin yanğından mühafizə dəstəsi cəlb olunub. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
FHN əməkdaşını qətlə yetirən şəxsin kimliyi məlum oldu



Sumqayıtda Fövqəladə Hallar Nazirliyinin əməkdaşını qətlə yetirən şəxsin kimliyi məlum olub.
Trend-in məlumatına görə, qətl hadisəsini Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü İbrahimov Şəmsəddin Yapon oğlu törədib.

Məlumatda bildirilir ki, Ş.İbrahimov Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional İdarəsinin həyətinə gələrək oranın işçisi Kərimov Emin Vəli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində Ş.İbrahimov özü ilə gəzdirdiyi bıçaqla E.Kərimovun ürəyinə iki zərbə endirib. E.Kərimov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra Ş.İbrahimov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlayıb.

Xatırladaq ki, mayın 8-də səhər saatlarında Sumqayıt şəhər sakini, Fövəqladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, 1984-cü il təvəllüdlü çavuş Kərimov Emin Vəli oğlu iş yerinin həyətində qətlə yetirilib.
Azərbaycanda ər evdən qaçan xanımını iş yerində öldürdü


Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.

Publika.az xəbər verir ki, mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdiriliblər.

Lakin G.Əmənova ötən gecə vəfat edib.

Qeyd edək ki, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. Bundan sonra həyat yoldaşı onun ticarət mərkəzində işlədiyi eynək dükanına gəlib. O, evdən getmiş xanımını bıçaqlayıb.

Artıq hadisəni törədən şəxs tutulub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb.
Bakı metrosunda 2 gündür nə baş verir? – Sərnişinlərin halı pisləşdi


Bu gün 7.30-dan etibarən bütün istiqamətlərdə qatarlar gecikmə ilə hərəkət ediblər. Gecikən qatarlar platformalarda dəqiqələrlə dayanıblar. Bunun nəticəsində platformalarda hədsiz sərnişin sıxlığı yaranıb.

Vaqonlardakı sıxlıq və havasızlıq bir çox sərnişinin halının pisləşməsinə səbəb olub.

Bakı Metropolitenindən baku.ws-ə verilən məlumata görə, qatarların gecikməsinə səbəb texniki problem olub.

Bütün istiqamətlər gecikmənin səbəbini isə belə izah ediblər: “Əgər bir xətdə gecikmə varsa, mütləq digər qatarların hərəkətində gecikmə yaşanacaq”.

Ümumiyyətlər, son iki gün ərzində “Bakı Metropoliteni”nin stansiyalarında və qatarlarda sərnişin sıxlığı pik həddə çatıb. Eyni zamanda, bu gün stansiyalardakı qatarın istiqamətini göstərən elektron lövhələr də işləmir. Nəticədə sərnişinlər qatara minib-minməməkdə tərəddüd edirlər.

“Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Modern.az-a açıqlama verib:

“Son iki gündür özüm də metroda sərnişin sıxlığını müşahidə edirəm. Bunun da adətən iki səbəbi olur: ya sərnişin çoxdur, ya da qatarlararası interval çoxdur. Maraqlıdır ki, bu günlərdə ölkə əhəmiyyətli tədbirlər də yoxdur ki, avtobusların hərəkət istiqamətinin dəyişməsi səbəbindən baş verdiyini düşünək. Adi iş günlərdə orta hesabla 600 mindən çox sərniş metrodan istifadə edir. Dünən və bu gün gözlə görünən say həmişəkindən çox olduğunu deməyə əsas verir. Xüsusilə “28 May”, “Koroğlu”, “Neftçilər” stansiyalarında sıxlıq daha çoxdur”.

B.Məmmədov qeyd edib ki, elektron lövhələrin işləməməsi texniki səbəbdəndir və yaxın saatlarda bərpa olunacaq.
Bakıda müəllimə şagirdi döyüb, videoya çəkdi – Həmin görüntülər (VİDEO)



Bakıda orta məktəbdə daha bir şagird müəllim tərəfindən döyülüb.

Bakının Binəqədi rayonunda yerləşən 246 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdi döyülüb.

Mənbənin verdiyi məlumata görə, hadisə mayın 10-da II sinifdə baş verib. İddiaya görə, şagirdə fiziki güc tətbiq edən müəllimə Pərvanə Absalamovadır.

Valideynlər bu kimi halların bir neçə dəfə təkrarlandığını və bundan narahat olduqlarını qeyd ediblər. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini təqdim edəcəyik.

Femida.az