Zərdab rayonunda intihar hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı özünü öldürüb.
18 yaşlı qız yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Nərmin İbrahimovanın intiharının səbəbləri hələlik tam dəqiqləşməyib.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.