Həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirli bilinən Məsim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə növbəti məhkəmə prosesi bu gün keçiriləcək.
Qeyd edək ki, hadisə 2018-ci ilin avqust ayında Gəncə şəhəri Bağmanlar küçəsi, birinci döngə, ev 1 ünvanında baş verib. 28 yaşlı Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 27 yaşlı həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilib. Tutulan zaman cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib. Məlumata görə, M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə yetirilən Namiq Əkbərov həkim olub.
Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Ölkə.Az"a verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
İqtisadiyyat nazirinin müavini Şirzad Əyyub oğlu Abdullayevin səhhətində problem yaranıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, nazir müavini başında yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib və təcili əməliyyat olunub. Ş.Abdullayev hazırda müalicə olunur və işə çıxmır.
Xatırladaq ki, Ş.Abdullayev 2008-2018-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində işləyib. Prezidentin 2018-ci il 31 may tarixli 163 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Xəzər rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
FHN xəbər verir ki, binanın çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gədəbəy rayonunda anasını və atasını öldürməkdə təqsirli bilinən Şöhrət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub.
İttihama görə, 2017-ci il sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.
Hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış. Bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-də 1931-ci il təvəllüdlü atası Mikayıl Məsimov və 1938-ci il təvəllüdlü anası Ayna Məsimovanı qətlə yetirib və qaçıb.
Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyiblər. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Şöhrət Məsimov spirtli içki düşkünü olub. Hadisədən bir neçə gün sonra cinayəti törədən Şöhrət Məsimov həbs edilib. İstintaq orqanı tərəfindən Şöhrət Məsimovun barəsində 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
İstintaqa ifadə verən Şöhrət Məsimov törətdiyi cinayəti etiraf edib və əməlindən peşman olduğunu deyib.
Şöhrət Məsimov bildirib ki, hadisə baş verən günə kimi valideynləri arasında heç bir mübahisəsi olmayıb.
Bakı şəhərində yaşadığını deyən Şöhrət Məsimov əlavə edib ki, sentyabrın 21-də kəndə qonaq gəlibmiş. Atası ilə mübahisə pul və mülk üstündə yaranıb: “Atamı həyətdəki dama apardım və orada bir neçə yerındən bıçaqladım. Atamın öldüyünə əmin olandan sonra anamın səsi gəldi. Sonra düşündüm ki, anam bunu görüb. Hadisənin ört-basdır olunması üçün anamı da öldürmək qərarına gəldim. Axtaranda anamı həyətdəki iri ağacın arxasında tapdım. Elə oradaca anamı da bıçaqladım. Onun da öldüyünü biləndə hadisə yerindən qaçdım”.
Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb
Müdafiə Nazirliyi xəbər verir ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.
Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.
Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.
Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Bərdə rayonunda yas mərasimində ölüm hadisəsi baş verib. Report xəbər verir ki, Güloğlular kəndində qudasının yas mərasimində iştirak edən Ağdərə rayon sakini Baloğlan Məmmədovun halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, B.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.