Son xəbərlər

Son 2 gündə 72 cinayətkar saxlanıldı














2019-cu il aprel ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.
Azərbaycanda iki uşaq anasının dəhşətli qətlinin təfərrüatı: 4 nəfər saxlanılıb















İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.
ONA-nın yerli bürosunun məlumatına görə, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmkəndliləri – 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus “Mercedes-BENZ” markalı, 99 CF 146 dövlət nömrə nişanlı avtomobilə İmişli şəhərinə gəlib.

O. Seyidovun məqsədi S. Vurğun küçəsi, ev.8 ünvanında yaşayan 2018-ci ilin noyabr ayında tanış olduğu 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşmək olub. Bunun üçün H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin həyat yoldaşı Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlədiyi mağazaya nəzarət etmələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olub. Bu zaman V. Məmmədova onları görüb.

Qey edək ki, A. Məmmədova V. Məmmədovanın qaynının həyat yoldaşı olub. Vahidə mobil telefonla Ayşənin əri E. Məmmədova zəng edərək həyat yoldaşının xəyanəti barədə məlumat vermək istəyib. Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşənin həyətdən gətirdiyi taxta parçası ilə Vahidənin boyun və baş nahiyələrinə zərbələr endirib. Həmin zərbələrdən ölmədiyini gördükdə isə O. Seydov əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib. Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub. Daha sonra da yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. O. Seyidov yoldaşları ilə meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər.

Meyiti Araz çayının üzərindəki körpüdən çaya atılıb.

İmişli rayon Polis Şöbəsinin əməkdaşları O. Seyidov, H. Cəlalzadə, A. Surxayzadə və A. Məmmədovanı saxlayıb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.
Talıb Taleyə ağır itki üz verdi















Müğənni Talıb Talenin atası Ələsgər Ələsgərov vəfat edib.

Axşam.az xəbər verir ki, o, bu gün günorta saatlarında dünyasını dəyişib. Mərhumun dəfn mərasimi sabah yaşadığı Göygöl rayonunda baş tutacaq.

Qeyd edek ki, Ə.Ələsgərov dializ xəstəsi id
Sumqayıtda eyni yol bir ildə 3 dəfə çökdü – Foto














Sumqayıtda çökmə səbəbi ilə iki dəfə təmir edilən yol yenidən çöküb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin “Dejurnu” adlanan ərazisində, Kamran Hüseynov küçəsində baş verib.

Yolun bir hissəsi yenidən çöküb. Həmin ərazi müvəqqəti olaraq daşla doldurulub və çökən hissənin ətrafı lentlənib.

Xatırladaq ki, bir neçə ay bundan qabaq həmin yol daha iki hissədən çökmüşdü.Sumqayıtda eyni yol bir ildə 3 dəfə çökdü – Foto
Sumqayıtın ikinci girişində güclü tıxac – FOTO















Sumqayıtın ikinci girişi sayılan “Daş bazarı” istiqamətində ciddi tıxac yaranıb.

ONA-nın yerli bürosunun məlumatına görə, Saray körpüsü istiqamətində gedən yol tamamilə bağlanıb.

Bildirilir ki, belə vəziyyət artıq 1 saata yaxındır ki, davam edir. Bu yolla paytaxta iş dalınca gedənlər yolda qalıb və nəqliyyatın hərəkəti tamamilə iflic olub. İnsanlar piyada getmək məcburiyyətində qalıblar.
Sumqayıtın ikinci girişində güclü tıxac – FOTO
Qaynı arvadını başqa kişi ilə gördü və... — İmişlidəki dəhşətli qətlin təfərrüatları















İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.
ONA xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmkəndliləri – 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus “Mercedes-BENZ” markalı, "99 CF 146" dövlət nömrə nişanlı avtomobillə İmişli şəhərinə gəlib.

O. Seyidovun məqsədi S. Vurğun küçəsi, ev 8 ünvanında yaşayan 2018-ci ilin noyabr ayında tanış olduğu 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşmək olub.

Bunun üçün H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin həyat yoldaşı Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlədiyi mağazaya nəzarət etmələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olub. Bu zaman V. Məmmədova onları görüb.
Qeyd edək ki, A. Məmmədova V. Məmmədovanın qaynının həyat yoldaşı olub. Vahidə mobil telefonla Ayşənin əri E. Məmmədova zəng edərək həyat yoldaşının xəyanəti barədə məlumat vermək istəyib.

Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə Ayşənin həyətdən gətirdiyi taxta parçası ilə Vahidənin boyun və baş nahiyələrinə zərbələr endirib. Həmin zərbələrdən ölmədiyini gördükdə isə O. Seyidov əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib.
Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub. Daha sonra da yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. O. Seyidov yoldaşları ilə meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər.

Meyit Araz çayının üzərindəki körpüdən çaya atılıb.

İmişli rayon Polis Şöbəsinin əməkdaşları O. Seyidov, H. Cəlalzadə, A. Surxayzadə və A. Məmmədovanı saxlayıb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.
Sumqayıtda intihar edən gəncin fotosu – Həyat yoldaşı tərk etmişdi















Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində 22 yaşlı gənc özünü asıb.

News24.az Kənan Eynur oğlu Verdiyevin fotosunu əldə edib. Eləcə də mərhumun intihar səbəbi bəlli olub.

Əldə etdiyimiz məlumata görə hadisə Sumqayıtın 16-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib. K.Verdiyevin həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Bundan yana onun həyat yoldaşı küsərək, atası evinə gedib. Buna dözməyən Kənan Verdiyev özünü yaşadığı evdə asıb.

Ölən gəncin fotosunu təqim edirik:

Sumqayıtda intihar edən gəncin fotosu – Həyat yoldaşı tərk etmişdi

Gəncə şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində yerləşən parkların birində 25 yaşlı qadın döyülərək müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Özünün bildirdiyinə görə, qadını keçmiş əri mübahisə zəminində döyüb.

Faktla bağlı araşdırma aparılır.

 

Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər xəsarət alıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 01:50 radələrində rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı avtomobil "Opel" markalı digər avtomobilə çırpılıb. Nəticədə 3 nəfər xəsarət alaraq Şirvan şəhər Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı Baş DYP İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.