Son xəbərlər

 
Ilanların fəal dövrü başlandı – Zoologiya İnstitutundan XƏBƏRDARLIQ


Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.

İnstitutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar Kür-Araz ovalığında, Qarabağ, Şirvan düzənliyində, Muğan düzündə, bir sözlə ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar:

“İlanların, o cümlədən levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar”.

T.İsgəndərov qeyd edib ki, ilanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış “sığınacaqlarda”- zirzəmilərdə, abad olmayan həyətlərdə – burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər:

“Öz həyətində ilanlardan qorunmağın ən yaxşı yolu budur ki, həyətini ilanlar üçün cəlbedici etməyəsən. Həyətin hər tərəfinə daşdan hasar çəksən belə, əgər onun içində tullantılar yığılıbsa, abadlıq yoxdursa, kərtənkələ, qurbağa, yəni ilanlar üçün yem varsa, onda orada ilanlar olacaq. İlan hasardakı balaca deşikdən belə özünə yer tapıb həmin həyətə girəcək. Buna görə də çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, adları qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər”.

Mütəxəssis ilanların ola biləcəyi ərazilərdə yaşayan və işləyən insanların təhlükəli ilan sancmalarından qoruna bilməsi üçün mümkün yolları da açıqlayıb:

“İnsanlar bilməlidirlər ki, adları qeyd edilən yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq. Onu da unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalniz özünü müdafiə edəcək! Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız, onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar”.

T.İsgəndərov öldürülən ilana görə onun cütünün, yaxud qardaşlarının qisas alması barədə deyilənləri də rəvayət adlandırıb.

Onun sözlərinə görə, bəzən həyətində ilan öldürən şəxs bu hadisədən sonra başqa ilanı gördükdə onun qisas almaq üçün buraya gəldiyini zənn edir:

“Bəzən həyətdə bir deyil, bir necə ilan olur və onların da hamısı eyni vaxtda görünmür. İlanı öldürdükdən sonra həyətdəki ilanlardan digərini görən şəxs də elə bilir ki, bu ilan həyətə qisas almaq üçün gəlib. Lakin bu məlumatların heç biri düzgün deyil. İlanların öldürülməsinə görə onun cütünün, yaxud qardaşının qisas alması barədə deyilənlər ancaq rəvayətdir”.
20 Yanvar 2025 İtinə görə adam döydü: elektron qolbaqda gəzəcək
20 Yanvar 2025 Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl oğurlandı
10 Yanvar 2025 Bakıda gözətçini hədələdi, 10 minlik oğurluq etdi
08 Yanvar 2025 Qubada küçə itləri qadınlara hücum etdi
20 Dekabr 2024 At arabası ilə qəza törətdi, məhkəməlik oldu
18 Dekabr 2024 Məsciddən samovar oğurladılar
18 Dekabr 2024 Narkotik çəkib yük maşını sürən şəxs saxlanıldı
14 Dekabr 2024 Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü
09 Dekabr 2024 17 yaşlı oğlanı öldürən şəxsə 17 il həbs cəzası verildi
06 Dekabr 2024 Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanıldı
05 Dekabr 2024 Ermənistanda kütləvi dava: bıçaqlananlar var
04 Dekabr 2024 Mingəçevirdə 36 yaşlı kişi yeniyetməni döydü
04 Dekabr 2024 Bakıda kafedə qadınlar arasında dava: xəsarət alan var
03 Dekabr 2024 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı
02 Dekabr 2024 Tikiş sexində 16 azərbaycanlı dəm qazından zəhərləndi
02 Dekabr 2024 Bakıda əməliyyat: 251 min dollarlıq dələduzluq...
26 Noyabr 2024 3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
20 Noyabr 2024 Falçı Bakıya karqoda qurd yağı göndərdi
20 Noyabr 2024 Özünü 12-ci imam adlandırdı – Məhkəmə
05 Noyabr 2024 Polisin əmrinə tabe olmayan sürücü həbs olundu
28 Oktyabr 2024 Xoruza görə qonşularını məhkəməyə verdi
26 Oktyabr 2024 92 yaşlı qadın dəm qazından boğularaq öldü
25 Oktyabr 2024 Məşhur mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açıldı
25 Oktyabr 2024 Bakıda “Hunday”la “Kamaz” toqquşdu: ölən var
24 Oktyabr 2024 Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
23 Oktyabr 2024 Borş yeyən körpə öldü, anası saxlanıldı
23 Oktyabr 2024 “McDonald`s”da bir nəfər zəhərlənərək öldü
22 Oktyabr 2024 Sitrus bağlarına görə oğlunu güllələyən ata saxlanıldı
22 Oktyabr 2024 Bakıda tuneldə batan gənclər çörək paylayırmış...
21 Oktyabr 2024 Bakıda poçta gələn qəsəbə sakini öldü