![]() |
![]() |
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə Yasamal rayonunda baş verib.
Beşmərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı dörd nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
ONA-nın məlumatına görə, F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayevna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb.
O, qarının ön divarının kəsilmiş diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yaralı cərrahi əməliyyat olunduqdan sonra polislərə verdiyi ilkin izahatında bildirib ki, həyat yoldaşı ABŞ vətəndaşıdır.
Həmişə xüsusi bayramlarda ona qayğı və diqqət göstərib. Lakin bu gün əri heç bir hədiyyə almadığından o özünü bıçaqlayıb.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.
Bir neçə gündür sosial şəbəkələrdə gözdən əlil Elçin Abbasovun kirayə qaldığı evdən oğurluq edilməsi ilə bağlı xəbərlər yayılıb.
Bakıda velosipedləri oğurlayan şəxs saxlanılıb.
Oktyabrın 9-da gecə saat 1 radələrində Qəbələ rayonunun Həmzəli kəndi ərazisində Bərdə rayon sakini Qulu Əzimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı beton səddə vurub.
Fövqəladə Hallar Nazirliyi Qəbələ rayonunda baş verən yanğınla bağlı açıqlama yayıb.
Bakıda quldurluq edən şəxslərdən birini zərərçəkmiş özü tutub.
Azərbaycanda 2 gün ərzində sürücülər 4 piyadanı vurub hadisə yerindən qaçıblar.